Əli Kərimli anti-Azərbaycan şəbəkənin missioneridir

Yeni faktlar növbəti dəfə AXCP sədrini ifşa edir

Müxalifətin dağıdıcı qanadının xalqa və dövlətə zidd siyasət yürütməsi, qəpik-quruş qazanmaq üçün satqınçılıq etmələri təkzibedilməz faktdır. Bu faktlar dəfələrlə sübuta yetirilib. Bu baxımdan, cəmiyyət AXCP, Müsavat, "Milli Şura" rəhbərliyinin hansı mənsəbə və nəyə görə xidmət etdiklərini yaxşı bilirlər. Məhz bu ünsürlər hakimiyyətdə olduqları bir illik iqtidarları dövründə Azərbaycan xalqının üzləşdiyi faciələrin yaşanmasında, siyasi alver predmeti olaraq, ərazilərimizin hərraca qoyulmalarında mühüm rol oynamışlar. İsa Qəmbərin, Əli Kərimlinin, Arif Hacılının və digərlərinin yarıtmaz siyasətləri nəticəsində Azərbaycan xaos, anarxiya girdabına, cinayətkarlığın meydan suladığı məkana çevrildi, dövlət və xalq əmlakı talan edildi. AXC-Müsavat cütlüyünün səriştəsizliyindən yararlanan anti-Azərbaycan qüvvələr Azərbaycana öz şərtlərini diktə etdilər. Yaxşı ki, bu siyasət uzun çəkmədi. Xalq qətiyyətli və sərt mövqe ortaya qoymaqla, onların özbaşınalıqlarına son qoydu. Millət öz Liderini hakimiyyətə dəvət edərək, ölkəni məhv olmaqdan, xaos və anarxiyadan xilas edə bildi. Düşünmək olardı ki, siyasi cəhətdən naşı, bilik və bacarıqda savadsız, idarəetmədə və təşkilatçılıqda bacarıqsız olan bu məxluqlar Tofiq Qasımov və digərləri kimi siyasətə əlvida deməklə, öz müəllimlik və ya laborant peşələrini davama etdirəcəklər. Ancaq xarici maraqlı dairələrin əlində oyuncaq olduqlarından siyasətdə qalıb, çirkin əməllərini davam etdirmək yolunu tutdular. Hətta İsa Qəmbər Müsavatı, Əli Kərimli isə Əbulfəz Elçibəyin vəfatından sonar AXCP-ni ələ keçirib, iddialı çıxışlar etməyə başladılar.

Elşad Musayev Əli Kərimlini tərbiyyəsiz hesab edir

Müxalifətin sıralarının genişləndiyi bir vaxtda ən çox təlatümlərə və qopmalara məruz qalan AXCP və Müsavat olub. Demək olar ki, Ə.Kərimlinin rəhbərlik etdiyi AXCP, iki il ərzində üç dəfə parçalanıb, partiyanın 56 rayon təşkilatından 38-i buraxıldığını elan edib. Buna baxmayaraq, Ə.Kərimli siyasətə gəlir mənbəyi kimi baxdığından sədrlik kreslosundan əl çəkməyib. Müxtəlif vasitə və üsullardan istifadə etməklə, hələ də siyasətdə olduğunu nümayiş etdirməyə çalışır. Ona görə də, bəzi siyasi ekspertlər Ə.Kərimlini həyasız partiya sədri kimi dəyərləndirirlər. Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev isə, Ə.Kərimlini tərbiyyəsiz hesab edir: "Cəmiyyətdə abır-həyalarını qoruyan şəxslər AXCP-dəki qaragüruha cavab vermək istəmirlər. Çünki tərbiyə var. Onlar da abırlarını qoruduqca, qaragüruh daha da azğınlaşır. Təsəvvür edin ki, hər cür rola girən, uzun illər başqalarına işləyən şəxslər indi başqalarını şərləyirlər. Onlar vaxtilə separat danışıqlara gedib, maliyyə qazanıblar. Bunları ifşa etmək lazımdır. Ancaq insanlar abır-həyalarına qısılaraq, cavab vermək istəmirlər. Bu baxımdan, hesab edirəm ki, qaragüruha birgə tədbirlə bağlı müraciət etmək lazım deyildi. "Antiböhran Koalisiyası"na daxil olan qüvvələr iki dəfə böyük tədbir təşkil ediblər. Bu baxımdan, başqa qüvvələrə ehtiyac olmamalıdır...Görünür, AXCP rəhbərliyinin göstərişi belədir. "Milli Şura" da da bəziləri var ki, ancaq söyüş və təhqirlə danışırlar. Onlara layiq olduqları cavabı vermək lazımdır".E. Musayevin sözlərinə görə, Əbülfəz Elçibəy hakimiyyətini yıxan da, məhz Əli Kərimli və onun qaragüruhçu "Yurd" dəstəsi olub: "Nəzərə alın ki, Əbülfəz Elçibəy hakimiyyətini bu qaragüruh devirib. Yalandan AMİP-in, başqa qüvvələrin adını çəkirlər. Ancaq həmin hakimiyyətə etimadsızlığı elə bu qaragüruh yaratmışdı. İndi də qaragüruh başqa formada ortaya çıxıb. Onlar hesab edirlər ki, siyasətdə şər-şəbədə, söyüş və təhqirlə uğur əldə etmək olar. Bizim təmsil etdiyimiz qisim hesab edir ki, dünyada və regionda gedən proseslər nəzərə alınmalı, ölkəni xaosa salmadan məsafə qət etmək lazımdır. Bu yol düzgün yoldur. Biz xaos yolunu rədd edirik. Eyni zamanda, heç kəsə də söymürük".

