“Şərab axşamı” adlı tədbir keçirilib FOTOLAR

“Pəncərə” klubunun təşkilatçılığı ilə “Şərab axşamı” adlı tədbir keçirilib. SİA-nın məlumatına görə, əməkdar artist Nərgiz Cəlilovanın aparıcılığı ilə keçirilən tədbirdə respublikanın tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Klubun həmtəsisçisi, tanınmış memar Elçin Əliyev tədbirin məramından söz açıb. Bildirilib ki, “Pəncərə” klubunun əsas məqsədi Azərbaycan mədəniyyətini, qədim ənənələrini tanıtmaq, təbliğ etməkdir.

Daha sonra Fransanın Azərbaycandakı səfirliyinin əməkdaşlıq və mədəniyyət məsələləri üzrə müşaviri Yohan Şiterer ölkəsinin şərab istehsalı tarixindən, dünyadakı mövqeyindən söz açıb.

Şərab İstehsalçıları Assosiasiyası sədrinin müavini Teymur Məmmədov Azərbaycanın şərab istehsalı sahəsində yetərincə mütəxəssisin olduğunu söyləyib.

Sonra Azər Məmmədov “Savalan” şərab zavodunun istehsalı olan şərablar haqqında ətraflı məlumat verib.

Gecədə Xalq Artisti Brilyant Dadaşova, müğənnilər Ülvi Nuri, Arzu Nəzərova və Fərid Ələkbərovun ifasında mahnılar səslənib.

Azərbaycan Dövlət Pantomima Teatrının artistləri – Əməkdar Artist Bəhruz Vaqifoğlu, aktrisa Səbinə Hacıyeva “Bir qədəh şərab” adlı kompozisiya ilə çıxış ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə