Əli Kərimlinin "harda aş, orda baş" siyasətbazlığı

O, qarğa burnunu girmədiyi yerə dürtür

Bir neçə gündür ki, ölkə ictimaiyyəti 162 saylı orta məktəbdə özünü pəncərədən ataraq, canına qəsd edən 14 yaşlı Elinadan danışır. Əslində, Elinanın intihar nəticəsində həyatını itirməsi və bu hadisədən doğan gerçəkliklər hər kəsi ciddi şəkildə düşündürməli və narahat etməlidir. Çünki Elinanın nakam taleyi bu gün onun kimi həssas yaş dövrünü yaşayan digər Elinaların da başlarına gələ bilər.

Qeyd edək ki, 162 saylı orta məktəbin şagirdinin intihar etməsi ilə bağlı müvafiq dövlət orqanları tərəfindən araşdırmalar gedir və bu məsələ ilk gündən Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət mərkəzindədir. Belə olan halda, bu gün özünü müxalifət düşərgəsinin "lideri" hesab edən AXCP sədri Əli Kərimlinin, məsələni mahiyyətini anlamayaraq, sosial şəbəkələrdə mitinq keçirməyə çağırışlar etməsi yenə də bu satqının iç üzünü bir daha nümayiş etdirir. "Harda aş, orda baş" olan Ə.Kərimli qarğa burnunu o yer qalıb ki, soxmasın? Ay bədbəxt, satqın, maşennik bilməlisən ki, təhsil millətin gələcəyidir. Bunu Ə.Kərimli kimi satqın və cinayətkarlar anlamayıb və anlamağa da o "başları" yoxdur.

Bu gün dövlətimiz prioritet saydığı strateji əhəmiyyətli təhsil sahəsində uğurlu islahatlar aparılır və aparılmaqdadır. Zaman artıq yeni təfəkkürü, yeni təhsil-idarəetmə, şagirdə və məktəbə modern münasibət istəyir. Prezidentimiz İlham Əliyevin təhsil sahəsində yürütdüyü məqsədyönlü siyasət ölkəmizdə modern düşüncəyə, yeni dünyəvi təfəkkürə, eyni zamanda, milli-mənəvi dəyərlərə, şüura əsaslanan təhsil strategiyasını həyata keçirmək, insan kapitalını inkişaf etdirmək, intellekt resurslarını artırmaq üçün kifayət qədər geniş imkanlar açır.

Bulanıq suda balıq tutmaq istəyən iblis xislətli...

Bu, o Ə.Kərimlidir ki, zaman-zaman Azərbaycanın uğurlu siyasətinə qarşı iyrənc əməlləri ilə iblis xislətini nümayiş etdirib. Ancaq atalarımızın dediyi kimi, sirkə nə qədər tünd olsa, öz qabını çatladar". Çünki Azərbaycanda güclü xalq - iqtidar birliyi var və dəfələrlə bu birlik fors-major hallarda özünü göstərib və Ə.Kərimli kimi satqınların Azərbaycanda suyu bulandırmaq cəhdləri həmişə fiaskoya uğrayıb. Odur ki, bulanıq suda balıq tutmaq istəyən Ə.Kərimli kimilər bilməlidirlər ki, Azərbaycan vətəndaşını öz xəbis niyyətinin icraçısına çevirə bilməyəcəklər. Çünki belələrinin əsl mahiyyəti alət olmaqdır. Bu gün alətə çevrilən "siyasi məhbus" adı ilə çalışan Ə.Kərimli kimi zəhərli siyasət rüşeym sosial şəbəkələrdə Azərbaycana qarşı "savaş" açmaq tapşırığını yerinə yetirməklə, erməni sevgilərini nümayiş etdirsə də, heç nə dəyişməyəcək və necə ki, heç bir şey əldə edə bilmir. Çünki Ə.Kərimli "siyasi məhbuslar"ın azad olunması ilə bağlı keçirmək istədiyi mitinqin biabırçılığından utanmayaraq, indi də intihar edənlərlə bağlı sosial şəbəkələrdə mitinq keçirmək çağırışı etməsi, həqiqətən də, abırsızlıqdır. Bunu anlamaq lazımdır. Misal məqamında gəldiyi üçün deyirəm: "eşşək palçıqda bir dəfə batanda, yolunu dəyişir". Ancaq görünür, bu Ə.Kərimli gönü qalındır. Bir də bu zəhərli əxlaqsız qrantlara görə həmişə bütün mənəviyyatını satıb.

"Siyasi mühacirlər" və yaxud Əli Kərimlinin törəmələri

Bu gün xarici ölkələrdə Azərbaycan əleyhinə "sapı özümüzdən olan baltalar" Əli Kərimlinin göstərişini yerinə yetirən törəmələrdir. Bu törəmələr ermənipərəst dairələrin qrantları hesabına Azərbaycana qarşı satqınçılıq edən bu şərəfsizlər - Həbib Müntəzir, Arzu Qeybulla, Orduxan Teymurxan, Məhəmməd Mirzəli, Tural Sadıqlı, Arif Məmmədov, Qənimət Zahid, Natiq Güləhmədoğlu, Fikrət Hüseynov, Ataxan Əbilov, Arif, Leyla, Ramiz Yunus kimi antimilli ünsür şərəfsizlər istifadə olunub yararsız halda zibliyə atılıb. İndi zibilliyə atılan bu əxlatsızlar qaşınmayan yerdən qan çıxarmaq üçün mitinq keçirməklə, guya xalqa "qayğılarını" nümayiş etdirmək istəyirlər. Ancaq bu, baş tutan iş deyil. Çünki sizin kimi satılıb-satanların qatarı çoxdan gedib. Xalq artıq sizin kimi şərəfsizləri çoxdan arxiv küncünə atıb. Ə.Kərimli kimi parazitlər anlamalıdırlar ki, alət olunaraq istifadə müddətini çoxdan bitiriblər. Hay-küy salmağa isə ehtiyac yoxdur və tarixin arxivində ləkəli adam kimi qalacaqlar.

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə