Nazir müavini ilə Aksel Vex arasında görüş keçirilib

Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva ilə Avstriya Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Aksel Vex arasında görüş keçirilib.

Görüş zamanı iki ölkə arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparıldı və birgə layihələrin həyata keçirilməsi imkanları nəzərdən keçirilib.

Sonda səfir səmimi qəbula görə nazir müavininə minnətdarlığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə