Son vaxtlar sosial şəbəkələrdə ağına-bozuna və fərqinə varmadan fikir söyləyən, ideya və təkliflər irəli sürən, görülən işləri, həyata keçirilən islahatlara kölgə salmaq istəyənlərin sayı çoxalıb. Düzdür, burada qeyri-adi nəsə axtarmaq düzgün olmaz, azad- demokratik cəmiyyətdə yaşayırıq və hər kəs azad şəkildə fikrini ifadə etmək hüququna malikdir. Amma Ş.Montyeskeyə görə, sözünün qədrini bilməyən zəif düşüncəli adam adətən, çox danışır. Haqlıdır, həqiqətən də, sosial şəbəkə "ulduz"larının əksəriyyətinin sözə dəyərləri öz ağıllarına verdikləri kimidir. Həm də, araşdıranda, məlum olur ki, bu, dil qəhrəmanları özlərinin deyil, başqalarının danışan dili və deyən sözləridir. Bəzən deyilir ki, sərsəm ifadələr səsləndirən şəxslərə baş qoşmağa dəyməz. ASDP sədri Araz Əlizadə demişkən, nə çox dəlixanada Napaleon. Amma həyasızlıq sərhədi keçəndə, susmaq da mümkün deyil. Elə götürək, özünü BAXCP adlı təşkilatın müavini kimi təqdim etməyə çalışan Niyaməddin Orduxanlının son günlər Naxçıvan Muxtar Respublikası ilə bağlı cəfəng fikirlər, boş və mənasız mövqe sərgiləməsi... Dolaşıq fikirlərdən açıqca görünür ki, blokada şəraitində olan, ancaq durmadan böyük inkişaf və tərəqqi yolu keçən Naxçıvana qarşı bilərəkdən kampaniya aparılır, özü də kimlərinsə təqdim etdikləri tezislər əsasında. Misal olaraq, Niyaməddin əkə, sosial şəbəkədə lideri Qüdrət Həsənquliyevin ağzından qaçırdığı ifadələrini ört-basdır etməyə çalışarkən, nümayiş etdirməyə çalışır ki, Naxçıvan Muxtar Respublikasının rəhbərliyi niyə xaricdə oturub, Azərbaycanın milli maraqlarına xor baxan "söyüş qrupu"na cavab vermir. Bu, bivec məxluqun düşüncəsinə görə, Naxçıvan rəhbərliyi işini-gücünü atıb, açıq-aşkar gədəlik edən mənəviyyatsız bir ovuc ünsürə cavab verməlidir. Xaricdəki "söyüş qrupu"nun fəallarından olan Orduxan Teymurxanın qohum-əqrəbasından olduğu deyilən Niyaməddin əkəyə xatırlatmaq lazımdır ki, Azərbaycanda bütün cəmiyyət, o cümlədən, Naxçıvan ictimaiyyəti istənilən qara qüvvələrə, o cümlədən, müxtəlif məkrli dairələrin maddi və mənəvi dəstəyi ilə ölkəmizə qarşı əxlaqsız fəaliyyət yolu tutanlara qarşı sərt mövqe ortaya qoyub. Bunu sosial şəbəkələrdə Naxçıvandan olan insanların paylaşdıqları statuslarla da müəyyənləşdirmək olar. Digər tərəfdən, təqdim olunan tezis əsasında çıxış edən Niyaməddin əkə iddia edir ki, Naxçıvanda iş problemi var, əhalinin yaşayışında narahatlıq doğuran məqamlar nəzəri cəlb edir. Bu yerdə dünyaca məşhur hindistanlı siyasi xadim Mahatma Qandinin fikri yada düşür: "Azadlıq ifrat dərəcəsinə çatdıqda, özbaşınalığa çevrilir". Təəssüf ki, ölkəmizdəki azad və demokratik mühitdən sui-istifadə edənlərdən olan Niyaməddin əkəyə xatırlatmaq yerinə düşərdi ki, bu gün Naxçıvan öz inkişafına görə, Azərbaycanda ən öndə olan bölgələrimizdəndir. İctimai rəydə iqtisadi inkişaf "Naxçıvanın möcüzəsi" kimi qiymətləndirilir. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov "Naxçıvan möcüzəsi"ni belə xarakterizə edir: "Yol düzgün seçiləndə, milli maraqlara və dövlətçiliyə sədaqət olanda, adamların qayğısı və ehtiyacları hədəfə alınanda, istənilən möcüzəni yaratmaq olar". Azərbaycan Prezidenti İlham Əliyev isə Naxçıvanda geniş vüsət alan quruculuq-abadlıq, sosial-iqtisadi inkişaf barədə demişdir: "...Bu gün Naxçıvanın gələcək inkişafı ilə bağlı əlavə sözlərə ehtiyac yoxdur. Çünki bütün işlər burada ən yüksək səviyyədə görülübdür. Bir daha qeyd etmək istəyirəm ki, siz bütün məsələləri - quruculuq-abadlıq işlərini, enerji təhlükəsizliyi, hərbi potensial, infrastruktur layihələrinin icrası, ərzaq təhlükəsizliyi məsələlərini həll etmisiniz. Bundan sonra ancaq bu uğurlara yeni uğurlar əlavə etmək lazımdır". Niyaməddin əkə kimilər təbii ki, sifariş qulu olduqlarından, Naxçıvan həyatında baş verən uğurları görmək istəmirlər. Həm də çalışırlar ki, Azərbaycan Prezidenti İlham Əliyevin göstəriş və tapşırıqlarına, eləcə də, qəbul etdiyi Dövlət Proqramlarına əsasən, Naxçıvan rəhbərliyinin həyata keçirdiyi nailiyyətlərə kölgə salsınlar. Ancaq cəhdləri uğursuzluqdan başqa bir şey deyil. Azərbaycanın hər yerində olduğu kimi, Naxçıvanda da sabit və sakit həyat insanların firəvan həyatı ilə davam etdirilir.

İ.ƏLİYEV

P.S. Tövsiyə. Niyaməddin bəy, böyük oyunun kiçik peşkaları rolunda çıxış edib, başın girmədiyi yerə bədənini soxmağa çalışma.

Bütün xəbərlər Facebook səhifəmizdə