Rusiya və Qazaxıstanın teatr və kino aktyoru Vladimir Tolokonnikov 74 yaşında dünyasını dəyişib. SİA-nın xəbərinə görə, Almatıda yerləşən M.Y.Lermantov adına Rus Dram Teatrı məlumatı təsdiqləyib.

Qeyd edək ki, Tolokonnikov 25 iyun 1943-cü ildə Almatıda doğulub. O, tamaşaçılar arasında, həmçinin "İt ürəyi" filmində (1988) ifa etdiyi Şarikov rolu, eləcə də "Xottabıç" filmindəki (2006) rolları ilə məşhurdur.

Bütün xəbərlər Facebook səhifəmizdə