''Ən böyük şər oğurluq, hətta qətl də deyil, satqınlıqdır''

Bəli, dərk edə-edə, anlaya-anlaya ölkəmizin düşmənləri ilə bir dam altında oturub, dövlətçilik maraqlarımızı satmaq. Ömər Xəyyama görə, ''İnsanın ruhu və əxlaqı nə qədər alçaq olarsa, burnunu bir o qədər dik tutar''. Səbəb aydındır. Satqın zehniyyəti nədən qaynaqlanır? Əlbəttə, maliyyə-pul arqumentindən satqın yalnız məntiqləmi düşünür? suallarına mütləq olmasa da, elmi cavablar var. Alınan nəticələr göstərir ki, sən demə, işin kökü yalnız acgözlük və pul deyil. Kimsə, doğrudan da, varlanmaq üçün, xəyanətinə əvəz olaraq pula satılır.

Sirr deyil ki, bu gün ölkəmizin günü-gündən artan inkişafını görməyən, şəxsi maraqlarına görə milli dəyərimizi gözdən salan sapı özümüzdən olan satılıb-satılan baltalar "siyasi mühacir" adı altında çörəyini yeyib, suyunu içdikləri Azərbaycana qarşı antitəbliğat kampaniyası aparmaqla, erməni lobbisi tərəfindən lazımi maliyyələrə satın alınırlar. Bu, heç də təəccüb doğurmur. Çünki satıb-satılan əxlaqsızların mənəviyyatı olmaz. Erməni lobbisinin maliyyələşdirdiyi bu əxlaqsız və satqınlar - Orduxan Teymurxan, Tural Sadıqlı, Məhəmməd Mirzəli, Rafael Piriyev, Həbib Müntəzir və digər bu kimi parazitlərin çirkin əməlləri, gec-tez, üzə çıxmalı idi.

Xəyanətkarın ağı-qarası olmur. Həm də, o da deyilir ki, haqq nazilər, amma üzülməz. Gec-tez, Avropada "siyasi mühacir" adı altında dövlətçilik və milli maraqlarımıza qarşı fəaliyyət göstərən haqqı tapdalayanlar və ermənilərə qahmar çıxanlar törətdikləri cinayət əməllərinə görə cəzalarını çəkməlidirlər. Bu parazitlər anlamırlar ki, "sirkə nə qədər tünd olsa, öz qabını çatladacaq".

Almaniyada Müsavat partiyasının üzvlərindən ibarət "mühacir alveri" bandasının üzə çıxması deyilənlərin real nəticəsidir. Bu haqda Koblenç məhkəməsi həbs və axtarışlarla bağlı sanksiya qərarında göstərir. Bunu Avropada yaşayan müsavatçı jurnalist Yafəz Əkrəmoğlu sosial şəbəkədə yazaraq bildirib: "Özünün də ziyan görəcəyini nəzərə alaraq, qardaşı Arif Hacılı (Müsavat partiyasının başqanı - red) ilə birlikdə boğaza qədər "mühacir alveri"nə bulaşan, bu çirkin işlə qidalanan Mustafa Hacıbəyli və ətrafının indi Rəşad Məmmədovun üzərinə getməsi normaldı. Axı, bunların çirkin işlərinin üstünün açılmasında böyük rol oynayıb Rəşad".

Görün qrant bu satqın və əxlaqsızları necə üz-üzə qoyub. Artıq heç kimə sirr deyil ki, "siyasi mühacir" adı altında olan ünsürlər ermənilərlə əməkdaşlıq etməklə, erməni lobbisinin göstərişlərinə uyğun idarə olunurlar və sözsüz ki, Vətən, millət, dövlət və xalq anlayışı belə şəxslərə yaddır. Bir də bu, təəccüblü deyil. Çünki xəyanətkarın ağı-qarası olmur.

Bəli, bu, real faktordur. Çünki xaricdən maliyyələşərək Azərbaycanı gözdən salmağa çalışan şər maşınının əsas aqibəti belə olmalı idi. Prezidentin köməkçisi Əli Həsənovun təbirincə desək, xaricdən maliyyələşən və idarə olunan "iaşə müxalifəti" nə qədər cəhd etsə də, ölkəmizin suverenliyinə xələl gətirə bilməz. Eyni zamanda, Azərbaycan xalqının, ölkənin gələcəyini düşünən qurumların belə adekvat münasibəti isə, bir daha göstərir ki, xaricdən maliyyələşən qüvvələr öz antimilli niyyətlərini gerçəkləşdirə bilməyəcəklər, çünki bu ölkənin oturuşmuş bir siyasi qüvvə və iradə idarə edir.

Ölkə Prezidenti İlham Əliyevin siyasi iradəsi qarşısında isə, bütün antimilli qüvvələr məğlubiyyətə məhkumdurlar.

Bax, budur, sizin kimi üfunət iyi verənlərin yeri- zibilliklər. Çünki Azərbaycan ictimaiyyəti yaxşı anlayır ki, belələri ancaq onun-bunun beş-üç qəpiyi ilə səs-səsə verərək, zingildəşirlər. Sözsüz ki, bu cür müxalifətçiliyin sonu elə belə də olmalıdır. Bir də satqınlıq, tarixən əxlaqın və mənəvi prinsiplərin aşınmasının göstəricisi kimi dəyərləndirilib. Naturasında xəyanət olan kəslər üçün isə satqınlıq etmək adi bir şey olub. Məhz bunun nəticəsidir ki, ağlı başında, əqidəsi bütöv olan heç kim satqınları sevməyib. Satqınlara yalnız satqınlar dəstək veriblər. Artıq əlavə şərhə ehtiyac yoxdur. Çünki tarix və onun canlı şahidləri heç nəyi və heç kimi unutmur. Necə deyərlər, hər şey elin gözü qabağındadır. Ən böyük tərəzi də, məhz odur.

RƏFİQƏ

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...