“Azərbaycan mətbuatı" adlı oxucu konfransı keçirilib

Oğuz rayon Mərkəzi kitabxanasının oxu zalında “Azərbaycan mətbuatı" başlıqlı oxucu konfransı keçirilib. SİA-nın məlumatına görə, tədbirdə “Oğuz yurdu” qəzetinin kollektivi, RİH-in nümayəndələri, Gİİ- nin, “Oğuz yurdu” qəzetinin keçmiş əməkdaşları, tarix-diyarşünaslıq muzeyinin, H.Əliyev Mərkəzinin kollektivləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə “Oğuz yurdu” qəzetinin redaktoru N.Hüseynli acaraq Milli mətbuatın yaranma tarıxı və “Oğuz yurdu” qəzetinin kecmişi və bu günkü fəaliyyəti haqqında geniş məlumat verib. Sonra Şəki Regional Mədəniyyət və Turizm şöbəsinin Oğuz rayonu üzrə baş məsləhətçisi U.Baxışova çıxış edərək “Oğuz yurdu” qəzetinin kollektivini “Milli mətbuat günü” münasibəti ilə təbrik edib və qəzet səhifələrində yaradıcı gənclərə xüsusi yer verilməsini tövsiyyə edib. Mərkəzi kitabxananın oxuculara xidmət şöbəsinin İşcisi A.Cəfərova “Milli mətbuatımızın tarixi” başlıqlı məruzə ilə cıxış etdi. Rayon ziyalısı Q.Əliyev, RİH-in nümayəndəsi S.Nəbiyev, Oğuzlu yazar Y.Rzayev, Oğuz rayon bələdiyyəsinin sədr müavini A.Əliyev, Mərkəzi Kitabxananın oxuculara xidmət şöbəsinin müdiri N.Manafova və başqaları çıxış edərək “Oğuz yurdu” qəzetinin kollektivini təbrik ediblər və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Tədbirin sonunda tədbir iştirakcıları “22 iyul - Milli Mətbuat və Jurnalistika Günü” adlı sərgiyə baxıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə