Respublika Kinematoqrafçılar İttifaqı ssenari müsabiqəsi elan etdi - Şərtlər, mükafatlar

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı

“Zaman və məkan”

adlı qısametrajlısənədli filmlər üçün ssenari müsabiqəsi elan edir.

Məqsəd:

Müsabiqə kinematoqrafiya sahəsində gənclərin yaradıcılıq fəaliyyətini inkişaf etdirmək, gənc və istedadlı müəllifləri aşkara çıxarmaq, həmçinin milli kinomuza yeni fikir, yeni nəfəs gətirmək məqsədi ilə keçirilir. Müsabiqə həm də digər sahələrdə çalışan gənclərə, kinoda özlərini sınamaq imkanı yaratmaq və bununla da mövcud rəqabəti gücləndirmək üçün nəzərdə tutulmuşdur.

Şərtlər:

• Müsabiqəyə sənədli filmlər üçün ssenarilər qəbul olunur.

• Yaşı 35-ə qədər olan bütün şəxslər müsabiqəyə ssenari təqdim edə bilər.

• Müsabiqəyə təqdim olunan ssenarinin hüquqları müəllifə məxsus olmalı, satılmamalı və çəkiliş dövründə olmamalıdır.

• Ssenari orijinal və ekranlaşdırılmamış olmamalıdır.Buna görə müəllif birbaşa məsuliyyət daşıyır.

• Ssenarilər müsabiqəyə 20 səhifədən çox olmamaq şərti ilə üç nüsxədə, çap olunmuşvə CD diskdə rəqəmsal daşıyıcıda təqdim olunmalıdır.

• Şrift Courier New, ölçü 12 tələb olunur.

• Çap olunmuş ssenarilərdə müəllifin ad və soyadı qeyd olunmamalıdır.

• Müəllif ssenari ilə birgə tərcümeyi-halını da təqdim etməlidir.

• Hər bir müəllif 3 (üç) ssenaridən artıq təqdim edə bilməz.

• Müsabiqəyə təqdim olunan ssenarilər geri qaytarılmır.

• Ssenarilər 31 oktyabr2017-ci il tarixinəqədərAzərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına göndərilməlidir.

Ünvan: Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı,

Bakı şəh.Səməd Vurğun küç.43(World Business Center, 16-cı mərtəbə)

Qaydalar:

Müsabiqənin peşakar münsiflər heyətini Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı təyin edir.

Münsiflər heyəti məxfi seçim nəticəsində üç ssenarini qiymətləndirəcək.

Qalib ssenarilər pul mükafatı və diplomla təltif olunacaq:

• I yer 1500 manat

• II yer 1000 manat

• III yer 500 manat

Müsabiqənin nəticələri 2017-ci ilin noyabr ayında açıqlanacaq.

Əlaqə üçün:Tel:(+99412597-48-04)

Fax:(+99412597-48-03)

Mob:(+99451427-41-03)

arki.2012@mail.ru

İnformasiya dəstəyi:

AzərTac, Trend news agency, Day.Az, Kaspi qəzeti, Səs qəzeti, Mədəniyyət qəzeti

Bütün xəbərlər Facebook səhifəmizdə