“Zaman və məkan” adlı müsabiqə keçiriləcək

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı "Zaman və məkan" adlı qısametrajlı sənədli filmlər üçün ssenari müsabiqəsi elan edib. İttifaqın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, yaşı 35-ə qədər olan bütün şəxslər ssenari müsabiqəsində iştirak edə bilərlər..

Şərtlərə görə hər bir müəllif 3 ssenaridən artıq təqdim edə bilməz.

Nirinci yerin sahibinə 1500, ikinciyə 1000, üçüncüyə isə 500 manat məbləğində pul mükafatı veriləcək.

Ssenari müsabiqəsinin keçirilməsində məqsəd kinematoqrafiya sahəsində gənclərin yaradıcılıq fəaliyyətini inkişaf etdirmək, gənc və istedadlı müəllifləri aşkara çıxarmaq, həmçinin milli kinomuza yeni fikir, yeni nəfəs gətirməkdir.

Ssenarilər oktyabrın 31-nə qədər təqdime dilməlidir

Bütün xəbərlər Facebook səhifəmizdə