Hansısa bir filmdə belə bir fikir deyilir : küçə mənə dar gəlir. Ancaq bizim bu "müxalifətçiyəm" deyənlərin mitinq xəstəliyi və məzhəkəli şou göstərmək üçün meydanın onlara dar gəlməsi, lap klounların məzhəkəli oyunlar çıxarmalarına bənzəyir. Bir də, ay qardaş, 20 ildən çoxdur ki, mitinq şousu, türklər demişkən, "yapırsınız", kimlər olur bu mitinq oyununuzda? Ya küçə süpürənlər, onlar da abırsız Əli Kərimli zibillərini zibil qutularına atmaq üçün yığışırlar, ya da küçədən gedənlər ayaq saxlayır ki, desinlər, bu qədər abırsızlıq olmaz. Biabırçılıqdır,.. Ancaq neyləyəsən ki, bu tüpürcəklə bir özlərinə yığışalar. Elə may ayının 5-nə mitinq keçirmək istədi bu Ə.Kərimli. "Milli Şura" adı ilə "birlik" çağırışı etməyə çalışdı. Bu, Əli Kərimlinin mitinqi idi, ona səs erən də olmadı. Çünki ötən dəfə Ə.Kərimli "birlik" deyib 5-6 partiyanın o biabırçı mitinqdə olmasını "birlik" hesab edərək, AXCP sədri elə zənn etdi ki, bu dəfə də onu eşidəcəklər. Özü də Ə.Kərimli sosial şəbəkədə mitinq barədə başından yekə, özü də çərçivəyə sığmayan sözü müxalifət "liderləri"nin əsəblərinə necə dəyibsə, lap divarı dağıdırmışlır. Əşşi, siz də qəribə məxluqsunuz, Bilmirsiniz ki, satqın Ə.Kərimlinin yolu ilə gedənin axırı nə olur? Uçurum! Ə.Kərimli deyir ki, ötən mitinqdə məni hamı «müxalifətin lideri" kimi qəbul edib. Sonrasında isə, iztehza ilə yazır ki, "amma 10 min adam yox, 500 min adam var idi". Elə bu sözdən əsəbləşən müxalifət partiya sədrləri Ə.Kərimlinin üzünə tüpürməsinlər, nə etsinlər?

Cəmiyyət bir daha gördü ki, özlərini ictimaiyyətə "müxalifət liderləri" kimi təqdim edən Ə.Kərimli və C.Həsənli Qərb dairələrindən mitinq keçirməklə bağlı tapşırıq alıblar. Verdiyi bəyanatlarla insanları və ictimai şüuru manipulyasiyaya məruz qoymağa çalışan radikallar ümummilli mənafeyi, milli təhlükəsizliyi özlərinin və onları "himayə edən" mərkəzlərin maraqlarına qurban vermək üçün xüsusi canfəşanlıq edirdilər. Lakin müxalifətin "ölkəni silkələmək" iddiası, həmişə olduğu kimi, sabun köpüyü kimi partlayıb. Bu, bir daha təsdiqləyir ki, heç bir bazası olmayan dağıdıcı müxalifətin aksiya çağırışına əhəmiyyət verən yoxdur. Əvvəllər beş-on manat verib aldatdıqları adamları da tapa bilmirlər. Hamı işində-gücündədir. Ə.Kərimli isə, hələ də ümidlə dünyaya qara eynəklə baxır. Görünən odur ki, çürüməkdə olan dağıdıcı müxalifətin iflası qaçılmaz olduğu kimi, Ə.Kərimlinin də mitinq şousu heç bir yerə apara bilməycək.

Beləliklə, görünən də budur ki, müəyyən xarici qüvvələrin əlində alətə çevrilərək, konkret maddi maraqlara söykənən, Ə.Kərimli kimi satqınlar qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmək naminə ucuz siyasi şoular təşkil etməyə yönəlmiş ölü qurum olan "Milli Şura" fəaliyyəti ilə Azərbaycan cəmiyyətində ikrah hissi yaratmaqdan başqa bir "iş" görməyə qadir deyil. Artıq bu, özünü dəfələrlə sübut edib. Belə olan halda, Ə.Kərimlinin "birlik" istəyi elə istək olaraq qalacaq.

RƏFİQƏ

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...