Əli Kərimlinin aşkar olunmuş xarakteristikası artıq, çoxlarına bəyan olub. Onun bir vətən xaini olduğunu təkcə xalqımız deyil, digər dövlətlərdən olan insanlar da bilir. Elə məhz buna görə də dövlətimizin müstəqiliyyini istəməyən qüvvələr Kərimlinin bu satqınlıq sindromundan istifadə edirlər. Haram qazanca alışıq olan “müxalifət lideri”nin ağzına bir parça yem atmaq müqabilində onu ara qarışdırmaq missiyasına cəlb ediblər. Təsadüfi deyil ki, onun fikirləri erməni lobbisi ilə üst-üstə düşür. Ölkəmizə qarşı təzyiq göstərməyə çalışan beynəlxalq qurumların mənbəyindən yönəldilən AXCP sədri, tez-tez icazəsiz mitinqlər və kütləvi aksiyalar keçirməyə cəhd göstərir. Bu cəhdlər nəticəsində əhalinin rahatlığı pozulur və istirahət etmək hüququ olan vətəndaşların gedəcəyi yerlərdə çaxnaşmalar baş qaldırır. Beləliklə dinc sakinlər hətta evlərinə də getməyə çətinliklər çəkirlər.

1992-ci ildə Azərbaycan Respublikası Prezident Aparatının şöbə müdiri işlədiyi dövrlərdə Qarabağ müharibəsi üzərində oyun qurduqları dostları ilə birgə satqınçılıq siyasəti ilə dövləti talan etmələrini xalq unutmur. Ordudunun nizamsızlığı və torpaqların xəyanətkarcasına erməni işğalçılarına təslim edilməsinin başında Əli Kərimli ilə yanaşı, o zaman Dövlət Müşaviri olan Arif Hacılı, Ali Sovet sədri İsa Qəmbər, Dövlət katibi Pənah Hüseyn, Müdafiə naziri Rəhim Qazıyev kimi idarəçiliyə yaraşmayan komanda durudu.

İndi “Qarabağa azadlıq” şüarı ilə öz günahlarını xatırlamadan yenidən meydanlara atılıb kütləni aldatmağa cəhd edirlər. Simasızlığın son həddi ilə rekord qazanmış olanlar sosial şəbəkələrdən insanları dövlətimizə qarşı itaətsizliyə səsləyirlər. Bir neçə əqidəsi zəif olanları öz fitnə-fəsadlarının qurbanına çevirirlər. Satqınların toruna düşüb polisin göstərişlərinə qarşı çıxanlar dərk etsinlər ki, “bəy”lərinin heç biri razı olmaz ki, onların da övladları itaətsizliyə görə saxlanılsın. Əlbəttə, polisə qarşı xuliqanlığa görə sərt cəza tədbirləri də olmalıdır. O vətən xainlərinin övladlarının əvəzinə yerlərdə sürünməyi seçənlər bilməlidirlər ki, fəda olduqları Avropanın lüks yerlərində “behişt” yaşayaraq göylərlə gəzirlər. “Azadlıq” deyərək küçələrdə bağırmaq nə dərəcədə doğrudur? O qaranlıq və soyuq dörd divar arasına düşənə qədər bu sözün mənasını anlamaq çətin olur. O zaman dərk edilir ki, insan özü əsarət görsün. Azad cəmiyyətdə düzgün mövqe seçmək üçün heç zaman gec deyil. Azərbaycan müstəqil dövlətlər sırasındadır. Vətəndaşlarımız beynəlxalq hüquq çərçivəsində yaşayırlar. Dünyada çox milyonlu xalqlar var ki, azadlıq və müstəqillik onlara nəsib olmayıb. Fəqət, 1991-ci ilin 18 oktyabrından Dövlət Müstəqilliyini elan etmiş Azərbaycan xalqı gözəl bilir ki, əsrlərlə imperiya caynağında olmaq nə deməkdir.

Vətənə layiq olub, gözəl işlər qurmaq əvəzinə xainlərin təxribatçı çağrışlarına qulaq asanlar bilsinlər ki, dövlətimizn və xalqımızın gücü qarşısında əzilərlər. Müasir Azərbaycan Əli Kərimlinin düşüncəsində ilişib qalmış hərc-mərclik dövranında deyil.

Müəllif: Şiraslan Vəliyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...