"Milli Şura"dan növbəti təxribat ŞƏRH

Özləri demokratiya beşiyinin övladları - "Milli Şura" adlandırılan, anti-konstitusion, anti-milli şuranın keçirdiyi mitinqdə səsləndirilən fikirlər, çağrışlar, onların nə dərəcədə anlaqsız, utopik düşüncə tərzinə malik olmalarını bir daha təsdiq etdi.

Azərbaycanda dövlət hakimiyyətinin yeganə mənbəyi olduğu halda, xalqın seçdiyi səlahiyyətli nümayəndələrindən başqa heç kəsin xalqı təmsil etmək, xalqın adından danışmaq və xalqın adından müraciət etmək hüququ olmadığı halda, başıpozuq, anlaqsız, antimilli mövqedə olan siyasi dələduzlar, kəsicilər, gəmricilər əsl xalq hakimiyyətinə qarşı çıxış edirlər, xalqa müraciət edirlər.

Əbədiyaşarlığı ilə bəşər tarixinə bənzəri olmayan siyasi xadim kimi daxil olmuş Heydər Əliyev siyasətinin davamı olaraq Prezident İlham Əliyevin uğurlu, məqsədyönlü, düşünülmüş daxili və xarici siyasətinin nəticəsi olaraq ölkəmizdə formalaşmış iqtidar-xalq birliyinin, vəhdətinin mövcud olması müxalifət adlandırılan, əslində isə antimilli qruplaşmaları siyasi və əqli cəhətdən dəli divanə edib.

Eyni zamanda, ermənilərin xarici himayədarlarının anti-Azərbaycan planlarının həyata keçirməsi üçün dəridən qabıqdan çıxırlar.

1993-cü ilin iyun ayında Azərbaycan xalqının 97 faizinin iştirakı və rəyi ilə siyasət səhnəsindən birdəfəlik silinən, “son siyasi mənzilə yola salınan” siyasi dələduzlar, əxlaqsızlar, kəsicilər, gəmiricilər, ermənilərin səsinə səs verənlər xaos, anarxiya baniləri İsa Qəmbər, Əli Kərimli, Arif Hacılı və başqaları xalq tərəfindən nə qədər siyasi dezinfeksiya, vaksinasiya edilsələr də, siyasi qəbirlərini nə qədər dərindən qazıb dəfn etsələr də, nə qədər kimyəvi preparatlar qəbul etdirsələr də bu şəxslərdə siyasi həyasızlıq, dələduzluq, ermənipərəstlik, antimilli ruh o qədər güclüdür ki, onların boş başları, kor gözləri, kar qulaqları son mənzildə də onları yatmağa qoymur.

Çöx qəribədir. İndi də bunlar utanmadan, xəcalət çəkmədən xalq adından, millət adından danışmaqla Milli Şura adlanan, əslində isə antimilli, antiAzərbaycan şurasının sədri, Əli Kərimlinin, İsa Qəmbərin irəli verdiyi Cəmil Həsənlini xalqa gələcək prezident kimi sırımağa başlayıblar.

Kimdir cənab Həsənli?! Atalar demiş: dostunu göstər, sənin kim olduğunu deyim. Məsələ aydındır. Əgər həqiqətən Cəmil Həsənli İsa Qəmbərin, Əli Kərimlinin siyasi baxışlarına, təfəkkürünə uyğun hərəkətlər edirsə, o, həqiqətən siyasətdən, dünyadan bixəbərdir. Əgər öz ağlı ilə hərəkət edirsə, xarici beynəlxalq erməni təşkilatlarının maraqlarına xidmət edirsə, deməli, o, yenə də anlaqsız, utopik düşüncə tərzinə malik siyasi həyasızlar, utanmazlar sırasındadır.

Onun bütün hərəkətləri, çıxışları antimillidir. Milli dövlətçilik maraqlarımızın əksinədir.

Cəmil Həsənli, Əli Kərimli, İsa Qəmbər, açıq qulaqlarınızı eşidin, bilin və dərk edin: artıq 2019-cu ildir, bu illər sizə 1989-1993-cü illər deyil! Artıq Azərbaycan 1993-cü ilin iyun ayından sizlərdən miras qalmış xaos, anarxiya, vətəndaş qarşıdurmasından, müstəqilliyini itirmək təhlükəsindən xilas olaraq, müstəqilliyini qoruyub möhkəmləndirmək, iqtisadi inkişafa, sosial tərəqqiyə, hərbi qüdrətə, gücə nail olaraq, dünyanın ən sabit, təhlükəsiz dövlətləri sırasındadır, regionun və dünyanın lider dövləti olmaqla beynəlxalq aləmdə özünə layiq olduğu yeri tutub. Azərbaycanda hakimiyyət xalqa məxsusdur. Azərbaycan müstəqil, demokratik, dünyəvi dövlətdir. Ölkəmizdə demokratik proseslər çox böyük sürətlə gedir.

Belə olan halda utanmadan, çəkinmədən mitinqdə həyasızcasına çıxış edərək xalqa müraciət edirsiniz ki, Azərbaycanda hakimiyyət dəyişkənliyi edilməlidir, nəsil dəyişməlidir, ağ qüvvələr bizik, şər qüvvələr hakimiyyətdir və s. deyirsiniz, gənclərimizi aldadırsınız. Siz hansı hakimiyyət dəyişkənliyindən danışırsınız? Konstitusiyaya əsasən hakimiyyətin mənbəyi xalqdır. Xalq da 1993-cü ilin 15 iyunundan seçimini edib. Həmin illərin davamı olaraq Azərbaycan xalqı 2003-cü ildə bir daha qəti şəkildə öz rəyini bildirdi. Yəni, Azərbaycan xalqı xalq-iqtidar birliyinə, vəhdətinə səs verdi və sonrakı prezident seçkilərində də yenə də Heydər Əliyev siyasətinə, ümumdövlət siyasətinə və bu siyasətin ən layiqli davamçısı, dünyanın qəbul etdiyi məsləhətləşdiyi prezident İlham Əliyevə səs verdilər, yüz illiklərə, min illiklərə hesablanmış siyasi kursa səs verdilər.

Belə olan halda Cəmil Həsənli, siz hansı nəsil dəyişikliyindən, hakimiyyət dəyişikliyindən danışırsınız. Əsl xalq hakimiyyətini deyirməyə cəhd edirsiniz?!

Sizin rəhbəri olduğunuz "Milli Şura"nın və dostluq etdiyiniz Əli Kərimlinin sədri olduğu AXCP-nin mövcudluğu sübut edir ki, sizin siyasi savadınız, biliyiniz, təcrübəniz çox məhdud çərçivədədir. Ona görə ki, qeyd eetdiyim kimi, Azərbaycan kimi müstəqil, demokratik dünyəvi bir dövlətdə xalq hakimiyyətinin mövcud olduğu ölkədə "Milli Şura" yaratmağınız və ona sədrlik etməyiniz və bu təşkilat adından xalq hakimiyyətinə qarşı çıxış edərək ermənipərəst qüvvələrin maraqlarına xidmət edən bir dövlət qurub özününzü də prezident göstərmək istəyirsiniz.

Cəmil Həsənli, siz tarix elmləri doktorusuz, professorsunuz, dünya xalqlarının, dövlətlərinin tarixini bilirsiniz. Mənim sualıma cavab verin, hansı ölkələrdə "milli şura"lar, "xalq cəbhələri partiyaları" yaradılır?! Müstəqil demokratik hakimiyyətin xalqa məxsus olduğu ölkələrdə yoxsa müstəmləkə və ya yarımmüstəmləkə ölkələrində yaradılır və hansı məqsəd üçün?! Bu sualın cavabını düzgün müəyyən edə bilmədiyinizə, dərk edə bilmədiyinizə görə belə bir addım atmısınız, yəni "Milli Şura" yaratmısınız, antimilli hərəkətlər də edirsiniz.

Cəmil Həsənli, əgər bilmirsinizsə, mən sizin nəzərinizə çatdıra bilərəm. Özü də mən sizin keçmiş tələbələrinizdən biri olaraq, sizə xatırlatmaq istəyirəm ki, əgər yadınızdadırsa, siz bizə müstəmləkə və yarımmüstəmləkə ölkələrinin tarixlərindən dərs keçərkən deyirdiniz ki, müstəmləkə və yarımmüstəmləkə ölkələrində xalqların milli azadlıq hərəkatlarına rəhbərlik etmək üçün, xalqları müstəmləkə zülmlərindən xilas etmək üçün xalq cəbhələri, mili şuralar və s. təşkilatlar yaradılır. Bəs onda sual olunur, niyə siz demokratik xalq hakimiyyətinin mövcud olduğu ölkədə belə bir təşkilat yaratmısınız və xalqı yanlış olaraq ingilaba səsləyirsiniz. Axı Azərbaycan müstəqil dövlətdir.

Belə bir inkişaf etmiş demokratik ölkədə mitinq, nümayiş, mənəvi terror, təxribat hərəkətlərinə yol vermək sizcə nə dərəcədə düzgün hesab edilə bilər? Əsla qəbul edilə bilməz, siz bunları bir-birindən seçə bilmirsiniz, dərk edə bilmirsiniz, anlamırsınız. Belə olan halda siz hansı ağılla, savadla, siyasi təfəkkürlə xalqı aldadıb öz hakimiyyətinə qarşı qoymaq yolu ilə ölkədə xaos, anarxiya yaratmaq yolu ilə prezidentlik uğrunda mübarizə aparırsınız?! Atalar demiş: oxuyub alim olmaq olar, ancaq insan olmaq çox çətindir!

Cəmil Həsənli, Aşıq Ələsgər deyib ki, bir şəyird ki, ustadına kəm baxa, onun gözlərinə qan damar, damar!

Mən sizin dərs dediyiniz tələbələrinizdən biri olaraq, sizə kəm baxmıram. Yalnız və yalnız xəcalət çəkirəm ki, mənim müəllimim İsa Qəmbər kimi, Əli Kərimov kimi, Arif Hacılı kimi riyakar, avantürist, ermənipərəst, qara qüvvələrlə bir sırada, anlaqsız hərəkətlər edir. Siz özünüz ağla qaranı, şərlə xeyiri seçə bilmirsini, deyirsiniz ki, biz ağ qüvvələrik, hakimiyyət şər qüvvələrdir. Siz özünüz özünüzü dərk etsəniz, görərsiniz ki, elə şər qüvvələr də, qara qüvvələr də özünüzsünüz.

Sizin kimi siyasi dələduzların anlaqsız, utopik düşüncə sahiblərinin, kəsicilərinin, gəmiricilərinin hay-küy salmaları yalnız və yalnız ermənilərə lazımdır. Sizin kimi çəxslərə bizim aramızda yer yoxdur.

Cəmil Həsənli, sizin bacarığınızı da, siyasi düşüncələrinizi də çox yaxşı bilirik. Sizdən heç orta əsrlər kafedrasının müdiri də olmaz, nəinki prezident!

Nə qədər ki, gec deyil, gedin başınıza çarə qılın! Utanmırsan dəyişiklik üçün Cəmil Həısənli şüarı altında mitinq keçirdirsən, özünüz çalıb, özünüz də öynayırsınız!

Dəmir Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...