Allahverdiyə nə qədər veriblər...? KÖŞƏ YAZISI

Doğma atasının belə ona verdiyi addan imtina etmiş birinin - reallıqda Allahverdi olan Aslan İsmayılovun İçərişəhərdə guya qala divarlarının dağıdılması ilə bağlı "ictimai rezonans" yaratmaq cəhdi boşa çıxdı. Boşa çıxdı ona görə ki, əslində onun özü də yaxşı bilirdi, orada bütün memarlıq abidələri yerli-yataqlı dayanıb-durmaqda, xarici turistlərin gözlərini oxşamaqda davam edir. Sadəcə, maraq başqa maraqdır – ölkədə keçirilən növbəti mötəbər beynəlxalq idman yarışı çərçivəsində ictimai rəydə müxtəlif "narazılıq toxumları" səpib, bu ətrafda haray-şivən qoparmaq. Bu məsələdə də, cəmiyyətdə "çaqqal" statusu qazanmış Aslan İsmayılov müəyyən maddi vəsaitlərini alaraq, basıb cibinə və çıxıb İçərişəhərə seyrangaha...

Yoxsa ki, "çaqqal" ləqəbli Aslana nə gəlmişdi ki..?

Demə ki, həmin seyrangahda açıq hava abidələrin görünüşlərinin daha da optimallaşdırılması üçün sökülən bir neçə iaşə obyektləri İsmayılovun gözünə "tarixi abidə" kimi görünüb və o cümlədən, hələ SSRİ dönəmində qədim qala divarlarının qorunması üçün tikilən istinad divarlarının sökülməsi onun "qəlbindəki" nazik "sarı simi" qırıb. Nəticədə "kövrələrək" vəcdə gələn gerçək Allahverdi alıb telefonu əlinə və başlayıb nə başlayıb...

Yeri gəlmişkən, həmin istinad divarları ona görə sökülürmüş ki, daha keyfiyyətlisi tikilsin. Daha dəqiqi, o zaman tikilən divarların keyfiyyəti tarixi divarların qorunub-saxlanmasına təsir göstərmirdi, ona görə də daha təkmilləşdirilmiş divarın tikilməsinə zərurət yaranıb və müvafiq qurumlar da həmin işi görmək üçün qollarını çırmayıblar. Allahverdi və Aslan İsmayılov cütadlı tək ünsür isə, dərhal murdar maraqlarını kimlərinsə sifarişi əsasında reallaşdırmağa çalışıb.

Amma bir nəfər də onun özü kimi nərmənazik qalstukundan tutub silkələməyib ki, ay Allahverdi və Aslan İsmayılov, axı nəyə görə sən bu qədər canfəşanlıq edirsən və məhz "Formula-1" yarışında İçərişəhərə olan "sevgin" artmağa başlayıb? Bu sualın cavabı bəsitdir, hətta çox bəsitdir. Ona görə bəsitdir ki, ən aşağı səviyyəli siyasi bilgiyə malik şəxs, onun bu məsələdə yaxşıca pul qazanmasının fərqindədir. Yoxsa ki, "çaqqal" ləqəbli Aslana nə gəlmişdi ki, düşsün İçərişəhərin dar küçələrində kameramanlıq etsin?

Əslində, "Milli Şura"nın və s. dağıdıcı müxalifətin də bu məsələdə dərhal "fəallaşmaları" hər şeyi bütün çılpaqlığı ilə ortaya qoyub. Onların gözlərinə heç İçərişəhər də dəymir, gözlərinə dəyən "Formula-1" gerçəkliyidir və bu gerçəklik hətta gözlərinin düz içinə qədər girir. Elə həmin bu "çaqqal" ləqəbli Aslan İsmayılovun özünü içərişəhərdə lezvalaması kimi...

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə