Ötən şənbə şəhərdə bir neçə vacib işlərim vardı. Gedəcəyim marşrutu planlaşdırdım. Saat 12:00 radələrində "Nərimanov" metrosu yaxınlığında Vergilər Departamentində işimi qurtarıb, "Gənclik" metrosuna, ordan Azadlıq prospektinə, saat 14:00 radələrində "28 May" metrosu yaxınlığında işimi bitirib, ordan metro ilə evə yollandım. Səmimi deyirəm, heç yadıma da düşmürdü ki, axı siyasət dəllalları olan "Milli Şura" təmsilçiləri bu gün ağalarına hesabat verəcəklər!.. Evə çatdım, adətim üzrə bilgisayarımı açıb, internetə daxil oldum. Qoqluya (Əsl qoqlu-moqludu də, niyə güldünüz?) daxil oldum, görüm təzə nə var, nə yox. Şeytan çomağa tuş gələn kimi, birbaşa Qənimət Zahidlə Arif adlı brinin hardansa "reportaj" apardığını gördüm.

Deyir ilanın zəhləsi yarpızdan gedər, o da yuvasının ağzında bitər. İstədim söndürəm, eşitdim deyir ki, Bakı şəhəri blokadaya alınıb (?). Lənət sənə kor şeytan, indicə Bakını baş-ayaq gəzib gələn mən, bu gədə oturub, Avropanın orta göbəyində, hardan bilir ki, Bakıda nə var, nə yox. Hacdan gələn mən, xəbər verən Qəniş? Sən demə, burda onun da "reportyorları" varmış, bu saxta məlumatı da onlar ötürürmüş. Dişini dişinə qıcayıb, baxan olubsa, görüb ki, gədə Bakıdan verilən bəzi-bəzi dezinformasiyalar gəldikcə necə çiliyi çırt eliyirdi. Mən də birtəhər əsəblərimə hakim olub, xeyli izlədim bu Qəniş deyilən kəsin "reportaj"ını. Bu gədənin həyasız olduğunu çoxdan bilirdim, amma day bu qədərini də gözləməzdim. Yəni insan nə qədər vicdanını, mənəviyyatını iitirmiş ola ki, bu qədər həyasızlığa rəvac versin? Birinci ondan başlayaq ki, Bakı blokadadadır. Yazdım, yazmasam da, Bakıda yaşayanlar bilir ki, bu, ağ yalandır. Ana dilində, üzr istəyirəm, bizim dildə əməlli-başlı danışa bilməyən, bu iki "reportyor", əslində, mitinq adı altında ölkəni xaosa sürükləmək istəyənlərin əsl məqsədlərini açıq-aşkar ortaya qoydular (Bu da onların nə qədər "ağıllı" siyasətçilər olduqlarını göstərir).

Əvvəla, burda, messencerdə yazanların əksəriyyətinin qeyri-azərbaycanlı olduğu açıq-aşkar oxunurdu. Hətta bəziləri hər dəfə "f" hərfi əvəzinə "p" yazırdılar ki, həmin adamların (Məlahət Yaqubova, Süleyman İmanquliyev və digər psevdo imza müəllifləri) şəksiz erməni olduğu məlum idi. Hətta bir neçə erməni öz adı ilə mesaj yazdı ki, lazımdısa, kömək göndərək! Bu belə, deməli, ermənilər bu vəziyyətdən xüsusi zövq alırdılar və zövqü də onlara Əliş, Cəmiş və Qəniş üçlüyü bəxş edirdilər. Birbaşa zənglərin əksəriyyəti xaricdən edilirdi. Eləmədim tənbəllik, mən də zəng etdim ki, deyim ayıbdı, yığışdırın bu tragikomediyanızı efirdən, milləti biabır eləməyin, baxan elə biləcək ki, siz də Azərbaycan türküsünüz. Amma əvvəlcədən razılaşdırılmış nömrə olmadığına görə, hər dəfə məşğula keçirdilər. Bu da, demokratiyadan dəm vuran Qərbin bizə qarşı hazırladığı "demokratik qüvvələr"in "deməkratiya"sı! Sonra başladılar ki, Bakıda hakimiyyət interneti dayandırıb! Lənət şeytana, a gədə, internet bağlanıbsa, bəs mən sənin o yöndəmsiz simana necə tamaşa edirəm?

Messencer yazılarına diqqət etdim. Hər beş mesajdan, azı üçü onların əleyhinə yazır, bu əməlləri pisləyirdi. Amma həmin mesajlar iki-üç saniyədən sonra silinirdi. Diqqət edib, gördüm ki, mesajları da idarə edən və xoşlarına gəlməyənləri dərhal silən Qəniş özüdür. Nəhayət, Ariflə Qəniş özləri öz dilləri ilə əsas məqsədlərinin nədən ibarət olduğunu bildirdilər. Sevinə-sevinə iki banlayan xoruz kimi, ağız-ağıza verdilər ki, biz istəyimizə nail olduq. Bizə lazım idi Avropada görsünlər ki, vaziyyət necədi, onu da göstərə bildik. Buyurun, bu da onların əsl erməni xisləti. Hələ Arif deyilən ikinci "reportyor" bir az da özlərini biabır edib, Ə.Kərimlini Paşinyanla müqayisə də elədi (İnsafən, bircə burda haqlı idilər, Əli ilə Paşinyan bir-birlərinə, həqiqətən, çox oxşayırlar, deyəsən, Soros ikisində də eyni plastik əməliyyat elətdirib!), dedilər ki, indi Əlini tutacaqlar, sonra Paşinyan kimi qəhrəman olub qayıdacaq! Nə isə... Bu, əvvəlcədən hazırlanmış, aktyorların yerləri və ifaları da dəqiqliklə müəyyən edilmiş məzhəkə "reportaj"dan çox şey yazmaq olardı. Amma həmin "reportaj"a zəng edənlərin bir sözü və "reportyorlar"ın ona cavabı ilə fikrimi tamamlamaq istəyirəm. Zəng edənlərdən biri Qənişgildən xahiş etdi ki, ordan Ərdoğana deyin(???), bizim xalqa kömək eləsin. Qənişgil də söz verdilər ki, hökmən deyəcəklər... Məşhur bir tamaşada deyilir e... Heyvanına şükür, pərvərdigara!

Təhmasib Novruzov

Bütün xəbərlər Facebook səhifəmizdə