Demokratiya =miş “demə”kratiya + ”söymə”kratiya + ”döymə”kratiya

Bu demokratiya deyilən zaddan çox danışılıb, danışılır və yəqin ki, bundan sonra da danışılacaq. Əslində, çox sahələrdə olduğu kimi, cəmiyyətin demokratik dəyərlər əsasında idarə olunması da ilk dəfə Şərqdə meydana gəlib. Hələ VII əsrdə, İslam Peyğənbəri Məhəmməd (ə.s.) Məkkədən Mədinəyə hicrət etdiyi zaman, Mədinədə bütün tayfalar arasında razılaşma müqaviləsi bağlanmasına nail olmuşdu ki, bu da, bəşər tarixində ilk demokratik idarəetmə kimi qeyd edilməlidir. Ancaq sonradan ingilislər XVIII əsrdə, konstitusiyalı cəmiyyət yaradarkən, həmin tarixi fakt nəzərə alınmadan, ilk demokratik idarəetmənin başlanğıcı, məhz Britaniyadakı həmin dönəmlə qeyd edilir...
Nə isə, məqsədim demokratiyanın yaranma tarixini danışmaq deyil. Sadəcə, bu dəyərin bizim də təmsil olunduğumuz Şərqdə - müsəlman dünyasında təşəkkül tapmasına rəğmən, ölkəmizdə demokratiyanın hələ də doğru-düzgün anlaşılmaması qəribə görünür. Məni narahat edən odur ki, bizim ölkədə bu demokratiyanın əsl mahiyyətini insanlarımız, xüsusən də, özünü müxalifət adlandıran bəzi-bəzi siyasi oyunbazlar, nədənsə, anlamaq istəmirlər. Demokratiya-cəmiyyətin ali qanunu – konstiusiya və ona uyğun, xalqı təmsil edən seçkili orqanın qəbul etdiyi Qanunlar əsasında, azad və bərabər hüquqluluq əsasında idarə olunmasını özündə ehtiva edir. Bütün demokratik ölkələrdə olduğu kimi, Azərbaycanda da qeyd olunan idarəetmə forması bərqərar olub və ilbəil də inkişaf edir. Təəssüf ki, bəziləri demokratiyanı anarxiya ilə qarışdırır və ona elə gəlir ki, demokratik cəmiyyətdə kim necə istəsə, elə də danışa, elə də əməllər törədə bilər və buna görə də heç kəsə «qaşının altında gözünün var» deyə xatırlatmaq olmaz! Yəni bunlar demokratiyanı “demə”, “döymə” və “söymə” kratiya kimi qəbul edirlər. Burdakı birinci kratiyadan danışmağa lüzum görmürəm. Ona görə ki, sosial şəbəkələrdə gecə-gündüz o qədər gərəksiz söz yığını ilə dolu çıxışlara rast gəlirik ki, bunlardan bezən millət artıq “demə” kratiyanın nə olduğunu yaxşı anlayır. İkinci kratiyanın da müxaliflərimizin “fəaliyyəti”ndə tez-tez şahidi oluruq. Məsələn, müxaliflərimin yaratdığı yeni birləşmənin – «AXH» adlandırdıqları birliyin iclasında, birinin sözü qurumun lideri İsgəndər Həmidova xoş gəlmir. Qalxıb yerindən hücum çəkir onun üstünə, bir-iki şillə-qapaz...O biriləri araya girib sakitləşdirir, sonra da, sosial şəbəkələrdə bu haqda sual verəndə, cavabları bu olur ki, demokratiyadı, belə şeylər ola bilər! Deyilənə görə həmin hadisədən sonra İsgəndər bəy necə stress keçiribsə, yatağa düşüb. Allah şəfasını versin, amma belə demokratiyanın nəticəsi bir nəfərin xəstəlnməsinə deyil, cəmiyyətin xəstə ruhlu olmasına səbəb ola bilər, bəylər. Bax beləcə, demokratiyanı “döymə”kratiya hesab edənlər özləri də fərqinə varmadan (bəlkə də vararaq), cəmiyyətə ciddi zərər yetirmiş olurlar. Nəhayət, üçüncü kratiya! Bunun da, bəzi müxalifləri sosial şəbəkələrdəki odlu-alovlu bağırtılarında tez-tez şahidi oluruq. Məsələn, Qurban Məmmədov oturub Londanda, bu milləti sevməyənlərin parası ilə bir onlayn «TV» yaradıb, başlıyıb ordan özünəbənzər adamların vasitəsilə söyüşlər yağdırmağa. Özü də, ampulasına uyğun olaraq, bunu elə ustalıqla həyata keçirir ki, guya özü istəmir, amma adamlar söyüş söyür, o isə demokratiyaya əsaslanaraq, (?) onların sözün kəsmir. Yəni Qurban Məmmədov demokratiyanı “söymə”kratiyaya çevirir, kim kimi istiyir söyür, təhqir edir, Qurban da ona rəvac verir. Hələ Vidadi adlanan birinin, cəngəllik ölkələrinin sakinləri də işlətmədiyi, iyrənc söyüşlərindən danışmıram. Beləcə, bizim bəzi-bəzi özünü müxalif kimi qələmə verən soydaşlarımızın (yəni sənədlərinə əsasən) demokratiya deyilən gözəl zadı belə günə salması, məhz onların demokratiya anlayışını doğru-düzgün dərk edə bilməmələrinin nəticəsidir ki, sonda bu “demə”, döymə” və “söymə”kratiyanın demokratiya ilə qarışdırılması millətimizin gələcəyinə ağır zərbələr vurur. Bilmirəm, nə vaxtsa, bu adamabənzərlər bunun fərqinə varacaqlar, yoxsa yox?!.

Təhmasib Novruzov

Bütün xəbərlər Facebook səhifəmizdə