Xislətləri indeksləşən əxlaqsız Avropa süləngəcləri...

Son günlər anti-Azərbaycan dairələrin çirkli pulları ilə bəslənən antimilli ünsürlərin, xarici qrant uğrunda biri-birilərini amansızcasına təhqir atəşinə tutan milli satqınların virtual savaşı yenə qızışıb.

Milli maraq və mənafeləri anti-Azərbaycan dairələrdən aldıqları beş-üç qəpik tulapayına satan, sosial bazası olmayan, bütün hüquqi-etik, əxlaqi-mənəvi dəyərləri tapdalayıb keçən, xəyalpərəstliyə, ifrat subyektivliyə yuvarlanan pozucu müxalifət "lidercikləri"nin əlləri hər yerdən üzüldüyünə görə fəaliyyətlərində bu gün Avropanın müxtəlif ölkələrində daldalanan, anti-Azərbaycan dairələrin və müxtəlif xarici xidmət orqanlarının toruna düşən savadsız, dünyagörüşsüz, ideya-siyasi cəhətdən özünüdərkin sıfır nöqtəsində olan, milli düşüncədən məhrum, teymurxanlara, mirzəlilərə, sadıqlılara üstünlük vermələri hamımıza məlumdur və söyüş müxalifəti kimi adlandırılan ünsürlərin əslində mənəvi terrorçu olduqlarını çoxsaylı faktlarla isbatlamaq mümkündür. Hətta xalqı mənəvi terrora məruz qoyan bu ünsürlərin əllərinə imkan düşərsə, fiziki terrora da meylli olduqları göz önündədir. Ümumiyyətlə, siyasi mübarizə adı altında qeyri-sivil yollarla, yəni qisasçılıq siyasəti aparmaqla yanaşı, həm də bir-birləri ilə qrant davasına çıxan orduxanlar, turallar, məhəmmədlər, rəfaillər, vidadilər və s. bütün mənalarda dövlət, xalq, millət, əxlaq, şərəf, ləyaqət, mənəviyyat kimi meyarlardan qat-qat uzaqdadırlar. Dəfələrlə müşahidə etmişik ki, müxtəlif hadisələrdən dərhal öz məqsədləri üçün yararlanmağa cəhd edən bu tiplər sürüsü açıq-aşkar dövlətə, dövlət rəsmilərinə və onların ailələrinə qarşı terror çağırışları etməkdədirlər.
Belələri sosial şəbəkələr vasitəsilə Avropa küçələrində dövlətin maraqlarını müdafiə edən istənilən şəxsi görsələr, dərhal ölüm təhdidi edirlər, hədələr yağdırırlar. Reallığa qalanda həmin şəxslərin klaviaturalar, monitorlar arxasında "şirə" dönmələri həyatda dovşan qədər olmadıqlarıını sübut edir. Çünki Azərbaycan xalqına qarşı mənəvi terror törədənlərin xislətləri artıq indeksləşib və bu gün belələrinin "İŞİD", "Əl-Qaidə", "Taliban" və s. terrorçularından heç nə fərqlənmədikləri göz önündədir. Və istər orduxanılılar, vidadilər, mirzəlilərə, sadıqlılar və sairləri "quyruqları qapı arasında" qalanda aradan çıxmaq üçün bu vasitəyə əl atarlar! Belə xainlər barədə ciddi ölçülər götürülməlidir! Çünki normalda əsl müxalifət, sivil müxalifət belə olmur və onlar bu hərəkətləri ilə bir daha terrorçu olduqlarını təsdiqləyirlər. Ancaq bu bir real faktordur ki, belələri Azərbaycan dövlətinin qüdrətlənməsinə, dünyada söz sahibinə çevrilməsinə qarşı çıxış edən aşkar düşmənlərimiz olan ermənilərin nökərləridir. Zaman çoxdan çatıb ki, belə xainlər barədə ciddi ölçülər götürülsün!

RƏFİQƏ

Bütün xəbərlər Facebook səhifəmizdə