Gənclik kamera orkestri Balkan ölkələrində konsert verəcək

TÜRKSOY-un gənclik kamera orkestri türk musiqisinin təbliği məqsədilə Balkan ölkələrində konsert proqramı ilə çıxış edəcək. SİA-nın məlumatına görə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistandan olan gənc musiqiçilər iyulun 23-dən Balkan turnirinə başlayacaqlar.

Konsertdə türk dünyası bəstəkarlarının əsərlərindən ibarət repertuar təqdim olunacaq.

İlk konsertini Bursada verəcək orkestr avqustun 2-də Belqradda təşkil olunacaq konsertlə səfərə yekun vuracaq.

Bütün xəbərlər Facebook səhifəmizdə