Daxili çəkişmələrdən və qarşıdurmalardan xilas ola bilməyən müxalifət partiyaları bununla ağır və acınacaqlı vəziyyətlə üzləşməkdədir. Partiyalararası qarşıdurmalar səbəbindən, dağıdıcı ünsürlər olan-qalan sosial bazalarını itirməklə yanaşı, həm də cəmiyyətin dərin nifrətini qazanıblar. Bu baxımdan, ölkədə gedən isctima-siyasi proseslərdən tamamilə təcrid olunublar. Bu isə, onlara maddi və mənəvi yardım göstərən və qarşılğında məkrli planlarını reallaşdırmağa çalışan xarici dairələri ciddi narahat edir. Ona görə də, yeni planlar və texnologiyalar əsasında, əlaltıları olan müxalifləri qisməndə də olsa, dirçəltməyə çalışırlar. Hazırkı mərhələ də, müxalifətin virtual aləmdə fəallıq göstərməsi də, məhz xarici dairələrin dəsti-xətti və planlarının nəticəsidir. Demək olar ki, Əli Kərimli, Cəmil Həsnli, Arif Hacılı, İsa Qəmbər və digərləri fəaliyyətlərini ancaq sosial şəbəkələrdə söyüş kampaniyası qurmaq və dövlətçiliyə zidd əməllər törətmək üzərində qurublar. Qondarma qurum olan “Milli Şura”-AXCP cütlüyünün və Müsavatın üzdəniraq təmsilçilərinin söylədikləri bütün fikirlər, açıqladıqları məlumatlar, bir daha onu göstərir ki, onlar üçün başlıca maraq xaricdən maliyyə yardımları almaqdır.

“Əli Kərimli “demokrat” donuna bürünən mənəviyyatsızın biridir”

Planlaşdırdıqları mitinqlər və icazəsiz piketlər yalnız görüntü xarakterli və xarici maraqlı dairələrin diqqətini özlərinə cəlb etmək üçün keçirilir. Xüsusi ilə də, görünən odur ki, AXCP sədri Əli Kərimli dövlətçiliyimizə qarşı daha çox antifəaliyyət kampaniyası aparır. Bu da, onun xarici təsirlərə daha çox məruz qaldığını göstərir. Sual oluna bilər, niyə və nə səbəbə Ə.Kərimli xarici maraqlı qüvvələrin təsiri altındadır? Birmənalı şəkildə, cavab olaraq bildirmək olar ki, Ə.Kərimli müəyyən xarici qüvvələrdən maliyyə yardımı aldığı üçün onların yanında gözükölgəli və başıaşağıdır. YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə SİA-ya açıqlamasında bildirdib ki, AXCP sədri Ə.Kərimli “demokrat” donuna bürünən mənəviyyatsızın biridir: “Ə.Kərimlinin çirkin əməlləri ilə bağlı kifayət qədər həqiqətlər də üzə çıxıb. Zaman-zaman AXCP-dən istefa verən cəbhəçilər də öz “liderləri”nin çirkin xislətindən, xəyanətkar əməllərindən və antimilli fəaliyyətindən dəfələrlə söz açıblar”.Vurğulamaq lazımdır ki, Vüqar Rəhimzadənin də, qeyd etdiyi kimi, AXCP-dən istefal verənlər Ə.Kərimlinin satqın və xəyanətkarın biri olduğunu faktlarla sübuta yetiriblər. AXCP NTK-nın sədri Aydın Əliyevin Ə.Kərimlini ifşa etməsinin ardınca, AXCP üzvü Dilarə Miriyevanın sosial şəbəkələrdə yayılan səsyazısında Ə.Kərimlinin satqının biri olduğu məlum olur. D. Miriyeva AXCP daxilində baş verən haqsızlıqlardan, üzvlərə dəyər verilməməsindən şikayətlənir. Səs yazısında o, partiya əleyhinə “Nə oldu? Nərmin Xəlil orda, Şəbnəm orda, Türkan orda, Fatimə, nə bilim nə, orda, hamı orda, hamıya yer oldu Dilarə xanıma yer olmadı? Mən özümü sındırmadım, amma mənə bilirsiniz, necə təsir edib bu? Əməyimin bəhrəsi bu idi? Siz hələ hakimiyyətə gəlməmisiniz beləsiniz, hakimiyyətə gəlsəniz, mənim kimisini və məni şəxsən ortada, tryapka kimi qullanıb, atacaqsınız: “Özünüz istədiklərinizi gətirəcəksiniz vəzifəyə, Dilarə xanımın da harda canı çıxır-çıxsın. İndiyə qədər nətər idisə, elə də sürünsün, belə çıxır da. Demək məndən istifadə edin yalandan hakimiyyətə gəlmək üçün, sonra da məni qullanın atın, belə çıxır da. Çox təsir edib mənə, inanırsınız? Bu gün bütün günü ağlamışam, şəkərim, təzyiqim hara çıxıb bilmirəm. Hamını gətirib üst başa keçirdir, Emil Səlimovdu bunun hamısını edən. Hər şeyimi qurban etmişəm bu yolda, məni il yarım nəvələrimin üzünə həsrət qoyub qızım, bu partiyaya görə. Oğlumu mənim üstümə qaldırıb, gündə oğlumla davadayıq buna görə. Bir şey olan kimi, Emil bir yandan üstümə düşür, Ruslan Əmirli bir yandan, Hüseynağa bir yandan, hərəsi bir təlimat verir ki, Dilarə xanım belə elə. Həmən Dilarədi də, siz Dilarəni dəyərləndirmirsiniz? Mən onda tüpürüm sizə, lazım deyil, sizin partiyanıza da, hər şeyə də. Mən voobşe partiyadan çıxıram, mənə lazım deyil bu partiya” kimi şokedici ifadələr işlədir. ”D.Miriyevanın yayılmış səs yazısından bir daha məlum olur ki, AXCP daxilində anormal mühit mövcuddur. Partiyada Ə.Kərimlnin qurduğu diktatura hökm sürür.

