Hər zaman olduğu kimi, bu dəfə də Azərbaycanda hər hər hansı bir mötəbər tədbir yaxınlaşdıqca Qərbdən ölkəmizə qarşı təzyiqlər, daxili siyasətə müdaxilə, siyasi hakimiyyətə təsir cəhdləri müşahidə edilir. Ta Avroviziyadan başlayaraq, I Avropa Oyunlarına qədər, indi də UEFA finalı məsələsində qollar çırmanıb, tumanlar da qaldırılıb düz başların üzərinə...

Yəni bizlər hazırda da eyni halı müşahidə etməkdəyik - erməni lobbisinin maliyyə yardımı ilə fəaliyyət göstərən antiAzərbaycan şəbəkə, bu şəbəkənin satellitləri, aktiv fəaliyyətdədir. Özü də bu dəfə Azərbaycan əleyhinə yönələn fəaliyyət çoxşaxəli, çoxistiqamətlidir. Qənimətin guya qonaq qismində dəvət elədiyi dırnaqrarası (!) adamların başında həftə səkkiz, mən doqquz Əli Kərimli və digər xainlər yığnağıdırlar ki, onların hər biri hətta ermənidən də dəhşətli şəkildə Azərbaycan dövlətinə, xalqına qarşı havlayırlar, hürürlər, ulaşırlar, banlayırlar, böyürürlər, cikkildəşirlər və ...
Burada əsas məqsəd, Azərbaycanda mövcud olan sabitliyə, rifaha qarşı çıxmaq və aparılan islahatlara qarşı qarayaxma kampaniyalarını artırmaqdır. Təbii ki, bu prosesdə əsas fiqur rolunu isə Qərbdəki erməni lobbisi və Avropa ölkələrində küçələri, tualet və zibilxanaları gəzərək, “avropalaşmış” gəda-güdalardırlar. Bu baxımdan, “Azərbaycan saatı” adlı verilişinin əslində Yerevan saatı ilə quraşdırılması öz təsdiqini tapmaqdadır, özü də avropalı “saatsazların” dəstəyi ilə...

Lakin fakt budur ki, bu yığnağın uzun illərdir cəhdlərinə baxmayaraq, heç bir planlarına nail ola bilməmələri onların nə qədər zəif olduqlarını sübuta yetirir. Belə gedərsə, erməni ağaları və qərbli serləri onlardan qısa zamanda imtina edəcəklər. Özü də elə-belə yox – hazırkı dövrə qədər verdikləri pul-paraları geri qaytarmaq tələbləri ilə. Görəsən, onda Qənimət özünə haradan təzə ağa tapıb, nökərçiliyini davam etdirəcək? Yəqin ki, bu sualın cavabını da yaxında öyrənəcəyik.

Lakin hələlik, Azərbaycan yenə erməni lobbisinin və onun maraqlarına xidmət edən bəzi Qərb təsisatlarının hədəfindədir. Məqsəd hər zaman olduğu kimi siyasi hakimiyyəti nə yolla olur-olsun gözdən salmaq, ölkədə mövcud olan siyasi sabitliyi pozmaq, Azərbaycanı vətəndaş qarşıdurmasına sürükləməkdir. Ona görə də axır vaxtlar guya ki, fəallaşıblar. Fəqət bu fəallıq onlara heç nə vəd etmir. Vəd edilən isə yalnız məğlubiyyət və rüsvayçılıqdır. Ona görə də nə qədər havlasalar, hürsələr, ulaşsalar, banlasalar, böyürsələr, cikkildəşdəsələr də, qonşumuz Süliddin kişi demişkən, ortaya bir zırnıq çıxara bilməyəcəklər.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə