Qəribə bir mühit yaranıb dağıdıcı müxalif düşərgədə hər kəs özünü "əsl mxalifətçi" hesab edir. Gülünc iddiadır. Gülünc olmaqla yanaşı, əsl manyaklıqdır. Çünki Azərbaycanda olan müxalifət kimisi heç dünyaya gəlməyib. Sual olunsa ki, bu müxalifət bu 26 ildə nəyi edib, nə dəyişib? Özünə hörmət edən kəs deyər ki, vallah, həmin müxalifəti necə görmüşəmsə, eləcə də qalıb. Sual edəndə ki, nəyə görə belə düşünürsən? Cavab verər ki, müxalifət, əslində, müxalifət olduğundan üzübəri həmin təxəyyülə, həmin təfəkkürə və həmin təsəvvürə malik olan primitiv siyasi dairədir. Bəli, budur, primitiv siyasi dairə, "atalı"-"analı" olan gülünc, primitiv dairə. Anlamırlar ki, bu primitiv dairə ötən zaman kəsimində "əriyərək", yoxa çıxmağa başlayıb. Yəni "var olduqlarını" deyənlər, indi yox olmamaq üçün də özlərində güc tapa bilmirlər. Xüsusilə, dağıdıcı müxalifətin əsas iki qanadı olan Müsavat və AXCP-də qarşıdurmaların yaşanması da, təbii ki, səbəbsiz deyil. Bir məntiq isə, acı sonluqdan qaçmağın mümkünsüzlüyünü özündə ehtiva etmiş olur. Müxalifət düşərgəsində "müxalifətçiyəm" iddiasında olanlar, bir-birini də eşitmir. Bir-birinə qarşı kar olmaq - kor olmaq tendensiyalarından, əl tutmamaq, salam verməmək kimi amillərdən, "sözünü özün deyib, özün eşidirsən" formasındakı "mən səni eşitmək istəmirəm, sən danışsan da, burada bəziləri kənara işləyir" formasında oxşar replikalar yekunda alışmaqda olan barıt çəlləyi üçün bir kibrit çöpü olurlar. Məntiq və düşüncə, qavramaq, söz eşidib, kəlmə kəsmək insan üçün normal bir şeydir. Ancaq bu normallığı müxalifət düşərgəsində görmək mümkünsüzdür. Çünki Ə.Kərimli kimi satqınlıq simvolunun düşüncəsi budur, səs-küy, xarici qüvvələrin qrantlarına görə bütün mənliyini, hər şeyini satmaqla, qabağa keçəcəyini düşünsə də, anlamır ki, əslində, səs-küy vasitəsi ilə nə qədər uzun yol qət etsə də, bir o qədər də öz sifətini ifşa etmiş olur. Öz abırsızlığı ilə abrına hakim olmasa da, Azərbaycan qanunları öz göstərişlərinə hakimdir və əsla, hansısa siyasi qüvvə üçün "müxalifətçiyəm", müxalifətin "anası" "olması" adlı məhfum qəbul olunmayıb. Və "müxalifətçiyəm" deyən ə. kərimlilər hansı oyunları çıxaracaqlarsa, həmin qanunlar üzərində hansı təhrifləri etməyə çalışacaqlarsa, bax, bu, artıq tam başqa bir söhbətin mövzusudur. O zaman erməni üfunəti verən Ə.Kərimlinin tüpürcəkli üzünə tüpürməyə belə yer qalmayacaq.

Hansısa xarici maraqlı qüvvələr və beynəlxalq təşkilatlar da Ə.Kərimlini necə ki, bu gün alət kimi istifadə edir, yenə də alət kimi o yan-bu yana fırlayıb, ortaya ataraq, öz maraqlarını təmin etməyə çalışacaqlar. Çünki abrına hakim olmayan müxalifətə - elə Ə.Kərimliyə elə belə də etməlidirlər. Və Ə.Kərimlinin yanında nökərçilik edərək, qəpik-quruşa satılan "badbaxt" müxalifətin funksioneləri məgər anlamırlar ki, acı sonluqdan qaçmaq mümkünsüzdür. Bunu isə, hər şeyi yaddaşına köçürən və yalan danışmayan zaman da göstərəcək.
Bu arada Ə.Kərimlini abırsızlığını, siyasi manyaklığını təsdiqləyən bir məqamı xatırlatmaq istərdim. Əbülfəz Elçibəy dəfn olunarkən, onun qardaşı Almurad Əliyev Ə.Kərimlini dəfn mərasimindən qovmuşdu. "Rədd ol buradan, sənin bu yerə ayaq basmağın günahdır!" deyən Almurad ağa, elə bununla da, "Yurd" şefinin payını vermişdi. Ancaq nə faydası, həyasız ünsürlərdən nə gözləmək olar? Qapıdan qovursan, pəncərədən girirlər. Həyasızda nə ar olur, nə də abır.

RƏFİQƏ

Bütün xəbərlər Facebook səhifəmizdə