Əli Kərimli müsyö, Arif Hacılı isə mister ola bilər

Corc Sorosun belə bir tapşırıq verdiyi bildirilir

Zaman- zaman dağıdıcı müxalifətin anormal təmsilçiləri ölkəmizin uğurlarına kölgə salamaq üçün ən iyrənc metodlardan, vasitə və üsüllardan istifadə edirlər. Nədi-nədi, Soros kimi qoca ser müxtəlif maxinasiyalar yolu ilə əldə etdiyi çirkli pullardan onlara da qəpik-quruş verir. Qarşılıqlı əməkdaşlıq, bir daha təsdiq edir ki, Azərbaycanda içtimai-siyasi sabitliyi pozmağa çalışan, fəaliyyəti ilə hər zaman ölkəmizin nüfuzunu zədələməyə çalışan ifrat radikal müxalifət, əslində, anti- Azərbaycan şəbəkənin bir təmsilçisi kimi çıxış edir. Cəmiyyətdən özünü təcrid halına salmış dağıdıcı müxalifət, ölkəmizin rifahını istəməyənlər kimi, Azərbaycanda xaotik bir durumun formalaşmasını arzulayır, bu yöndə addımlar atmağa cəhd göstərirlər. Buna nail olmasalar da, iyrənc əməlləri ilə, əslində, Azərbaycanın ən qatı əleyhdarları ilə bir sırada yer aldıqlarını göstərmiş olurlar. Mövcud faktlara əsasən, demək olar ki, AXCP və Müsavat kimi dağıdıcı partiya funksionerləri bəzən xarici maraqlı dairələrlə iş birliyində fondlarla əməkdaşlıq münasibətləri qurduqlarını nümayiş etdirirlər olmalarını gizlətmirlər. Müəyyən işarələr və açıqlamaları ilə xarici. Sübut: Bir dəfə də olsun, Əli Kərimli, Arif Hacılı, İsa Qəmbər, Cəmil Həsənli və digər təşkilatların Azərbaycan dövləti haqqında yaydıqları şər və böhtan xarakterli qərəzli hesabatlarına əks-münasibət bildirməyiblər. Bu isə ehtimalları reallığa çevirir. Bəllidir ki, "Soros" fondu, "Freedom House", "Human Rights" sifariş əsasında konkret dövləti hədəfə alır, ənənəvi qərəzli tezislərdən istifadə etməklə, filan ölkədə insan hüquqları sahəsində və demokratik proseslərdə problemlərin olduğunu iddia edirlər. Beləcə, anormal fəaliyyət yolu tutmaqla, hesabatlar yayırlar.

Müxalifət xəyanət yolu tutub

Corc Sorosun təsisçisi və rəhbəri olduğu "Soros" fondunun fəaliyyəti də hər kəsə bəllidir. Azərbaycan cəmiyyəti bu təşkilatın erməni lobbisinin əlində Azərbaycana qarşı bir istifadə olunan alət olduğunu çox yaxşı bilir. Ona görə də, Azərbaycan cəmiyyəti bu təşkilatın yaydığı hesabatları ciddi sənəd kimi qəbul etmir. Amma AXCP, Müsavat və "Milli Şura" rəhbərliyi bunun fərqində deyillər. İsa Qəmbər, Əli Kərimli, Arif Hacılı, Cəmil Həsənli kimi ünsürlər birbaşa xarici maraqlı dairələrin Azərbaycandakı əlaltıları rolunda çıxış etdiklərindən, xaric maraqlı dairələrin qərəzli hesabatlarına dəstək verirlər. Bəzən də, onlara Azərbaycanın iç məsələləri ilə bağlı dezinformasiya xarakterli informasiyalar çatdırırlar. Yəni açıq-aşkar satqınçılıq və xəyanət yolu tuturlar və pul əldə etmək üçün dövrədə olmaqla, Azərbaycanın milli və dövlətçilik maraqlarına qarşı mübariz metodu seçirlər. Göstərişə əsasən, onlar gah mitinqlər - küçə yürüşləri keçirir, gah da hədələyici bəyanatlarla çıxış edirlər. Baxmayaraq ki, bu ünsürlərin təşkil etdikləri mitinqlərə belə gələn olmur. Ancaq "Milli Şura" və Müsavat liderləri mitinq xəstəliyindən əl çəkmir və demək olaraq ki, hər həftə sonu, aksiya keçirmək arzusunda olduqlarını bəyan edirlər. Bəzən bu mitinqləri bir-birinin bəhsinə, bir-birinə meydan oxumaq məqsədi ilə planlaşdırırlar. Aprelin 6-na AXCP-"Milli Şura"nın, aprelin 7-nə Müsavat partiyasının mitinq planlaşdırmalarını göstərmək olar. Halbuki bir qədər əvvəl bu ünsürlər "bir olmaq", "birgə blok yaratmaq" kimi ideyalarla çıxış edirdilər. Ancaq məslə əməli fəaliyyətə gələndə, fərqli mövqe nümayiş etdirdilər ki, bu, heç də təəccüblü görünmədi. Çünki müxalifət təmsilçiləri və onların tör-töküntüləri hər zaman dildə bir söz deyib, əməldə başqa möve ortaya qoyublar.

Müxalifət liderləri özləri-özlərini ifşa edirlər

Yaxın keçmişdə olduğu kimi, bu gün də, keçirdikləri rüsvayçı mitinqləri zamanı qarşıdurma yaranarsa, Ə.Kərimli, A.Hacılı, C.Həsənli və digərləri hər kəsdən öndə olub, aradan çıxmağa daha çox fədakarlıq göstərəcəklər. Bunu misal olaraq, 2003-cü il 15-16 oktyabr iğtişaşlarına cəhd zamanı İsa Qəmbərin, 2005-ci Qələbə meydanında polislə qarşıdurma zamanı Ə.Kərimlinin mühfizəçilərinin köməyini gözləmədən, aradan çıxmalarını göstərmək olar. 1990-cı il 20 Yanvar faciəsi zamanı da insanları meydanlar səsləyən İ.Qəmbər, Ə.Kərimli, N.Pənahlı, İ.Həmidov, A.Hacılı sovet qoşunlarının şəhərə soxulduqlarını görüncə, dabanarını tüpürüb qaçmağa üstünlük verdilər. Bu baxımdan da, onların heç biri cüzi belə zərər görmədilər. Halbuki insanları qırğına, məhz onlar vermişdirlər. Sonradan bəlli oldu ki, 20 yanvar gecəsi İ.Qəmbər Yusif Səmədoğlunun evində istirahət edirmiş. Ə.Kərimli isə doğulduğu Saatlı rayonunun Azadkənd kəndinədə gizlənirmiş.

Bir sözlə, müxalifət qarnlıq keçmişə malikdir. Həm də, nəzərə almaq lazımdır ki, müxalifət başbilənləri erməni lobbisi və anti-Azərbaycan dairələrlə geniş əməkdaşlıq edirlər. Müsavat partiyasının keçmiş başqanı İsa Qəmbərin Ermənistan Ümummilli Hərəkatı ilə qarşılıqlı əməkdaşlıq haqqında bəyannamə imzalaması, Ə.Kərimlinin Cors Sorosun Gürcüstan nümayəndəsi ilə əməkdaşlıq haqqında razılaşma əldə etməsi deyilənlərə sübut ola bilər. Artıq sübut olunub ki, Corc Sorosun ayırdığı pullar hesabına doymuş məhlula çevrilən AXCP və Müsavat rəhbərliyi əməllərində və fəaliyyətlərində dəyişiklik etmək niyyərindədirlər. Hətta sabah Ə.Kərimli müsyöyə, Arif Hacılı isə misterə çevrilsə, təccüblü görünməyəcək. Çünki ağaları pul qarşılığında onları Azərbaycanın milli və dövlətçilik maraqlarına qarşı çıxmağa məcbur edirsə, müraciət formasında yeniliklərin edilməsi gözləniləndir.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə