Türkiyədəki son bələdiyyə seçkilərinin nəticələri elə bir şəkil alıb ki, istər dost olsun, istər düşmən, dünyanın diqqəti Mustafa Kamal Atatürkün vətənindədir. Bəs nə baş verib ki, Türkiyə dünyanın "radarına düşüb"? Məsələ burasındadır ki, Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi partiya, Türkiyə seçicisi tərəfindən, sözün siyasi mənasında, seçkilərdə "nokauta" salınıb desəm, qətiyyən səhvə yol vermərəm. 2002-ci ildən hakimiyyətdə olan, bütün seçkilərdə rekord qələbələrdən xumarlanan AKP, bu dəfə seçki rinqində "nokauta" tuş gəldi. Türkiyə, sözün əsl mənasında, tarix üçün əsl demokratiya imtahanı verir. "axırıncı aşırım" kimi isə hədəfdə İstanbuldur!

Seçki 15 gündən çoxdur ki, bitib. Amma İstanbuldakı nəticələr, xüsusilə, hakim AKP-nin namizədi və keçmiş parlament sədri olan Binəli Yıldırımın, ana müxalifət partiyası olan CHP-nin namizədi İkram İmamoğluna böyük fərqlə uduzması, AKP namizədinin, azı, 14-15 min səs fərqi ilə geri düşməsi, kritik proseslərə səbəb olub. Hakim AKP, elektrik cərəyanı vurumuş kimi bir şok yaşayır indilərdə.Hakim partiya Ankara, İzmir, Antalya və digər mühüm şəhərlərdəki bələdiyyə başçısı postlarını müxalifətə uduzmasından sonra, təkcə şəhər olaraq deyil, həm də, siyasi mənada, Türkiyənin döyünən ürəyi sayılan İstanbulun da CHP-yə keçməsini hec cürə qəbul etmək istəmir. Artıq AKP-nin etirazlarına əsasən, bir neçə rayonda səslər yenidən hesablanır. Amma bu da bir fayda verməyəndə, Ərdoğanın partiyası, ümumiyyətlə, İstanbuldakı seçkilərin yenidən təkrar olunmasını tələb edir. Özü də AKP-nin müttəfiqi olan MHP lideri Dövlət Baxçalı da bu fikirdədir. Artıq İstanbulun Maltəpə bölgəsində sayılan səslər ləğv edilib. Orada səslər yenidən bir daha sayılacaq.Bəs seçkilər niyə bu şəkil aldı? Nədən Ərdoğanın partiyası Türkiyənin əksər bölgələrində seçkidə qələbə qazandığı halda, İstanbul, Ankara, Antalya, İzmir və başqa mühüm şəhərlərdə məğlubiyyət acısı yaşadı?

Bu məğlubiyyətin bir neçə kritik səbəbi var ki, bunlar seçkilərdə hakim partiyanın səs itirməsi üçün mühüm faktora çevrildi. İlk öncə, qeyd edək ki, bölgələrdən fərqli olaraq, böyük şəhərlərdəki seçiçilər olduqca tələbkar və diqqətli elektoratdır. Hökumətin hər addımı sonda seçki qutusunda öz qiymətini alır. Böyük şəhərdəki seçici elektoratının, xüsusilə İstanbulluların AKP-yə qarşı olan bu etimadsızlığının əsas səbəbi, Suriyadan qaçqın düşən minlərlə miqrantın bu şəhərdə yeləşdirilməsi, yerli əhalinin normal oturaq yaşayışının pozulması, gəlmə suriyalıların şəhər həyatı və şəhər mədəniyyətindən yoxsul olması, müxtəlif küçə cinayətləri törətmələri, küçə və meydanlarda barbar hərəkətlərə yol vermələri, qız-qadın qisminə qarşı xuliqanlıqlar törətmələridir. Həmçinin, hökumətin onlara aylıq müavinət ayırması Ankara və İstanbulda yerli əhalinin ciddi sosial etirazlarına səbəb olub.

İkinci fakt, AKP hökumətinin sanki daima hakimiyyət başında olacağı kimi davranış sərgiləməsi, neçə illərdir ki, din amilindən geninə-boyuna istifadə edərək, təbliğat qurmasıdır. Amma bu təbliğat da elə cansıxıcı hal aldı ki, çox vaxt verilən vədlər elə yerindəcə tarixə qovuşdu.Düzdür, R.T.Ərdoğan Türkiyə üçün vacib simadır. Burası belədir. Məhz Ərdoğanın siyasi ağırlığı və personası rəsmi Ankaranın dünya siyasətindəki çəkisini gücləndirib, ikiüzlü Qərb siyasətçilərinin bu qardaş ölkəyə olan məcburi hörmət prinsipi işə düşüb. Hətta rəsmi Ankara Ağ Evlə üz-üzə gələcək qədər ağırlığını göstərməyə başlayıb. Burası belədir. Amma Türkiyə üçün, sadəcə, bir "rəis" simvolu artıq cansıxıcı hal alıb. İşin bu tərəfi də göz yumub keçiləcək fakt deyil. Türkiyə siyasəti üçün yeni kritik mərhələ başlayır. Sadəcə, onu deyək ki, Allah türkü qorusun!

Mətləb Salahov

Bütün xəbərlər Facebook səhifəmizdə