Onları qınamıram. Yedikləri çörək haram tikədir. Mənəviyyatları olmayanlar belə adət ediblər. Şəxsi maraqlarına görə milli dəyərimizi gözdən salan sapı özümüzdən olan baltalar, istər ölkə daxilində, istərsə də ölkəmizdən kənarda "siyasi mühacir" adı altında yaşayan ünsürlər hər vasitədən istifadə etməklə, Azərbaycanın əleyhinə təbliğat aparırlar. Xaricdə özlərinə sığınacaq tapan bu cür satqınlar heç bir məsuliyyət hiss etmədən sosial şəbəkələrdə istədiklərini yazır. Belələrini əxlaqsız, mənəviyyatsız adlandıranda da, bir az da həyasızlaşır, iyrənc duruma düşür, ermənipərəst dairələrlə işbirliyi aparan Orduxan Teymurxan, Tural Sadıqlı, Məhəmməd Mirzəli, Rafael Piriyev, Həbib Müntəzir, Vidadi İsgəndərli və digər bu kimi əxlaqsızlar dövlətimiz və xalqımız haqqında iyrənc şər-böhtan və qarayaxma kampaniyaları aparmaqdan usanmayaraq, xarici qüvvələrin maşası ilə idarə olunurlar. Qəribəsi də odur ki, bir-birilərini qrant alverçisi adlandırırlar. Elə bu günlərdə Çexiyanın paytaxtı Praqada yaşayan Zamiq Məmmədli "Facebook" səhifəsində yenidən Məhəmməd Mirzəlinin qrant davasından sonra başlayıb ki, "bu həyasızlar qranta görə bir-birilərinə qurşaqdan aşağı təhqir yağdırırlar". Gülməli irad. Kor-kora kor deməsə, bağrı çatlar. Onun ardınca Z.Məmmədli yazır ki, "Bu "diktatoru tanıdaq" kimi axmaq "qrant alverçisi" aksiyanın layihə müəllifi Leyla Yunusdur. Bu, aydın məsələdir. Bu yaxınlarda Leyla Yunus "Siyasi məhbuslara yardım" layihəsi üzrə NED-dən (National Endowment for Democracy) 94000 avro qrant alıb, bir soruşun, hansısa siyasi məhbus ailəsinə ordan 10 avro veribmi?!. Z.Məmmədli bu informasiyadan sonra belə bir xəbərdarlıq da edir ki, "çalışın, bu fitvaya getməyin, siz ortalığa düşürsünüz, bu dəllallar pul qazanırlar".

Görün qrant bu satqın və əxlaqsızları necə üz-üzə qoyub. Bütün bunlar, əslində, Avropada oturub Azərbaycana qarşı kampaniya aparanların hansı yuvanın quşu olduqlarını tam aydın təsvir etməyə imkan verir. Amma bu xarici qüvvələrin maşası olan bu ünsürlər sadə bir gerçəkliyi dərk etmirlər ki, iqtidar olmaq - hakimiyyətə gəlmək üçün hansısa xarici dairələrdən yox, məhz xalqdan dəstək almaqdır.

RƏFİQƏ

Bütün xəbərlər Facebook səhifəmizdə