AXCP-"REAL" qarşıdurması yeni mərhələyə keçir

Əli Kərimli zərərsizləşdirilərək, sıradan çıxarıla bilər

Birmənalı tərzdə demək olar ki, bu gün ölkə əhasinin sosial-iqtisadi durumu daha da yaxşılaşıb, hərbi-siyasi cəhətdən ölkəmizin gücü nəzərə çarpacaq dərəcədə artıb elmdə, təhsildə, mədəniyyətdə və digər sahələrdə dostları sevindirib, düşmənləri xar edəcək yüksək uğurlara nail olunub. Təəssüf ki, bütün sahələdə müsbət dəyişikliklər baş versədə, müxalif düşərgə hələ də, ötən əsrin 90-cı illərinin ab-havasında və təfəkküründədir. Yəni dəyişən yalnız saç düzümləri və əyinlərindədki bər-bəzəkli libaslarıdır. Daxili aləmləri və siyasi bilikləri meydan dövrünün düşüncəsində qalmaqdadır. Azərbaycanın uğuruna qısqanclıqla yanaşan dağıdıcı müxalifət əldə olunan nailiyyətlərə kölgə salamaq üçün hər cür vasitə və üsüldan istifadə edir, hətta erməni lobbisi ilə əməkdaşlıq etməkdən çəkinmir. Bu isə, onların bütün dəyərləri arxa plana keçirdiklərini göstərir. Həm də, bir daha təsdiq olunur ki, dağıdıcı müxalif ünsürləri milli və dövlətçilik maraqları, demokratiya, insan hüquqları və s. maraqlandırmır. Diqqətçəkən məqam ondan ibarətdir ki, AXCP və Müsavat kimi müxalif tör-töküntüləri mövcud demokratik mühitdən faydalanaraq, xarici ağalarının sifarişlərinə uyğun olaraq, ölkəmizdəki mövcud içtimai-siyasi mühiti pozmağa və qarşıdurmalarla müşayiət oluna biləcək hadisələr yaratmağa çalışırlar. Bunun üçün aksiyalar təşkil edir və hədələyici mesajlarla çıxışışlar edir və anormal bəyanatlar səsləndirirlər.

"AXCP rəhbərliyi boşboğazlıqla məşğuldur"

Məkrli məqsədlərinə çatmaq üçün məram və məqsədlərini anlamayan gəncləri sosial şəbəkələrdə fəal olmağa, milli maraqlara qarşı çıxmağa və qeyri-qanuni hərəkətlər törətməyə səsləyirlər. Sosial şəbəkələrdə dövrə vuran bir qrup hazılıqsız gəncin hay-küy qaldırması, ardıcıl olaraq, söyüş ritorikasından istifadə etməsi Əli Kərimlinin və Arif Hacılının rüsvayçı mitiqnqlərinə çağırışların ediləməsi qeyd olunanlara misal ola bilər. Amma bu məqamda bir faktı vurğulamaq lazımdır ki, ümumi milli maraqlara qarşı pozuculuq yolu tutan müxalif partiya sədrləri həm də, öz aralarında bir-birinə qarşıda mübarizə aparırlar. Buna misal olaraq ADP-Müsavat, AXCP-"REAL", "Milli Şura"-Müsavat qarşıdurmalarını göstərmək olar. Hazırkı məqamda, daha çox qarşıdurmanın "REAL" partiyası ilə AXCP arasında getdiyini desək, səhv etmərik. Çünki bu iki partia yetkilisi heç bir siyasi etika və prinsiplərə əhəmiyyət vermədən, ən alçaldıcı təhqir metodlarından istifadə etməklə, bir-birini zərəsizləşdirməyə çalışırlar. Halbuki "REAL" partiyasının sədri İlqar Məmmədov həbsdə olan zaman AXCP sədri Ə.Kərimli birinci haqqında təriflər yağdırdı. İ.Məmmədov azadlığa çıxdıqdan sonra məlum oldu ki, Ə.Kərimlinin səsləndirdiyi təriflər boğazdan yuxarı səslənən fikirlər olub. AXCP sədrinin müavini Gözəl Bayramovanın "REAL" hakimiyyətin maralarından çıxış edir" deyə bildirməsi tərəflər arasında qarşıdurmanı yeni müstəviyə keçirib. İttihama cavab olaraq "REAL" partiyasının icraçı katibi Natiq Cəfərli bildirib ki, İ.Məmmədova qarşı səsləndirilən əsasız ittihamları Ə.Kərimli təşkil edir: "AXCP nümayəndələri rəqib kimi "REAL"-ı görürlər və belə qarayaxmalarla məşğuldurlar. Əslində, bunları səsləndirən tərəf sübutla məhkumdur, sübutla mükəlləfdir. Onlar sübut göstərə bilmirlərsə, belə boşboğazlıq etməməlidirlər".

"Köhnə müxalifət nümayəndələrində siyasi mədəniyyət çox aşağı səviyyədədir"

Araşdırmalar təsdiq edir ki, AXCP-"REAL" qarşıdurmasında müxalifətyönlü içtimai təşkilatların və siyasi partiyaların böyük əksəriyyəti İ.Məmmədovu müdafiə edir. Politoloq Zərdüşt Əlizadə mətbuata açıqlamsında köhnə müxalifət nümayəndələrində siyasi mədəniyyətin çox aşağı səviyyədə olduğunu bildirib. Qeyd edib ki, onlar gələcəyi görə bilmirdilər və xalqa verə biləcəkləri heç nələri yoxdur: "1993-cü ildən indiyə qədər müxalifətin heç bir inkişafı olmayıb. Onsuz da, o zamanlar da dövrə uyğunlaşa bilmirdilər. İndi isə tamamilə geridə qalmış addımlar atırlar. Azərbaycanın siyasi səhnəsində "REAL"-ın üzvlərindən, kişi və qadınlarından başqa işıqlı, savadlı, xalqa düzgün yol göstərən təşkilat görmürəm. "Azərbaycan Xalq Hərəkatı" adlanan təşkilatda da gərginliklər yaşanır. Onlar kimdirlər, heç adlarını da çəkmək istəmirəm. Bizim nə müsibətlərimiz, nə bəlalarımız var, onlara görə başımıza gəlib. Azərbaycan xalqına ziyan vurublar, böyük xəyanətlər ediblər".

Z.Əlizadə bildirib ki, AXCP və "REAL" üzvləri arasındakı gərginliyi görəndə, narahat olub. "REAL" üzvlərinə məsləhət gördüm ki, onlara bulaşmayın. AXCP, Müsavat, Xalq Hərəkatı - onlara baş qoşmaq lazım deyil. Onsuz da xalq arasında hörmətləri də yoxdur. AXCP üzvləri nüfuzlarını bir qədər yüksəltmək üçün "REAL"-çılarla münaqişə yaradırlar. Əslində, onlar çox aşağı səviyyəli adamlardır. Xalq Cəbhəsi dövründən kənd intriqası səviyyəsində didişmələr baş verir. Əbülfəz Elçibəy, İsa Qəmbər və Pənah Hüseyn - bunlar məğlub olublar. Kimdirlər ki, onlara baş qoşulsun?".

Bir sözlə, görünən odur ki, müxalifət düşərgəsində yeni qarşıdurmaların əsası qoyulur. Bu çəkişmələrdən kimin uğur əldə edəcəyini demək çətin olsa da, görünən odur ki, müxalifət normal siyasi fəaliyyət göstərə bilmir. Bu isə, müxalifət partiyalarından növbəti parçalanmaların baş verəcəyindən xəbər verir.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...