Rusiyanın xalq artisti: "Bakıya böyük həvəslə gəlmişəm"

“Jara” Beynəlxalq Musiqi Festivalının bu il də hərarətli olacağına şübhə etmirəm. Burada tamaşaçılar fəal və emosionaldırlar. Festival artıq ötən il təcrübə toplayıb. Builki festivaldan, əlbəttə daha çox hərarət və həyəcan gözləyirik.

SİA-nın məlumatına görə, bu fikirləri jurnalistlərə müsahibəsində musiqi aləmində Valeriya kimi tanınan Rusiyanın xalq artisti Alla Perfilova söyləyib.

O deyib ki, Azərbaycana böyük həvəslə gəlib: “Festival günlərində, həmçinin sevimli müğənnilərimizə həsr edilən konsert proqramları olacaq. Bu da bir yenilikdir. Ümumiyyətlə, "Jara"da təmiz nəfəs var. “Sea Breeze” və onun ətrafında nə varsa – dəniz, günəş, külək həm də yeni yaradıcı mühitdir. Odur ki, biz “Jara” Beynəlxalq Musiqi Festivalında iştirak etmək üçün Bakıya həvəslə gəldik”.

Bütün xəbərlər Facebook səhifəmizdə