“Eurovision-2018”in keçiriləcəyi vaxt və yer bəlli oldu

“Eurovision-2018” mahnı müsabiqəsinin tarixi və keçiriləcəyi şəhər bəlli olub.SİA-nın xarici KİV-ə istinadən xəbər verir ki, bu dəfə Portuqaliyanın ev sahibliyi etdiyi müsabiqə Lissabon şəhərində baş tutacaq.

“Eurovision 2018”in yarımfinalı 8 və 10 mayda, finalı isə 12 mayda olacaq.

Qeyd edək ki, 2017-ci ilin mayın 13-də Kiyevdə keçirilən “Eurovision-2017” mahnı müsabiqəsinin qalibi Salvador Sobral olub.

Bütün xəbərlər Facebook səhifəmizdə