Açıq havada “Açıq kitabxana” TƏDBİR

Ağstafa Regional Mədəniyyət və Turizm idarəsinin nəzdində fəaliyyət göstərən Qazax rayon MKS-in N. Nərimanov qəsəbə kitabxana filialı açıq havada “Açıq kitabxana” adlı tədbir keçirib. SİA-nın məlumatına görə, gün ərzində davam edən tədbirdə qəsəbə sakinlərindən bir qrup, şəhər 2 saylı Folklor evinin işçiləri ilə birlikdə 30 nəfər iştirak etdi. Tədbirdə “Dünənin, bu günün, sabahın lideri”, “Dilimiz, mənəviyyatımız”, “Qarabağ ümumi dərdimiz”, “Nağıllı dünya uşaqların gözü ilə” və s. başlıqda 50 nüsxədə kitab, jurnal və müxtəlif təbliğat vasitələri nümayiş olunub.

Kitabxana filialın müdiri Siddiqə Qələndərova tədbir iştirakçılarına bildirib ki, tədbiri keçirməkdə məqsəd oxucuların bədii zövqünün formalaşdırılması, onlar arasında mütaliə mədəniyyətinin yüksəldilməsi, eləcə də yeni oxucuları kitabxanaya cəlb etməkdir.

Kitab sərgisi sakinlər tərəfindən maraqla qarşılanıb. Tədbirdə müxtəlif yaş qrupundan olan xeyli sayda kitabsevərlər kitabxanaya üzv olub.

Bütün xəbərlər Facebook səhifəmizdə