Və yaxud varlığı-yoxluğu bilinməyən nankor Gültəkin Hacıbəyli

Əgər bu gün sorğu keçirilərsə, bəlli olar ki, məmləkətimizdə siyasi xəyanətkarların təxminən 98 faizi Əli Kərimlinin ətrafında yetişib. Elə varlığı-yoxluğu heç kimə lazım olmayan "Milli Şura"nın "primadonnası" hikkəli və yaltaq Gültəkin Hacıbəyli heç də Ə.Kərimlidən geri qalmır. Bütün satqınçılıq fəaliyyəti ilə xarici ölkələrdə fəaliyyət göstərən ermənipərəst anti-Azərbaycan meyilli qüvvələrə nökərçilik göstərməklə, mənfəət əldə etmək, «facebook»da haray salmaqla, özünün varlığını nümayiş etdirməkdir.

Gültəkin Hacıbəyli siyasi həyasızlıqda Əli Kərimlini kölgədə qoyur

Baş verənlərə diqqət yetirmək kifayətdir ki, deyilənlərin şahidi olasan. Düzü, G.Hacıbəylinin hələ də cəmiyyət arasına çıxıb demokratiyadan və həqiqətlərdən danışmasına adam mat qalır. Bu adamın nə bir demokratik kəlləsi var, nə də demokratiya uğrunda hansısa bir addımı. Əksinə, o, deputat olarkən - 2003-cü il hadisələrində tutulan, təzyiqlə üzləşən hər kəsi, bu gün qucağına sığınan Ə.Kərimlinin özünü də təhqir edirdi. Avropa Şurasının iclaslarında var səsi ilə Azərbaycanda siyasi məhbus olmadığını bağıran bu satqın əxlaqsız Ə.Kərimliyə ən aşağı sözləri deyirdi. Seçki öncəsi teledebatda isə "Azadlıq" blokunun namizədlərini alçaltmağa çalışırdı. 2008-ci ilin prezident seçkiləri ərəfəsində isə G.Hacıbəyli əsl yaltaqlığın necə olmasını xalqa əyani şəkildə bir daha göstərdi. Yaltaq və hikkəli əxlaqsız G.Hacıbəyli mandatsız alanda, daş karxanası əlindən alınanda Ə.Kərimliyə sığınıb, iqtidarın ünvanına böhtanlar yağdırmağa başladı. Əgər bu satqın G.Hacıbəylinin daş karxanasını geri qaytarsalar, xırda bir mağaza açmağa şərait yaratsalar, başlayacaq Kərimlini söyməyə. Başlayacaq camaata əxlaq və demokratiya dərsi keçməyə. Əlbəttə, adamda abrına qısılmaq hissi olmayanda, nə desən edər. Həyasızlığın həddi olmur.

Xəyanətinin də bir sərhədi olsun, ay satqın Gültəkin "xanım!"

Ən azından, 10 illik səltənətin, bir zamanlar dalı da-qabağı da kəsən qılıncın, ucsuz-bucaqsız daş karxanalarının, marketlərin, dövlət tərəfindən verilən saysız-hesabsız imtiyazların, mənzillərin, ya da canım sizə desin, hətta iki sıfırla başlayan avtomobil nömrəsi üçün belə ağız açdığınız yüksək ranqlı məmurların-üzərinizdəki haqqına girməmək naminə də olsa, Yoxdur!!! İncimək və küsmək haqqı sizdə-gerçəkdən yoxdur!

Ən böyük xəyanətlərin də bir sərhədi olur axı, ay satqın Gültəkin "xanım".

Sual edirəm: Sənin üçün nə dəyişdi ki, hakimiyyətin aktiv təbliğatçısı müxalifətin ən böyük birliyində təmsil olunmağı qərara aldın? Bu sual bəlkə də dəfələrlə verilib. Ancaq cavab nə olub. Onun fikrincə, ancaq müxalifətçi xanımın istəyinə uyğun suallar verilməlidir.

Göründüyü kimi, "demokratiya" libasına bürünən, G.Hacıbəyli kimilərin tarix boyu cəmiyyətə qazandırdığı və qazandıracağı heç nə olmayıb. Uzun illər bu dövlətin çörəyini yemiş, sonradan əqidəni 180 dərəcə dəyişən, Vətənindən, dövlətindən üz çevirən şəxsin hərəkətlərinin bir adı var - NANKORLUQ!

R.HÜSEYNOV

Bütün xəbərlər Facebook səhifəmizdə