"Milli Şura" dağıldı, növbə AXCP-nindir

Maraqlıdır ki, siyasi ekspertlər tərəfindən tərbiyyəsiz və həyasız partiya sədri kimi dəyərləndirilən Ə.Kərimli gündəmdə qalmaq və diqqət mərkəzinə çevrilmək üçün çabalarını, dünən olduğu kimi, bu gün də davam etdirir. Onun, qondarma qurum olan "Milli Şura"nın təsisçilərindən biri olaraq çıxış etməsi də, siyasətdə qalmaq üçün atılan əhəmiyyətsiz addımlardandır. Ancaq görünən və baş verənlər, onu deməyə əsas verir ki, Ə.Kərimlıinin "Milli Şura" ilə bağlı ümidləri iflasa uğrayıb. Bu, azmış kimi, "Milli Şura" layihəsi Ə.Kərimliyə qarşı ictimai rəydəki mənfi münasibət daha da genişlənmiş oldu. Çünki Ə.Kərimlinin istək və arzusu ilə "Milli Şura" rəhbərliyinə gətirilən Rüstəm İbrahimbəyov ermənipərəst açıqlamaları ilə müxalifəti acınacaqlı bir vəziyyətə salmış oldu. Xüsusilə də, R.İbrahimbəyovun "Qafkazskaya politika"ya müsahibəsində Rüstəm İbrahimbəyov ermənilərə olan sevgisini, anti-Azərbaycan mövqeyini sərgiləməsi, "Milli Şura" təsisçilərinə olan ictimai nifrəti, bir qədər də genişləndirdi. R.İbrahimbəyov bildirib ki, Dağlıq Qarabağ məsələsinin hərbi yolla həlli ilə bağlı hələ danışmaq istəmir: " Dağlıq Qarabağ probleminin həlli Azərbaycandakı daxili problemlərlə əlaqədar çətinləşir. Biz Qarabağı verməli deyilik, amma biz ermənilərə demokratiya, korrupsiyanın olmaması, azərbaycanlılarla real bərabərlik barədə zəmanət verməliyik. İş burasındadır ki, Qarabağ təkcə torpaq deyil, həm də bu bölgənin erməni əhalisidir. Buna görə də, biz Qarabağın erməni əhalisini sadaladıqlarıma əmin etməliyik. Ermənilər bacarıqlı və anlayan xalqdır. Düşünürəm ki, onlar bizi başa düşəcəklər".

R.İbrahimbəyovun yarıtmaz fəaliyyəti müxalif partiya yetkililəri tərəfindən də, ittiham hədəfinə çevrildi. "Ümid" partiyasının sədri İqbal Ağazadə bildirib ki, siyasətdən başı çıxmayan birinin siyasətə qatılması, ölkə rəhbəri vəzifəsinə iddia etməsi doğru seçim ola bilməzdi. Bu seçim olubsa belə, nəticəsi gözlər önündərir. "Siyasətlə peşəkarlar məşğul olmalıdırlar" deyən Ağazadə, onu da bildirb ki, siyasət siyasətçinin işidir".

Bir sözlə, Ə,Kərimli yarıtmaz siyasəti ilə AXCP ilə yanaşı, qeyri-rəsmi şəkildə, rəhbərlik etdiyi "Milli Şura"nı məhvə sürüklədi. Bundan sonra özünə hörmət edən və ictimai qınaqdan nəticə çıxarsa idi, Ə.Kərimli siyasətə əlvida deyərdi. Görünür, Ə.Kərimli özünə hörmət etmir.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə