Lənkəran ŞİH arxivə 130-dan çox sənəd təhvil verib

Lənkəran Şəhər İcra Hakimiyyəti tərəfindən Dövlət Kino–Foto Sənədləri Arxivinə daimi saxlanılmaq məqsədilə 135 fotosənəd, bir kinosənəd təhvil verilib. İdarədən SİA-ya bildirilib ki, kino və fotosənədlər dövlət müstəqilliyi illərində rayonda görülən quruculuq işlərini, Şəhər İcra Hakimiyyətinin fəaliyyətini, Prezident İlham Əliyevin Lənkərana səfərlərini, rayondakı dövlət orqanlarının və təşkilatlarının fəaliyyətini, o cümlədən son illər bərpa olunmuş çay plantasiyalarını, sitrus bağlarını, yeni istifadəyə verilmiş hava limanını, meyvə-tərəvəz kombinatını, Heydər Əliyev xatirə parkını, yeni tikilmiş yaşayış binalarını, uşaq evlərini, məktəbləri, əsaslı təmir olunmuş mərkəzi xəstəxananın binasını, Lənkəran Dövlət Universitetinin yeni tikilmiş tədris–istehsalat korpuslarını, Lənkəran Regional Diaqnostik Mərkəzi, dəmir yol vağzalını, yenidən qurulmuş avtomobil yollarını, məhkəmə binasını, turizm obyektlərini, otelləri, parkları, tarix–diyarşünaslıq muzeyinin əsaslı təmir olunmuş binasını, Həzi Aslanov parkının yenidən qurulmasını əks etdirir.

Hazırda arxivdə sənədlərin Milli Arxiv Fonduna qəbulu rəsmiləşdirilir. Hər bir sənəd haqqında müfəssəl məlumat bazası hazırlanır.

Bütün xəbərlər Facebook səhifəmizdə