Bəzən düşünürəm ki, dünyanı ələ salmaq məsələsində, 13 ingilis koloniyasından yaranan və ən əsası da uzaq keçmişdə quldarlıq məskəni kimi ad çıxarmış ABŞ-dan daha hiyləgəri yer üzündə tapılmaz. Bu nəhəng supergüc, artıq son yüz illik tarixində var gücü ilə şantaj və yalan diplomatiyasının əsas müəssisəsi sayılır. Əvvəlcə demokratiya "ixrac" edirdilər, bu siyasi maska yırtılandan sonra isə, dünyanı açıq şəkildə ələ salan metodlarla iş görməyə başlayıblar.

Hələ 1917-ci ildə balacaboy yəhudi Ulyanovun qurduğu sovet dövləti ilə uzun illər çəkişmə aparan ABŞ, yetmişinci illərdən özlərinin Kremlə soxuşdurduqları Mixail Qorbaçovun satqınlığı ilə 1991-ci ildə SSRİ-ni tarixin zibilliyinə atdıqdan sonra açıq-aşkar dünyanı təkbaşına barmaqlarına dolamaqdadırlar. Hara gəldi girirlər, dünya siyasətində ən axmaq və açıq murdarlıqlara imza atırlar. Keçmiş quldarlara hər yerdə "yaşıl" işıqdır, vəssalam!.

Daha qarşılarında onları küncə sıxan, dünya siyasətində "dur" deyə biləcək ikinci sovet Moskvası yoxdur. Düzdür, Vladimir Putinin Moskvası da, ortada az-çox real gücdür, amma Sovet Moskvasının gücündə deyil axı.

Nə isə, gələk MƏTLƏBƏ. Mətləb də budur ki, ABŞ özünün yaratdığı ikinci terror "balası" olan Bağdadi əfəndini "öldürüb" üstündən də su işib getdi. Özü də maraqlıdır ki, həm Bin Laden, həm də Bağdadi məhz İraq və Pakistanda "yox" edildilər. Niyə? Çünki terrorun və daxili müharibələrin baş alıb getdiyi bu cəhənnəm ərazilərində kimin əli kimin cibindədir, kim-kimi öldürüb, it leşi kimi zibilliyə atdı, heç kim bilmir bunları. Tayfa və qruplaşmalararası dava-qırğının baş alıb getdiyi bu ərazilərdə Bin Ladenləri, Bağdadiləri "öldürüb itə atmaq" su içmək kimi bir şeydir. ABŞ yeni bir komediya səhnəsi yaradaraq, yenə dünya ictimaiyyətini açıq-aşkar, özü də rəzil bir şəkildə ələ saldı. Guya Pentaqon İraqda 3 günlük güclü hazırlıqdan sonra "İŞİD" lideri

Bağdadini güdüb, helikopterlər havadan dəstək verib, nə bilim nə, nə... Məşhur türk mahnısında deyildiyi kimi, "yalan, hepsi yalan..."

Pentaqonun iddiasında deyilir ki, Bağdadi ilə yanaşı, tuneldə (?) 3 uşağı və bir neçə arvadı da olub. "İŞİD" lideri, onları da özü ilə aparıb orda öldürüb. Guya 3 uşağını da ABŞ dədəsinin əlinə keçməməsi üçün özü öldürüb. Ay sənin hekayənə mən...

A kişi, bəyəm Bağdadi bilmir ki, uşaqlarla ABŞ-ın nə qəsdi-qərəzçiliyi? Lap tutaq ki, onlar Bağdadinin övladlarıdır, bəyəm, D.Tramp onun qisasını bu 3 körpə uşaqdanmı çıxacaqdı? Əgər doğrudan da, Bağdadi terrorçu başı idisə hər an öldürülə biləcəyini bildiyi halda o uşaqları bulvarda gəzirmiş kimi öz yanında niyə daşıyırdı? Hələ arvadları demirəm. Nədi, yoxsa Pentaqon əsgərləri Bağdadini öz arvadları ilə romantik səhnə yaşadıqları yerdəmi yaxalamışdı? Yəni Ağ Evin dünyanın ən ucqar yerində yaşayan istənilən bisavadı belə şoka salan bu savadsız "dəlilləri", artıq iyrənc xarakter alıb. Hətta Afrika cəngəlliklərindəki yarımqəbilə tayfaları belə gözəl anlayır ki, dəlisov D.Trampın siyasi aktyoru olduğu ABŞ dərin dövlətinin yeni planı var və "Bağdadi" obrazı "dəfn" edilməli idi.

Bəs indi nə baş verəcək? Ağ Ev özünün yeni siyasi layihəsini işə salmaqğa hazırlaşır və çox güman ki, sələfləri kimi D.Tramp da yeni "qəhrəman" obrazı üçün düyməyə basıb. Fikir verin: D.Tramp özünün məşhur "Tvitter" səhifəsindən açıqlayır ki, ABŞ əsgərləri Suriyadakı ziddiyətli nöqtələrdən çəkilsələr də, neft yataqlarını heç kimə buraxıb, getməyi ağıllarına da gətirmirlər. Adam dəlidir, doludur, amma deyir ki, neft yataqlarını heç kimə verməyəcəm! Bax, bu da sənə Bağdadinin "basdırılmasının" əsl səbəbi!

Bu isə, o deməkdir ki, Ağ Ev yeni bir "terrorçu qəhrəman" üçün hazırlığa başlayır. Ən azından, Suriyadakı və İraqdakı neft yataqlarını qorumaq üçün. Suriya torpaqında "kürd dövləti" planının ifşasından sonra çox güman ki, yeni ssenari işə düşəcək. Amma nə? ABŞ üçün növbəti "qəhrəman" kim olacaq? Sözsüz ki, zaman göstərəcək...

Mətləb Salahov

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...