“Retro Bakı” layihəsi çərçivəsində ikinci konsert baş tutacaq

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə həyata keçirilən “Retro Bakı” layihəsi davam edir. Baş İdarədən SİA-ya bildirilib ki, layihə çərçivəsində növbəti konsert iyulun 21 və 22-də ənənəvi olaraq Fəvvarələr Meydanında baş tutacaq.

Bu həftə “Retro Bakı”nın qonaqları şanson mahnıların məşhur ifaçısı kimi tanınan tanınmış müğənnilər Elnarə Xəlilova və Roza Zərgərli olacaq.

Qeyd edək ki, layihə əhalinin və turistlərin asudə vaxtının səmərəli keçməsi, Azərbaycan musiqi incilərinin, korifey bəstəkarların əsərlərinin səsləndirilməsi məqsədi daşıyır. “Retro Bakı” sentyabrın 15-dək hər həftə sonu axşam saatlarında Fəvvarələr Meydanında zəngin konsert proqramı və tanınmış müğənnilərin iştirakı ilə təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə