Açıqdan-açığa belədir. Bu adam hakimiyyəti ələ keçirəndən (İlk dəfə Nikol Paşinyanın dərviş libasından dəhşətə gələn Serj Sarkisyanın bərələ qalmış gözlərini hələ də elə gözəl xatırlayıram ki!) bəri, özü barədə oldquca ziddiyətli bir personaj yaradıb. N.Paşinyan açıq-aşkar kimlərinsə fikirlərini və maraqlarını səsləndirir. Özü də ən kritik məqamlarda təcrübəsizlikdən maskanın içəri hissəsini qapalı saxlamağı unudur bu siyasi "kukla". Onsuz da, bütün Ermənistanda, çobandan tutmuş akademikə kimi hər kəsdə özü barəsində "siyasi şpion" imici yaradan Nikolcan, getdikcə "kartları" açmağa başlayıb. Axı siyasi maskasını gizlətsə, nə mənası? Həm də onu da unutmuram ki, Ermənistanda heç kim təsadüfən, ya da belə desək, , narazı erməni xalqının "iradəsi ilə" hakimiyyətə gəlmir axı. Kremlin icazəsi olmadan, heç bir erməni buralarda özbaşına asqırmaq hüququna belə sahib deyil! Yalan deyirəm yoxsa? Yox tam düz deyirəm. Çünki qabağımda nəhəng tarix var. Orda hər şey olduğu kimi yazılıb.

Açıq şəkildə bir fakt ortadadır ki, bu adam siyasət əvəzinə, əllaməliklə məşğuldur və onu yönəldən siyasi "dirijorların" ssenarilərini icra edir. Yaxşı yadımdadır, N.Paşinyan hakimiyyət başına gəldiyi günlərdə, mən bu "siyasi dərvişin" siyasi səhnədə yalnız rol icraçısı kimi ortaya atıldığını yazmışdım. "Paşinyan kimin adamıdır?" başlıqlı yazımda qeyd etdiyim ehtimallar, açıqca real şəkildə ortaya çıxır. Ermənistanın baş naziri olmaqdan daha çox, az qala "siyasi pultla" idarə olunan oyuncaq kimi ad qazanan N.Paşinyan, öz müdafiə nazirinin yeni işğal planları barədəki fikirlərini həyasızcasına müdafiə edərək, əslində, Qarabağ münaqişəsinin həlli məsələsində Ermənistanın bir dövlət kimi söz sahibi olmadığını, özünün də tamam başqa bir missiya ilə erməni siyasətinə ATILDIĞINI etiraf etdi.
Təsəvvür edin, cəmi bir həftə öncə, Vyanada Azərbaycan Prezidenti ilə görüşən və münaqişənin sülh yolu ilə həlli barədə müzakirə aparan bu adam, bir neçə gün sonra öz müdafiə nazirinin dili ilə yeni işğal planları barədə iddialarını səsələndirir. Özü də bu iddia, erməni nazirin ABŞ-dakı erməni diasporu ilə görüşündə səsləndirilib. Həmin diaspora ki, N.Paşinyan, bütövlükdə, özünü ABŞ-dakı erməni diasporasının "qucağına atılmış uşaq" kimi təsəvvür edir. "Gözü çıxmış qardaşından" ibrət götürən N.Paşinyan, Vaşinqtondakı erməni maliyyə və siyasi kanalları ilə sıx rabitə yaratmağı və Donald Tramp administrasiyasına "pəncə atmağı" da hədəfləyib. Sözsüz ki, Vladimir Putinin izn verəcəyi həddə qədər. Çünki əziz Vladimir Vladimiroviç Yerevan küçələrində yeni imicdə ortaya çıxardığı siyasi kuklasının siyasi imicinin də qayğısına qalmamış deyil. Onu S.Sarkisyan kimi müti Kreml kuklası, yaxud Putinin əlini öpüb, alınına vuran birisi kimi təqdim etmək indiki situasiyada Moskvaya heç cür sərf etmir axı. Onsuz da, təklikdə Putin ona əlini də öpdürür, hələ qalsa...
Mən, N.Paşinyanın S.Sarkisyanın "fatihəsini oxuduğu" ilk gündə olduğu kimi, ində də tam qətiyyətlə deyirəm ki, "nikolcan" Kremldəki balacaboy Putinin razılığı olmadan, nəinki hakimiyyətə gələ, heç S.Sarkisyanla yan-yana durub, şəkil belə çəkdirə bilməzdi. ABŞ və ya başqa güclü Avropa dövlətlərinin Moskvanın "qulağının dibində", böyük ordu saxladığı xaraktersiz bir yoxsul ölkədə hakimiyyət "pultunu" ələ alması mümkünsüzdür. O dərəcədə mümkünsüzdür ki, bu barədə heç müzakirə belə aparmağın mənası yoxdur. Çünki daima Rusiyanın kisəsinə şərik olan bu ac-yalavac ölkə, Moskva üçün regionu nəzarətdə saxlamaq və başqalarına qarşı təzyiq etmək üçün əvəzsiz vasitədir. Rusiya tarix boyu belə bir "stukaçı" heç zaman çıraqla da gəzsə tapa bilməz. Bunu Kremldə əla bilirlər. Ermənilərin bu xarakteri tarix boyu hər zaman onların əsas "kozuru" olub. Bunu etiraf etməmək də olmaz.
Özü də tarix boyu Ermənistan Rusiya üçün bu missiyanı yerinə yetirib. Əvəzində, çörək və himayədar qazanıb. Bunu birdəfəlik bilmək lazımdır: Rusiya Ermənistanı heç bir zaman verməyəcək! O ki qaldı N.Paşinyanı "hürdürən" qüvvəyə, məncə, bu sualın cavabını min illər boyu axtarırıq. Dəhşətlisi odur ki, bu sulaın cavabını bildiyimiz halda, hələ də başqalarından cavab axtarırıq...

Mətləb Salahov

Bütün xəbərlər Facebook səhifəmizdə