Qərbin psixoloji spekulyasiyasının nökərləri...

Belə bir deyim var: rəqəmlərin dili hərdən nəsə deyir. Belə olmasaydı, dağıdıcı müxalifət düşərgənin-qrantlara hər şeyini satan AXCP sədri Əli Kərimli "kor tutduğunu buraxmadığı" kimi, 2019-cu ildə 19 rəqəmini buraxmır ki, buraxmır. O, düşünməyi bacara bilməyən "başını" divara nə qədər vurubsa, yenə də düşüncəsiz fikrindən yan keçməyib. Görünür, Ə.Kərimlinin fala baxmağı da varmış. Öz feysbukunda yazır ki, "fala baxaraq, nədənsə, bu rəqəmin düşərli olması qənaətinə gəldim".

Satılmış Ə.Kərimli Qərbin psixoloji spekulyasiya metdolarına istinad edərək, məhz bayram, hüzn günlərində mitinqlər keçirməklə əhalinin şüuruna nüfuz etməyə cəhd etdi. Bu da təsadüfi deyil.

Elə götürək Xədicə İsmayılı. 8 martda mitinq keçirib, iğtişaş törətməyə çalışması, Ə.Kərimlinin dağıldıcı dəstəsinin Azərbaycan xalqının həssas dövrlərində - 19 yanvar hüzn günündə mitinq keçirməsi, "Şəhidlər Xiyabanı"nı ziyarət adıyla iğtişaşa cəhd, 19 martda icazəsiz mitinq səfərbərliyi elan edilməsi və s. təsadüf sayıla bilməz. Bu yerdə məşhur filosov Konfutsinin bir fikri yadıma düşdü: "Quyu dərin deyil, ip qısadır". Bax, bədbəxtçilik odur ki, 25 ildən bəri Ə.Kərimli, X.İsmayıl, İsa Qəmbər, Arif Hacılı, Leyla Yunus və bu kimi parazitlər həmişə idarə olunan olublar, sonda da başqasının ipiylə quyuya enməyə çalışasalar da, yarı yolda qalıblar. Çünki mənəviyyatlarını çirkin oyunlara - qrantlara qurban verərək, satılanlardır. Və bu gün həyasızcasına Ə.Kərimli, X.İsmayıl... kimi paraztitlər bayram ərəfəsində cəmiyyətdə təşviş, xof yaratmağa, əhalinin bayram əhval-ruhiyyəsini qanıqaraçılıqla əvəzləməyə çalışsalar da, istəklərinə nail ola bilməyiblər və bundan sonra da nail ola bilməyəcəklər. Çünki bu gün xalq-dövlət birliyini sarılmazlığı, dövlətin də real olaraq suveren və müstəqil olmasını təmin edir. Dağıdıcı təfəkkürlərini

hadisələrə adekvat düşüncə istiqamətində dəyişməsələr, xalq özü bu dəfə onları birdəfəlik siyasətin uçurumundan üzüaşağı yuvarlayacaq. Qısa iplə dərin quyuya enməyə macal belə tapmayacaqlar! Nə Sorosun milyardları, nə Göbbelsin təbliğat maşını kimi gecə-gündüz dezinformasiya üyüdən "Turan" TV-nin hay-küyü, nə bomba quraşdırılmış qum saatlarının əcəl zəngi, nə də and-aman onları xilas edə biləcək.

RƏFİQƏ

Bütün xəbərlər Facebook səhifəmizdə