Milli və dövlətçilik maraqlarına zərbə vurmaq üçün "Milli Şura"nın ermənipərəst dairələrdən sifariş aldığı öz təsdiqini tapdı

Müxalifətdaxili durumun son dərəcə ağır və gərgin olması hər kəsə bəllidir. Bu amil də, müxalifətin birlik modeli ortaya qoymasına və az da olsa, sosial baza əldə etməsinə imkan vermir. Qısaca desək, müxalifət ancaq korporativ maraqlar ətrafında birləşmiş marginal qruplar və ya siyasi dərnəklər təsirini bağışlayır. Fəaliyyətlərində və istiqamətlərində dəyişiklik etməməmələri, bir daha onu deməyə əsas verir ki, dağıdıcı xislətli müxalif ünsürlər meydan dövrünün düşüncəsində qalacaq. Yəni müxalifət dövlətçilik və milli maraqlara xidmət etmək əvəzinə, xarici maraqlı dairələrin istək və göstərişlərinə uyğun hərəkət edir və fəaliyyyətlərini bu kontekstdə qururlar. Dəfələrlə Müsavat, AXCP və qondarma qurum olan "Milli Şura" təmsilçiləri Avropanın anti-Azərbaycan qüvvələrinin sifarişi əsasında ölkədə ictimai-siyasi sabitliyin pozulmasına cəhdlər göstəriblər.

Müxalifət xarici qüvvələrin qucağında oturmağı sevir

Bununla yanaşı, Əli Kərimli, Arif Hacılı, Cəmil Həsənli və digərləri Polşanın, B.Britaniyanın, Fransanın, ABŞ-ın Norveçin və digər ölkələrin ölkəmizdəki səfirlərilə görüşlər keçirərək, fəaliyyət proqramlarını onlarla müzakirə edib, növbəti təxribat xarakterli göstərişlər alıblar. Tam qətiyyətlə demək olar ki, "Milli Şura"nın oktyabrın 19-da Bakının mərkəzində icazəsiz aksiya keçirməklə, polislə qarşıdurmaya getməsi, Ə.Kərimlinin pozucu hərəkətlərə yol verməsi, C.Həsənlinin və Gültəkin Hacıbəylinin anormal açıqlamaları xarici agenturanın dəsti-xətti, ermənipərəst dairələrin göstərişidir. Məhz bu kimi səbəbdən, xalq hər dəfə dövlətçiliyə və milli maraqlara zidd addımlar atan və xarici siyasi qüvvələrin əlində təzyiq alətinə çevrilmiş radikal müxalifəti qəbul etmir. Görünən isə, ondan ibarətdir ki, dağıdıcı müxalifət ictimai rəyin qınağından nəticə çıxarmır. Əksinə, yaramaz və əxlaqsız siyasi fəaliyyətlərini daha geniş tərzdə yaymaq fikrində olmadıqlarını nümayiş etdirirlər. Bütün bunlara baxmayaraq, bu gün Azərbaycan demokratik inkişaf yolunda inamla irəliləyir. Ölkəmizdə hər bir vətəndaşın mövqeyini açıq şəkildə ifadə etməsi üçün hər cür şərait yaradılmışdır. Ancaq bu, heç də hər hansı bir şəxsə yalan və böhtanla məşğul olmağa, ölkəmizin əleyhinə fəaliyyət göstərməyə imkan vermək kimi başa düşülməməlidir. O cümlədən, ölkə müxalifəti yalnız AXCP və "Milli Şura"dan və Müsavatdan ibarət deyil. Digər müxalifət partyaları da var ki, onlar öz siyasətlərini normal şəkildə apararaq, dövlətçilik maraqlarına zidd hərəkətlərə yol vermirlər. Dağıdıcı ünsürlər konstruktiv qüvvələri müxalifət tərəfi hesab etmir, xəyanətkar və satqın adlandırırlar. Halbuki əsl xainlər elə onların özləridir. İngiltərədə mühacir həyatı yaşayan hüquqşünas Qurban Məmmədov "Milli Şura"nın rəhbəri Cəmil Həsənlini və AXCP sədri Əli Kərimlini ağ yuyub, qara sərib. Qurban Məmmədov C.Həsənlini və Ə.Kərimlini savadsız siyasi dəllar adlandıraraq, onu da bildirib ki, bu gədalar müxtəlif şoular yaratmaqla müxlifətin birliyini sarsıtmağa və cəmiyyətdə çaşqınılıq yaratmağa çalışırlar: "Əli Kərimli, Cəmil Həsənli və Gültəkin Hacıbəyli məni şəriət dövləti yaratmaqda, ittiham eləmişdilər. Guya mən terrorçuyam. Bax, bunlar belə alçaq hərəkətlərlə məşğuldurlar. Mən sizə subut elədim ki, bu adamlar müstəqil deyillər. Müstəqil olsaydılar, üzr istiyərdilər məndən. Bunlar ya müstəqil deyillər, ya da tərbiyələri yoxdur".

Atmaca: "Hər ikisinin üzü padoşdur"

Müsavat partiyası başqanının müavini Osman Kazımov isə AXCP sədri Əli Kərimlini müxalifətin birliyinə mane olmaqda ittiham edib. O.Kazımov müxalifət liderlərinin Azərbaycanda yaranan vəziyyəti birgə müzakirə etmələri barədə xoş məramla, demokratik qüvvələrin və cəmiyyətin maraqları naminə təklif versə də, Ə. Kərimli bu təklifə qarşı çıxıb: "Təəssüf ki, bir daha məlum oldu ki, Əli Kərimlini ümumi maraqlar deyil, AXCP və "Milli Şura"nın maraqları düşündürür". "Tövbə" cəmiyyətinin sədri Hacı Əbdülün hədəfi isə Q.Məmmədov olub. Hacı Əbdül Qurban və Sərdar Məmmədov qardaşlarını satqılıqda günahlandırıb: "Yaxşı olardı ki, hər iki qardaş kim olduqlarını açıqlasınlar. Onlarda üz var. Ancaq inəsafən, hər ikisinin üzü padoşdur. ADP-nin sədri Sərdar Cəlaloğlu və hazırda İngiltərədə sığınacaq alan satqın qardaşı Q.Məmmədov daima xarici dövlətlərin agenti olub, Sərdar Cəlaloğlu da şeytana qulluq edən adam olub. O özünə aid olmayan və bilmədiyi məsələlərə başını soxur. Onun bu cür hərəkətləri camaatı da çox narahat edir. Adını "müstəqil siyasətçi" qoyub, amma yüz yerə işləyir. S.Cəlaloğlunun heç partiya sədri səviyyəsində elektoratı yoxdur. Ona xüsusi vəzifə verilib. Bu vəzifə də müxalifəti parçalamaqdır. S.Cəlaloğlunu yalnız dırnaqarası müxalifət hesab etmək olar. O, əsl müxalifət deyil".

Hacı Əbdül konkret faktlara istinadən, ümumiyyətlə, Azərbaycanda əsl müxalifətin olmadığını deyir: "Müxalifətçiyəm" deyənlərin hamısı satqın, əxlaqsız və qrant alverçiləridir. Satırlar, satılırlar. S.Cəlaloğlu ilə Q.Məmmədov bir bezin qırağıdır. Bir qardaş xaricdəki müxalifətə, bir qardaş isə, ölkədəki müxalifətə nəzarət etmək üçün fəaliyyət göstərir. Buna görə onlara vəsait verilir. Bunlar müstəqil adamlar deyil, tapşırıq qullarıdır".

Bir sözlə, müxalifət düşərgəsində yenidən ara qarşır. İddialı, hikkəli partiya sədrləri yenidən səngərlər qazaraq, bir-birini ittiham etməyə başlayıblar. Bu isə, o deməkdir ki, müxalifəti növbəti faciəvi günlər gözləyir. Hətta bu ağır günülərin sonu, bəzi partiyaların, əsasən də, AXCP, Müsavat və ADP kimi partiyaların sıradan çıxması ilə nəticələnə bilər.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...