Excelsior Hotel & Spa Baku otelində “Summer Party” keçirilib. Trend-in məlumatrına görə, gecənin ən parlaq incilərindən biri populyar Azərbaycan dizayneri Gülüm Əsədullayevanın yeni yay kolleksiyasının təqdimat mərasimi olub.

Nümayiş BFC-nin (Baku Fashion Club) dəstəyi ilə təşkil olunub. G.Əsədullayevanın işləri həmişə qadın bədəninin bütün gözəlliklərini vurğulayan ideal xətlərlə seçilir. Baku Fashion Night layihəsinin daimi iştirakçısı olan dizayner həmçinin, Most Stylish One, Baku Fashion Week layihəsində də iştirak edib.

Gecədə media nümayəndələri də iştirak ediblər. Onların arasında Azərbaycanın əməkdar artisti, müğənni və bəstəkar Tünzalə Ağayeva, populyar müğənni Miri Yusif, Milli geyim mərkəzi və Moda evinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova və bir çox başqaları da olub.

Bütün xəbərlər Facebook səhifəmizdə