Bu ad elə-belə yadıma düşmədi. Çünki bu adın altında 25 ildir ki, Azərbaycan xalqının gözünü döyənək edən o qədər zəhlətökən fərdlər dayanıb ki...Onlardan biri də, söz yox ki, AXCP sədri satqın, mənəviyyatsız və cinayətkar Ə.Kərimlidir. Görünür, qarşıdakı bələdiyyə və ondan sonra gələn parlament seçkilərinə qədər və seçkilərdən sonrakı dövrlərdə də biz onun haqqında hələ çox yazacağıq. Nə qədər ki, özü siyasi səhnədən və xalqın qarşısından üzüsulu getməyib, o vaxtadək yazacağıq. Çünki bu fərd, bilavasitə bir cəhənnəm şeytanıdır ki, yapışıb millətin ətəyindən əl çəkmir ki, çəkmir. Yaxşı deyiblər ki, adamda abır-həya yaxşı şeydir. Ancaq abır-həyanın olması üçün, insanda gərək bir balaca vicdan da olsun. Həmin vicdan isə, bu gün hakimiyyətə gəlməkdən ötrü bütün çirkin əməllərə əl atmağa hazır olan satılıb-satan Ə.Kərimlidə, əsla, yoxdur!

Bir halda ki, özünün "lider" olması üçün öz ağsaqqalının (Əbülfəz Elçibəyin -R.H.) həyatına sui-qəsd edərək, onu zəhərlədəndən hansı vicdanı gözləyəsən??!! Bilavasitə, Ə.Elçibəyin sayəsində əldə edilən partiyanın maliyyə fondunu oğrulayaraq mənimsəyən oğrudan hansı abır-həyanı görəsən??!! Öz lideri xəstə ikən, ona Türkiyədən göndərilmiş 100 min dollarlıq maddi köməyi Kələkidən Bakıya oğru əlaltıları ilə qaçıran, həmin pulların vasitəsilə xəyanətkar "Yurd" qruplaşmasını Elçibəyə qarşı istiqamətləndirən şərəfsizdən hansı əqidəni tələb edəsən??!! "Azadlıq" qəzetini ələ alaraq, məhz həmin mətbu orqanın səhifələrində "Əbülfəz Elçibəy siflis xəstəsidir, bu gün-sabahlıqdır", "Elçibəydən daha lider olmaz", "Elçibəy müxalifəti çökdürəcəkdi...Ə.Kərimov olmasa idi" tipli yazılar dərc etdirən satqından daha hansı "kişiliyi" və "mərdliyi" axtarıb, üzə çıxarasan??!!

Bir sözlə, bu gün hakimiyyətə gəlmək uğrunda bütün çirkin əməllərə hazır olan Ə.Kərimli, həqiqətən də, antimilli təhlükə mənbəyinə, parazitinə, amöbünə çevrilib. Çünki onun varlığı bundan o yana inkişaf etməyib. Əbəs yerə deyil ki, bu, həmin Ə.Kərimlidir ki, onun ən yaxın qohum-əqrəbası, əzizləri ondan imtina ediblər. Bu, həmin Ə.Kərimlidir ki, heç bir yerdə işləmədiyi halda, Allahın beş manat dövlət maaşını almadığı vəziyyətdə, ildə 80 min dolları (!!!-R.H.) özü kimi əxlaqsız paraziti olan küçük Türkelin təhsil haqqı üçün Londona göndərə-göndərə, onun təhsilini "başa vurdurdu". Arvadına Parisdə və Londonda brend parfüm malları satan dükanlar açdırdı. Sonra da, durub deyir ki, ondan "təmiz", ondan "saf", ondan "pak" adam yoxdur. Bəli, o özünü o qədər tərfiləyib, göylərə qaldırır ki, eşidəndə, adamın başının tükü biz-biz durur.

Fəqət, hər şey göz qabağındadır. Hər kəs, yəni bilən bilir ki, Əli Kərimli millətə, xalqa və "cəbhəçilərə" qarşı o qədər xəyanətlər törədib ki, onun bu yolda tayı-bərabəri yoxdur. Ona görə də, arada AXCP-nin orda-burda tədbirlərini keçirən bu rəzil fərd Azərbaycan hakimiyyətinin, Azərbaycan dövlətçiliyinin üzərinə qara yaxmağa cəhd edərkən, unutmamalıdır ki, onun bu xalq qarşısındakı xəyanətləri unudulmayıb. Yaxşı olardı ki, cəhənnəm şeytanı olan Ə.Kərimli və onu müdafiə edən xəyanətkarlar sürüsü onun həmin xəyanətlərini etiraf etsinlər. Əks-halda, qanunamüvafiq qaydada onun özü Azərbaycan xalqının qarşısında cavab verməli olacaq. Gec, ya da tez, bu, baş verəcək. Bu, hətta sabah da baş verə bilər...

RƏFİQƏ

Bütün xəbərlər Facebook səhifəmizdə