Sosial şəbəkələrdə özünü gah "araşdırıçı jurnalist", gah "hüquq müdafiəçisi" sayan, əslində isə, siyasi alverçi, əxlaqsız və mənəviyyatsız olan Xədicə İsmayılın ağzını iki metrə açıb qışqırdığını görəndə, dilim ağzımda qurudu. Hansı əxlaqdan, hansı mənəviyyatdan danışmaq olar? Ancaq X.İsmayıl elə belə də olmalıdır. O anadan belə doğulub, belə də tərbiyə olunub. Çünki o, nə jurnalist kimi jurnalist, nə də azərbaycanlı kimi azərbaycanlı olub. O, erməni qəpik-quruşu qarşısında hər şeyini verən, satan-stılan və idarə olunan olub.

Daim Azərbaycan dövlətçiliyinə qarşı xüsusi aqressiyası ilə seçilən və bu gün də həmin aqressiyasını davam etdirən X.İsmayıl indi də qorxaq halda qalaraq, özünə bənzər Nərmin Şahmirzadənin qoluna girib, ağzını da özü boyda açaraq, şəhərin küçələrində şivənlik salmaq istəyir. Ancaq anlamır ki, Azərbaycan da qanuni dövlətdir və ölkənin vətəndaşları da dövlətin qanunlarına əməl edir. Ancaq Xədicə kimi əxlaqsızlar, elə zənn edirlər ki, şivənlilik etməklə, xarici ermənipərəst qurumların qəpik-quruşu arta bilər. Acgözlük buna deyirlər. Bəlkə elə buna görə, indi də özünə "hüquq müdafiəçisi" adını da yapışdırmaq üçün "siyasi məhbus" biznesinə əl atıb. Bir də bu qrant necə şirin şeydirsə, dünənə qədər bir-birinin boynuna sarılanlar, indi düşmənə çevriliblər. Yeri gələndə də, söyüşün biri bir qəpiyə, o ki var, döşəyirlər. Vaxtı ilə sevgili-canan olan Xədicə indi, AXCP sədri Ə.Kərimlinin peysərinə, gözünü yumub özü boyda ağzını açaraq, nələr demir...
X.İsmayıl, sadəcə, eyforiyadadır. Bu adam nə elədiyini bilmir. Get-gedə də özünü quyunun tam dibinə aparır. Çünki Xədicənin ambisiyaları bitmir. O, arzu və istedadı arasındakı fərqi görə bilmədiyi üçün bu günlərə qalıb. Bir də X.İsmayıl heç vaxt yerində olmayıb. Həyat yolu özü kimi əyri olub. Necə deyərlər, qozbeli qəbir düzəldər, ancaq Xədicəni heç qəbir də düzəltməz. Bunu onun özü də yaxşı bilir. Xədicə yaxşı bilir ki, onun donqarı heç vaxt düzəlməyəcək. Çünki həmin donqarın içində yalnız və yalnız xəyanətlər var. Özü də kifayət qədər! Bu gün bir sıra ölkələrə qul kimi xidmət göstərən Xədicənin isə qatarı çoxdan gedib. Bu səbəbdən, sizin kimilərin yeri cəmiyyət arasında ola bilməz!

RƏFİQƏ

Bütün xəbərlər Facebook səhifəmizdə