Bu günün gəncləri hər zaman cəmiyyətin böyük bir hissəsini təşkil etməklə yanaşı, ictimai həyatda daim fəallıqları ilə seçiliblər. Aqillər qeyd ediblər ki, bir ölkəni abadlaşdırmaq istəsələr, onun gənclərinin elm və mənəviyyatına diqqət etməlidirlər. Hələ çox öncələrdən ulularımız deyərdi ki, öz xalqına düşəmən münasibət bəsləyənlər ölkəni viran etmək istəsəydilər, onun cavanlarını əxlaqsızlığa və cahilliyə yönəltməyə cəhd edərdilər. Necə ki, bunu dağıdıcı müxalifət düşərgəsinin "başbilənləri" edirlər. Çünki fəaliyyətdə olduqları bütün dövrlərdə dağıdıcılıq və qaragüruhçuluq timsalında "siyasiət" yürüdənlərin əsas məqsədləri məkrli siyasətlərinə cəlb etdikləri sadəlövh gəncləri şəxsi mənafeləri yolunda zəhərləməkdən ibarət olub. Bunlar anlamırlar ki, cəmiyyətdə mövqe və məqam əldə etməyin yolu iyrənc, özəl dividendlərə hesablanmış siyasət deyil, sivil və demokratik dəyərlərə hörmətdir. Məhz bu gün də əsl azadlıq dövlətin gəncliyə verdiyi əvəzsiz dəyərdir.

Bu gün radikalizm meyarlarını üstün tutaraq, hakimiyyət hərisliyi ilə alışıb-yananların əksəriyyəti gənclik anlamına daha çox istədiyi kimi yaşamaq, məsuliyyətsiz həyat tərzi keçirmək, başqalarının siyasi təsirləri altına düşmək kimi qavrayırlar. Bu, həm də, onu deməyə əsas verir ki, AXCP, Müsavat kimi partiyaların kərimli və qəmbərləri, eləcə də, onların "kərimovçu"-"qəmbərovçu" yollarını azmış gəncləri sözügedən məqamı qavramamaqla birgə, başqalarına da öz "siyasətlərinin" düzgün olduğunu sübut etməyə səy göstərirlər. Buna misal kimi icazəsiz aksiyaları və həmin aksiyalarda təsir altına düşmüş bir qrup gəncin hansı oyunlardan çıxdıqlarını göstərmək mümkündür. Müəyyən sifarişlər altında "azadlıq" deyə bar-bar bağıran "zəhərlənmiş" gənclər, bilməlidirlər ki, əsl azadlıq dövlətin gəncliyə verdiyi əvəzsiz dəyərdir.
Bu əsnada, qeyd edim ki, gənclik insan ömrünün elə təmiz, elə pak anlarıdır ki, kiçicik bir çirkab belə, onu bulaşdırmağa və alt-üst etməyə kifayət edər. Çünki bu dövr o qədər dəyərlidir ki, etdiyin hər bir səhv ömrün boyu peşmançılıqla və vicdan əzabı ilə yaşamağına səbəb ola bilər. Bunu cəmiyyət kifayət qədər görüb. Elə zaman-zaman "cəbhəçi" gənclərin etirafı, vaxtilə Əli Kərimli tərəfindən təlimatlandırılmış tərəflərin - "NİDA"çıların dövlətə ünvanladıqları məktub hazırda gənclərin nə qədər vicdan əzabı çəkmələrini təsdiq edir. Yəqin elə buna görə də insan yaşa dolduqdan sonra həsrətlə öz gənclik dövrlərini xatırlayır. Ancaq həmin dövrlərə qayıtmaq mümkün olmadığından, bu, hər bir şəxs üçün şirin xəyal olaraq qalır. Odur ki, hər bir gənc öz gəncliyindən, elə istifadə etməlidir ki, sonda onu səadətə və xoşbəxtliyə çatdırsın. Sonradan ömrünün ən parlaq və çağlayan hissəsini boşa verdiyinə görə peşman olmasın. Peşman olmasın ki, zamanında dövlətə, dövlətçiliyə, xalqa və millətə daha çox xeyir verə bilərdi, amma bunun əvəzində, öz gəncliyini kimlərinsə kirli, murdar və məkrli siyasətlərinə qurban verdi. Peşman olmasın ki, təhsilini və elmini artırmaq əvəzinə, gənc yaşlarından həbslərə düşdü. Peşman olmasın, çünki sonrakı peşmançılıq fayda verməz.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...