Əli Kərimlinin maliyyə fırıldaqlarının üstü açılır

YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadənin sölərinə görə, Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Razi Nurullayev postundan istefa verərkən, bildirmişdi ki, AXCP-də diktatura hökm sürür, partiyanın sədri Ə.Kərimli isə avtoritar düşüncəyə malikdir: “AXCP-dən istefa verən şəxslərin hamısı Ə.Kərimlinin partiya daxilində avtoritarizm yaratması, azad sözü boğması, tənqidə və fərqli fikrə dözümsüz yanaşması barədə danışırlar. Sıravi cəbhəçilər, belə bildirirlər ki, bu partiyada hər kəs yalnız Ə.Kərimliyə xidmət edir: "”Bu günlərdə AXCP nəzarət-təftiş komissiyasının sədri Aydın Əliyev də öz cəbhədaşlarına video-müraciətində Ə. Kərimlinin bütün çirkli oyunlarını, xəyanətkar əməllərini, maliyyə fırıldaqlarını ifşa edib” deyən Vüqar Rəhimzadə əlavə edib ki, Aydın Əliyev bu müraciətində Ə. Kərimlini siyasi dələduz adlandırır: “Aydın Əliyev Əli Kərimlinin xislətinə çox yaxşı bələd olduğundan, müraciətində bildirir ki, bundan sonra AXCP-də ona qarşı böhtan və şər kampaniyası başladacaqlar. Ancaq o, həmin şəxsləri əvvəlcədən xəbərdar edir ki, Ə.Kərimlinin göstərişlərinə uymasınlar və onun barəsində danışarkən, haqq və ədalət hissini unutmasınlar. Çünki bir gün gələcək o tapşırıqları yerinə yetirənlər də Əli Kərimlinin çirkin oyunlarının qurbanı olduqlarını başa düşəcəklər”.

Vüqar Rəhimzadə, onu da qeyd edib ki, bu cür hadisələrin baş verməsi AXCP daxilində böyük ixtilafların baş verdiyini və Ə. Kərimlinin artıq prosesləri idarə edə bilmədiyini göstərir. İfşa faktlarının, ardıcıl olaraq, üzə çıxması, xüsusilə də, Ə.Kərimlinin dələduzluğunun və diktatorluğunun artıq ətrafı tərəfindən təsdiqlənməsi AXCP trolbaşının istefasının labüdləşdiyini isbatlayır.

Bir sözlə, mövcud faktlar təsdiq edir ki, müxalifət daxilində, əsasən də, “Milli Şura”da ciddi ixtilaflar və qarşıdurmalar fonunda, kütləvi istefaların bünövrəsi qoyulub. Bu isə, bələdiyyə seçkiləriərəfəsi əksər müxalif partiyaların sıradan çıxacağından xəbər verir. Hər halda, arşdırmalar və proseslər də, bunu deməyə əsas verir.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə