Doğrusu oturub ha fikirləşdim erməni xidmətçisi satqın Xədicə İsmayılla bağlı yazdığım bu köşəyə elə düz ad vermişəm. Axı o, nə jurnalist kimi jurnalist, nə də azrəbaycanlı kimi azərbaycanlı olub. O, elə sadəcə bu millətin və dövlətin qənim kəsilmiş düşməni, erməni maşası olub.

Daim Azərbaycan dövlətçiliyinə qarşı xüsusi aqressiyası ilə seçilən və bu gün də həmin aqressiyasını davam etdirən X.İsmayıl onu bilməlidir ki, xalqın qınağından qaçmaq olmaz. İndi bu qınaqdan qorxaq halda qalıbsan. Bəs nə bilirdin? Bir an sənin kimi satqın ermənilərlə işbirliyi quranları indi o qurumlar da qəbul etmir. Necə ki, Gültəkin Hacıbəyli AŞPA-nın kandarına yaxın gedə bilmir. İndi sənin kimilər vaxtı ilə sənə təlimatlar verən bir sıra xarici ermənipərəst qurumlar artıq səni də yaxın qoymurlar. İndi özünə "hüquq müdafiəçisi" adını da yapışdırmaq üçün "siyasi məhbus" biznesinə əl atıbsan. Ortaya düşüb başlamısan vaxtı ilə "getmə gözümdən, gedərəm özümdən" AXCP sədri Əli Kərimliyə qarşı təxribata. Bax, bu yerdə bir faktı da xatırlatmaq yerinə düşər ki, sən Xədicə hələ həbs olunmamışdan öncə, real hüquq müdafiəçilərinin hədəfinə tuş gəlmişdin. Belə ki, məhbuslarla bağlı yaradılmış "İşçi Qrupu" etiraz olaraq Facebook-da bəyanat yaymışdı. Bəyanatda diqqət çəkən məqam isə X.İsmayılın adının qarşısına "tanınmış hüquq müdafiəçi" yazılması "statusu" idi. O zaman sual yaranır ki, ay erməni maşası, bu statusu nə vaxtdan daşıyırsan? Sən "hüquq müdafiəçisi" yox, qatı, beynəlxalq səviyyəli provokatorsan. Yəqin ki, bu ifadələrlə hər dəfə tanış olduqdan sonra, hər hansı bir izaha da ehtiyac qalmır. Çünki bu gün bu beynəlxalq səviyyəli provokator barəsində nə kimi ifadələr işlədilibsə, haqqına və doğruya işlədilib. Çünki kimsəyə sirr deyil ki, Azərbaycan hökuməti hər zaman insanların hüquqlarının qorunması ilə bağlı lazımi addımları atıb. Bütün bu kimi məsələlərin gündəmdə olduğu bir vaxtda xaricə satılmış hansısa kəşfiyyatçıya, təxribatçını, ajiotajçını və satqını "hüquq müdafiəçisi" kimi təqdim etməyin özü də bir xəyanətdir!

Başqa bir məsələ isə, ondadır ki, bu, o X.İsmayıldır ki, bütün həyatı boyu onun-bunun əlində oynadılıb. Niyə? Cavab bəllidir. Təki xarici təşkilatlar ona nə edirlərsə, etsinlə, əvəzində qrantını alsın. Neyləsin, bu da belədir də... Bir növ adətkardır. "Buna adətkar olan X.İsmayıl hara gəldi, necə gəldi elə soxur özünü. "Azadlıq" radiosuna da soxulduqdan sonra özünü jurnalist kimi təqdim etdi və başladı Azərbaycana qarşı şər, böhtan atmağa. Min sifət görən X.İsmayıl üçün hər şey qrantla ölçülür - abır, əxlaq, mənəviyyat.
Bir faktı xatırlatmaq kifayətdir. Belə ki, bütün dünya mətbuatın azadlığını qeyd edərkən, X.İsmayıl fürsətdən istifadə edərək Azərbaycana qarşı ittihamlar deməkdən usanmadı. "Əl-Cəzirə" telekanalının ingilisdilli saytında "Araşdırma jurnalistikasının artan önəmi" adlı məqaləsində Azərbaycan hökumətini tənqid edərək erməni dostlarından ən fəalı olan Eni Vandaryan ona dəstək verdi.
Bu baxımdan, X.İsmayıldan ermənilərin maraqlarına xidmət edən təşkilatlar çox məharətlə istifadə edirlər. Onun əsas fəaliyyətini Azərbaycanın milli maraqlarına zərbə vurmağa yönəldiblər. Bu gün də özünü xüsusi əlahiddə status sahibi hesab edən X.İsmayılın bundan sonra düzələcəyinə də inam azdır. Çünki onun özü də getdiyi yolu kimi əyri olub. Necə deyərlər, qozbeli qəbir düzəldər. Ancaq Xədicəni heç qəbir də düzəltməz. Bunu onun özü də yaxşı bilir. Xədicə yaxşı bilir ki, onun donqarı heç vaxt düzəlməyəcək. Çünki həmin donqarın içində yalnız və yalnız xəyanətlər var. Özü də kifayət qədər!

RƏFİQƏ

Bütün xəbərlər Facebook səhifəmizdə