"Milli Şura"nın "primadonnası" keçmiş qaynanası Nəhayət Məmmədovanı aldatmaqla, ona 50 min dollar atıb

Müxalifət daxilində bəzi partiya funksionerləri müxtəlif çirkin vasitə və üsüllardan istifadə etməklə, qarnt əldə etməyə və pul qazanmağa çalışırlar. Qarşılığında isə, ölkəmizdəki əmin-amanlığa, siyasi sabitliyə xələl gətirməyə cəhd göstərirlər. Hətta pul, onlar üçün o qədər şirin olur ki, ümummilli faciələrdə belə qarşıdurma yaratmağa, pozuculuq aktları törətməkdən çəkinmirlər. Buna misal kimi, AXCP sədri Əli Kərimlinin və Müsavat başqanı Arif Hacılının 20 Yanvar faciəsisi və Xocalı soyqırımı günlərində təxribatlar törətməyə, polislə qarşıdurmalar yaratmağa cəhdlər etmələrini göstərmək olar. Onların ətrafında olanlar da, liderlərindən az bəd əməl sahibi deyillər. Elə misal olaraq, "Milli Şura" deyilən qondarma qurumun işverənlərindən olan Gültəkin Hacıbəylinin anormal mövqe sərgiləməsini göstərmək olar. Özünü məlum qüvvələrin gözünə soxmağa çalışan bu şəxs, 10 il depudat olduğu zaman sərgilədiyi mövqeyin əksini nümayiş etdirməkdədir.

G.Hacıbəyli xarici ölkələrdə fəaliyyət göstərən ermənipərəst anti-Azərbaycan meyilli qüvvələrə nökərçilik etməklə, qrant əldə etməyə və malının-mülkünün siyahısını bir qədər də artırmağa çalışır.

Dəyəri milyon manatlarla ölçülən əmlaka necə sahib olub?

"Milli Şura"nın rüsvayçı mitinqlərinin fəal təbliğatçısı G.Hacıbəyli depudat olduğu zaman, özünə qeyri-qanuni yollarla daşınan və daşınmaz əmlak qazanıb. Bu barədə, araşdırma aparılan zaman geniş siyahı əldə olunub. Həmin siyahıda yer alan əmlakların siyahısı:

- Goranboy rayonu, Xan Qərvənd kəndində 92 sotluq torpaq sahəsi və onun üzərində yerləşən 400 kv. metr sahəsi olan nəhəng villa.

-Abşeron rayonu , Xırdalan şəhərində 60 sot torpaq sahəsi.

-Goradil kəndində 30 sot torpaq sahəsi.

-Abşeron rayonu, Mehdiabad qəsəbəsində hər biri 4 sot olmaqla, 3 yerdə torpaq sahəsi.

-Abşeron rayonu, Mehdiabad qəsəbəsində 6 sot torpaq sahəsi.

-Şamaxı rayonu, Qalebuğurd kəndində 12 sot torpaq sahəsi.

-Səbail rayonu, Şeyx Şamil küçəsində ofis.

-Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 251 a ünvanında 178,18 kv. metr sahəsi olan mənzil.

- Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 251 A ünvanında 179,14 kv metr sahəsi olan digər mənzil.

- Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 12/26 ünvanında 63,3 kv metr sahəsi olan mənzil.

-Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsi 61, ev 2 ünvanında mənzil.

-Bakı şəhəri , Nəsimi rayonu , Səməd Vurğun küçəsi, ev 92 A ünvanında mənzil.

-Goranboy rayonu, Nadirkənd kəndində 5 hektar, torpaq sahəsi

-Goranboy rayonu, Borsunlu kəndində 6,25 hektar, torpaq sahəsi

-Goranboy rayonu, Aşağı Ağcakənd kəndində 1,76 hektar, torpaq sahəsi

-Goranboy şəhəri 58-ci məhəllədə hər biri 8 sot olmaqla, 2 torpaq sahəsi.

Bu, azmış kimi, G.Hacıbəyli ərdə olduğu zaman ailə dəyərlərinə də xəyanət etmək yolunu tutub. Ailə başçısının, xüsusilə də, keçmiş qaynanası Nəhayət Məmmədovanın sadəlövhlüyündən sui-istifadə etməklə, ona 50 min dollar atıb. Belə ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ona hədiyyə edilən evi təmir etmək üçün N.Məmmədovadan 50 min dollar borc alıb. Söhbət Səməd Vurğun küçəsi 92 a ünvanında yerləşən 12 saylı mənzildən gedir. Sonradan G.Hacıbəyli borc aldığı pulu geri qaytarmaq istəməyib. Məcburiyyət qarşısında qalan N.Məmmədova məhkəməyə iüraciət edib. Məhkəmə G.Hacıbəyliyə məxsus LEXUS LX 570 10 VU 003 və TAYOTA AVALON 10 KV 003 avtomobillərinə vəsadət əsasında həbs qoyulub.

Gültəkin Hacıbəyli AŞ PA-da da özəl maraqlarından çıxış edib

Qeyri-qanini yollarla əmlak sahibi olan G.Hacıbəyli Azrbaycanın AŞ PA-da nümayəndə heyətinin üzvü olarkən də, işi-peşəsi nümayəndə heyətinin üzvləri arasında konflikt yaratmaq olub. Bu barədə, nümayəndə heyətinin rəhbəri Səməd Seyidov real faktlarla çıxış edib: "Mən uzun illər ərzində Gültəkin Hacıbəyli ilə birgə işləmişəm və onun Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin bütün üzvlərini sarsıdan bir hərəkətinin canlı şahidiyəm. Bizi sarsıdan bu hərəkət isə G.Hacıbəylinin komandamızın digər üzvü, professor Naira Şahtaxtinskaya ilə ilk münaqişəsi idi. Bu, mənasız və əsassız bir münaqişə idi, lakin həmin konflikt nümayəndə heyətimizin bütün işini ləngitməyə və axsatmağa başladı. Nəticəsi də, o oldu ki, Naira Şahtaxtinskaya bizim komandanı tərk etdi. Lakin bu da hələ hamısı deyildi. Daha sonra Hacıbəyli ilə Asim Mollazadə arasında yeni münaqişə başladı. Hacıbəyli Mollazadənin ünvanına heç bir əsası olmayan ittihamlar səsləndirirdi. Bunun da nəticəsi, o oldu ki, Asim Mollazadə də komandanı tərk edib Avropa Parlamentində işləməyə getdi. Beləliklə, biz AŞ PA-dakı nümayəndə heyətinin dəyərli bir üzvü kimi, A.Mollazadəni də itirdik. Bütün bunlar ayıb işlər idi! Lakin məsələ bununla da yekunlaşmadı. Münaqişənin üçüncü seriyası başladı. Gültəkin Hacıbəyli bu dəfə də Aynur Camalqızı ilə tutaşdı və Aynur Camalqızı da nümayəndə heyətini tərk etməyə məcbur oldu. Hacıbəyli sonra daha bir münaqişə yaratdı. G.Hacıbəyli ilə Qənirə Paşayeva arasında kəskin və uzun bir konflikt oldu".

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə