Nədənsə, hər zaman meydan deyəndə, yadıma heç bir uğura imza ata bilməyən, 25 ildən artıq dişsiz çarx kimi yerində sayan müxalifət düşür. O müxalifət ki, xarici qrantlara arxalanaraq, əllərində olan bir-iki qəzet, sayt və bir də sosial şəbəkələr vasitəsilə özlərini, erməni üfunəti verən küt, boş başları ilə dövlətə və xalqa qarşı böhtanlar yazmaqla təbliğat aparırlar. Ancaq mətbuatda, sosial şəbəkələrdə təbliğatlarını aparan bu erməni quyuruqbulayanı Əli Kərimli, Arif Hacılı, Cəmil Həsənli və... xəyanətkarlar anlamırlar ki, bu təbliğatla uğur qazanmaq olmaz. Necə ki, A.Hacılı başqan olduqdan sonra Müsavatın tifaqı dağılmağa başlayıb. Elə bu yerdə müahacir ömrü yaşayan eks-spiker Rəsul Quliyevin dediyi kimi, "ay badbaxtlar", bilmirdiniz ki, dağıdıcı və satqından başqanı olan partiyanın sonu belə olmalıdır".

Sabiq müsavatçı, "siyasi mühacir" Elbəy Həsənli Rəsul bəyə dəstək olaraq, bildirib ki, ilk gündən Arif Hacılı saxtakarlıqla başqan olub: "Belə olan halda, Müsavat Partiyasının məhvə doğru getməsinin səbəbkarı da elə saxta başqan Arif Hacılıdır. Çünki Müsavat partiyasının başqanı dağıdıcı mövqedədir. Ona görə də Müsavatın tifaqı xaraba qalıb. Gopologiya ilə iş bitməz. Arif Hacılı başqan olandan sonra partiyanın az qala bütün elitası təşkilatı tərk edib, bir nəfər də tanınmış sima bu partiyaya daxil olmayıb. Elə bu səbəbdən də, Arif Hacılı sovet dönəmindəki kolxoz sədrləri kimi, pambıq "pripiska"sına keçib".

E.Həsənli son vaxtlar "facebook"da İsa və Ariflə bağlı maraqlı kollajlarının verilməsi ilə bağlı açıqlamasında bildirib ki, bu kollajlar elə əvvəl dediklərimizin təsdiqidir., Yəni görünən odur ki, bir başın yarısı A.Hacılı, yarısı isə İ.Qəmbərindir. Yəni "bir başda iki başqan". Əslində, bu, çox mətləblərdən xəbər verir. Belə ki, görünən odur ki, Müsavat daxilində çəkişmələr nəticəsində, bu iki saxtakar başqanların sayəsində bu gün partiya birdəfəlik yox olmaq ərəfəsindədir. Çünki satqınlıq, xəyanətkarlıq və riyakarlıq İ.Qəmbərlə yanaşı, A.Hacılının da boyuna biçilmiş həyat yoludur.

Böyük mütəfəkkir Hüseyn Cavidin dediyi kimi: "İblis nədir? Cümlə xəyanətlərə bais...Ya hər kəsə xain olan insan nədir? İblis!"

Elə dava da yorğan davasıdır. Baş verənlər, onu deməyə əsas verir ki, heç qarşıdakı qurultayda da bu məsələ həll olunana oxşamır. Görünür, bu xəmir hələ çox su aparacaq.

RƏFİQƏ

Bütün xəbərlər Facebook səhifəmizdə