“Avropada rüşvət alan var, vərən yoxdu, sən vər…”

Yəqin ki, xatırladınız, “Bu şəhərdə” komandasının tamaşalarından birində, “Milyoner” səhnəciyində, milyonerin bir qohumunun törətdiyi qəzaya, “mənasız qülləyə”, maşınla Eyfelə girdiyinə görə cəza almaması üçün zəng edən vəkilə verdiyi tövsiyyəsidir…

Düppədüz imiş. Hazırda Fransada yaşayan AXCP fəal üzvü Türkel Azərtürkün Almaniyada yaşayan azərbaycanlı ilə rüşvət müqabilində viza almaq söhbəti bunu təsdiqlədi. Yəni ki, doğurdan da “Avropada rüşvət verən yoxdu, alan var”…

AXCP fəali deyir: Gələn ayı mini verə biləriksə, 1700 dalşe də 500-200. İndidən deməyimiz daha yaxşı olardı. 15 gündən sonra bir aydan sonra o sənədi alardıq. Biri var o biri ay alaq sənəd, o baxımdan deyirəm mən ki sənədi bir ay tez almış olacıq. Yoxsa yenə deyirəm yazmışam birdə deyirəm sən öz haqq hesabını məndən yaxşı bilirsən. Mənim xərcim bu qədərdi bu qədər ata bilirəm. Başa düşürsən o baxımdan deyirəm ki, sən fikrini de mən bilim.

Sonra mühacir danışır və dediklərindən anlaşılır ki, Almaniyada rüşvət alıb, viza düzəldən qruplar var. Və bu bir ailə üçün orta hesabla təxminən 3500 dollara başa gəlir…

Mühacir AXCP fəalina deyir ki, məsələnin həlli bu gün üçün mümkündür, sabaha söz verə bilməz. Onun işi görən adamı prokurorluq orqanında çalışır, birdən işdən çıxararlar, birdən ölər, birdən nəsə olar… Yəni işi görmək istəyirsənsə bu gün gör, sabaha saxlama…

Bəli, Orduxan, AXCP, onun fəallarını və daha kimləri-kimləri sevənlər, onları dinləyənlər. Sevdiklərinizi mahiyyəti əslində bu. Dəllallıq, alver, pul…pul və pul…Bir də onların baş çıxara bilmədiyi, iradələrinin və əsasblərinin mübarizə aparmağa gücü çatmayan Azərbaycanı yerlə bir eləmək, di haydı, dəstəkləyin, əgər dağıdıcı, yıxıb, kəsici olmaq istəyirsinizsə, di haydı….

Jalə Mütəllimova

Bütün xəbərlər Facebook səhifəmizdə