Kazanda Müsəlman Kino Festivalı keçiriləcək

Sentyabrın 5-dən 11-dək Rusiya Federasiyası Tatarıstan Respublikasının paytaxtında XIII Kazan Beynəlxalq Müsəlman Kino Festivalı keçiriləcək. SİA-nın məlumatına görə, beynəlxalq tədbirdə Azərbaycan filmləri də nümayiş olunacaq. Qısametrajlı filmlər proqramında Azərbaycan və İranın birgə istehsalı olan “Səs”, qısametrajlı sənədli film proqramında isə Teymur Daiminin “Bu sevgidir” filmi təqdim ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə