İnternet trolları barədə yeni faktlar üzə çıxdı

Vidadi İsgəndərlinin Fransa, Sevinc Osmanqıznın ABŞ, Orduxan Teymurxanın isə Rusiya agentləri olduqları sənədlərlə sübuta yetirildi

Azərbaycanın dünyada yerinin və rolunun möhkəmlənməsindən ciddi narahat olan yerli və xarici qüvvələr dağıdıcı müxalifətdən, "beşinci kolon"dan və internet trollarından istifadə etməklə, uğurlara kölgə salamağa, ictimai-siyasi sabitliyi pozmaqla, iqtisadi inkişafı dayandırmağa çalışırlar. Bu cür anormal anti-təbliğat kampaniyasında ən xırda çatışmazlıqlardan belə istifadə etməklə, öz çirkin məqsədlərinin həyata keçirilməsində yaralanmağa çalışırlar. Hansısa dağ kəndinin, 5-10 il bundan əvvəl, mövcud olmuş problemlərini qabartmaqla, ictimai əhval-ruhiyyəni mənfi tonda yükləməyə də cəhdlər göstərirlər. Bunun əvəzində isə, xaricdən külli miqdarda qrant alan Əli Kərimli, Qənimət Zahid, Orduxan Teymurxan, Vidadi İsgəndərli, Sevinc Osmanqızı, Qurban Məmmədov və digərləri bununla, həm də erməni lobbisinin və Ermənistanın Azərbaycana qarşı apardığı informasiya müharibəsinə dəstək vermiş olurlar. Düzdür, onların və onlara dəstək verənlərin dedikləri və danışdıqları sabun köpüyündən başqa bir şey deyil, yəni itin qaydasıdır hürmək, Azərbaycan xalqı nəyin düz, nəyin iftira olduğunu çox gözəl bilir. Həmi də, xalq aydın şəkildə başa düşür ki, xaricdəki internet trollarını təlimatlandıran müxtəlif ölkələrin xüsusi xidmət orqanlarının müəyyən tapşırıq və göstərişləri var. Daha doğrusu, artıq sübuta yetirilib ki, Qənimət Zahid, Orduxan Teymurxan, Vidadi İsgəndərli, Sevinc Osmanqızı, Qurban Məmmədov, Məhəmməd Mirzəli, Tural Sadıqlı və digərləri müxtəlif şirnikləndirici vədlər qarşılığında casusluğa cəlb olunublar.

Orduxan Bəbirov "Kentavr" ləqəbi ilə Rusiya kəşfiyyatının agentura aparatına daxil edilib

Xaricdə oturub, Azərbaycana qarşı əxlaqsız və mənəviyyatsız yol tutanlardan olan O. Teymurxan, hələ hərbi xidmətdə olduğu zaman, keçmiş sovet ordusunun hərbi kəşfiyyatı tərəfindən əməkdaşlığa cəlb edilib və onun təcrübəli agent olaraq, yetişdirilməsi üçün təlimlərə cəlb edilib. Hətta 1987-1989-cu illərdə 98-ci "VDV" diviziyasında onun fiziki və döyüş hazırlıqları inkişaf etdirilib. Bu isə, onu deməyə əsas verir ki, o, bəlli qaydada yetişdirilib. Məlumatlara və əldə etdiyimiz sənədlərə görə, 1988-ci ildə SSRİ hərbi əks-kəşfiyyat orqanlarının xətti ilə Azərbaycan DTK-dən konfidensial əməkdaşlığa namizədliyi öyrənilən Bəbirovla bağlı "ilkin öyrənilmə materialları" sorğu edilib və müsbət rəylər alınıb. Beləliklə, yeni işindən və fəaliyyətindən məmnun qalan O.Teymurxan hərbi xidmətdən sonra da, Rusiya kəşfiyyatı ilə əməkdaşlıq əlaqələrini davam etdirib. Sənədlər təsdiq edir ki, O.Bəbirov "Kentavr" ləqəbi ilə Rusiya kəşfiyyatının agentura aparatına daxil edilib. Onun "Mərkəz"lə fəaliyyətini isə özünü "Pavel" kimi təqdim edən şəxs əlaqələndirir. Sonrakı mərhələdə, yüksək dayaqlara malik olmasından istifadə edən Teymurxan Moskvada reketçiliklə və insanları qarət etməklə məşğul olub. Əndazəni və sərhədləri aşdığından, kuratorları tərəfindən cəza olaraq, Avropaya çıxarılıb. Bu dəfə əsas fəaliyyəti Azərbaycana qarşı antitəbliğat kampaniyasının aparılması olub. Qarşılığında isə, hər ay ona 10 min ABŞ dolları verilib. Bəbirov hər gün ağlına deyil, ağzına gələnləri Azərbaycan dövləti və insanları haqqında söyləməsində, rus kəşfiyyatının xüsusi rolu var.

Sevinc Osmanqızı rus kəşfiyyatı hesabına özünə Virciniyada ev alıb

Azərbaycan sərhədlərindən kənarda oturub ölkəmiz haqqında hədyanlar danışan və videolar paylaşanlardan biri də Sevinc Osmanqızıdır. Bu şəxsin hansı mənsəbə qulluq etdiyi müəmmalıdır. Gah ABŞ, gah da Rusiya kəşfiyyatı ilə əlaqələr qurur, hərdən də, Norveçin maraqlı dairələri ilə isti münasibətlərə malik olduğunu nümayiş etdirir. Amma onu bir növ, ilkin olaraq, pullu-paralı, mal - mülk sahibi edən ABŞ-ın qaranlıq dairələri olub. Elə övladları ilə Türkiyəyə oradanda ABŞ-a qaçırılmasında, ilkin olaraq, ona yardımı ABŞ-ın Azərbaycandakı səfirliyinin əməkdaşları göstərib. Sonradan isə S. Osmanqızı rus səfirliyində müşavir Serqey Koşelyev ilə də tanış olub. ABŞ-dakı diplomatik korpusda yayılmış informasiyaya əsasən, Koşelyev adi müşavir deyildi, bu şəxs RF Xarici Kəşfiyyat Xidmətinin ABŞ-da fəaliyyət göstərən zabiti olub. S. Osmanqızının övladları ilə Koşelyevin ovladları Virciniyada eyni məktəbdə oxuyub. Bu da Koşelyevin Sevinclə münasibətlərinin genişlənməsinə təkan verib. Məhz Rusiyanın kəşfiyyat zabiti ilə əlaqələrin genişlənməsindən sonra, S. Osmanqızının maddi vəziyyəti yaxşılaşır. Amerikaya gələndə "Marshall" və digər ucuz alış-veriş mərkəzlərində tez-tez görünən Osmanqızının artıq Virciniya ştatının Tyson Coner ərazisində yerləşən bahalı ticarət obyektindən bazarlıq edib.
S.Osmanızı ilə yaxın münasibətdə olmuş və adının çəkilməsini istəməyən rəfiqələrindən birinin dediyinə görə, Sevinc ABŞ-da daim yeni gəlir mənbələrinin axtarışında olub: "Qısa zaman ərzində, tədbirlərdə iştirak edərək, Fətullah Gülən icması ilə əlaqəli "Türk Amerika Alyansı" ilə təmas yaratmağı bacardı, onların maddi yardımından istifadə etməyə başladı. "Gülən camaatı" isə, ənənəvi taktikasından istifadə edərək, S.Osmanqızının timsalında yeni tərəfdaş əldə etməyə nail olmuşdu".
Bununla kifayətlənməyən S.Osmanqızı fəaliyyətini daha da genişləndirib. Nəhayət, S.Osmanqızı maddi təminatını nizama sala bilir. Beləlilə də, Florida ştatında böyük mənzilə sahib olur. Sənədlərə əsasən, 261 min ABŞ dolları dəyərində olan sözügedən mənzil Florida ştatının varlılar məkanı kimi tanınan Mayami şəhərinin prestijli məhəlləsində - Biscayne küçəsində yerləşir.

Şərəfsizliyin bir ünvanı var - Vidadi İsgəndərli

Dağıdıcı müxalif qüvvələrin əlaltısı və xarici dairələrin casusu rolunda çıxış edənlərdən biri də Vidadi İsgəndərlidir. Bu simasız məxluq yaramaz davranışı və açıqlamaları ilə seçilir. Onun şərəfsiz əməlləri, nəinki Azərbaycan cəmiyyətində, eləcə də, bəzi xarici mətbu orqanlarda da ikrahla qarşılanır. "Əvvəlcə Azərbaycandan Gürcüstana qaçan, sonradan isə, Fransadan sığınacaq alan, keçmiş prokuror Vidadi İsgəndərli "Youtube"də özünün aqressiv və təxribatçı "xütbələri" ilə təhqir etdiyi şəxsləri təəccübləndirməyi dayandırmır". "Səs" İnformasiya Agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın "Novıye İzvestiya" saytının siyasi yazarı Oleq Nikolayev "Vidadi İsgəndərli "ermənicə danışdı" başlıqlı məqaləsində qeyd edib. Oleq Nikolayev sözügedən məqaləsində Vidadi İsgəndərlinin danışıqlarının səviyyəsizliyini, etik normaları həddən artıq aşdığını və həqiqətə söykənməyən iddialar irəli sürdüyünə işarə edib. Müəllif, İsgəndərlinin Fransada siyasi sığınacaq tapmasını da təsadüf hesab etmədiyini yazır. İddia olunur ki, erməni kurs yoldaşları onun Parisdə sığınacaq almasına kömək ediblər: "Hansı ki, məhz Fransada erməni diasporu çox güclüdür və erməni siyasi lobbisi ənənəvilik alıb. Görünür, XHİ-dəki hüquqşünas kurs yoldaşları İsgəndərlinin həyatının dramatik vəziyyətində onun Parisdə yerləşməsi, lazımi sənədlərə və qrantlara yiyələnməsi üçün ona bu qərarı verməkdə kömək ediblər. İsgəndərli isə bunun müqabilində ona təklif olunmuş versiya üzrə Qarabağ və s. olayları yayıma çıxarmağa çalışır, əlbəttə ki, təbliğatçı türk, lakin fəaliyyətdə olan təhlükəli fərd kimi. Çətin ki, İsgəndərli yetərli qədər azərbaycanlılara, az da olsa, təsir edə bilsin, lakin ölkənin gənc düşüncəli vətəndaşları bu kimi siyasi korroziyaya uğramış emosional və antitarix mühazirələrin təsirinə düşə bilərlər".
Bir sözə, bəlli olan fakt ondan ibarətdir ki, xaricdə oturub, Azərbaycana qarşı anti-təbliğat kampaniyası aparanların hər biri bu və digər formada müxtəlif ölkələrin kəşfiyyatına bağlıdırlar. Söz yox ki, bu ünsürlər, gec-tez, layiq olduqları cəzanı alacaqlar. Necə ki, Hüseyn Abdullayev və Fəxrəddin Abbaszadə həbs edilərək Azərbaycana gətirildilər.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə