Öz gözlərində tir görməyənlər...

Dağıdıcı düşərgə "liderləri" "qaşınmayan yerdən qan çıxarmaq" və ölkədə sabit siyasi vəziyyəti gərginləşdirmək üçün dəridən-qabıqdan çıxırlar. Soruşmaq istərdik: hansı güclə, hansı sosial baza ilə? Fakt bildirdi ki, ölkədə müxalifətin sosial bazası yox səviyyəsindədir, xüsusən də, radikal müxalifətin. Bəs bunun səbəbləri nədir? Müxalifət bu barədə düşünübmü? Təbii ki, yox. Ancaq bunun da səbəbləri müxtəlifdir. Daha dəqiqi, bu səbəbləri onların öz içərisində axtarmaq lazımdır. Məsələn, 25 ildir ki, müxalifət "fəaliyyət" göstərir, əgər buna "fəaliyyət" demək olarsa. Bu müddət ərzində, onlar ortaya normal bir fəaliyyət qoya bilmədikləri və belə anormal fəaliyyətin nəticəsi seçkilərdə məğlub olmaları və dəfələrlə sübuta yetirilib.

Başqa cür də ola bilməz. Xarici maraqlı dairələrin tör-töküntü olanlarını da itirə-itirə gəlirlər. Özü də bir-birlərini qıra-qıra, düşmən elan edə-edə!
Ətraflarına yığdıqları trollarının gözlərinin içinə qədər yalan sırıyan "liderlər" seçkilərdən-seçkilərə bəyan edirlər ki, onların partiyalarına böyük axın var, seçkilərdən sonra isə, nəyi görürük? İttihamlar, haikimiyyətə qarşı böhtan və şər kampaniyaları. Hələ bir dəfə görmədik ki, özlərini müxalifətin, nəninki "anası", hətta "atası" elan edənlər durub desinlər - GÜNAHKAR MƏNƏM! Heç görməyəcəyik də. Çünki xəmiləri satqınçılıq, xəyanətkarlıqla yoğrulan əlilərin, isaların, ariflərin, cəmil... kimi fərdlərin əxlaqsızlığı, mənəviyyatsızlığı imkan vermir. Mənəviyyatları və əxlaqları qranta bağlıdır.
Elə buna görədir ki, bir az bu çirkin əməllərdən uzaq olanlar, həmin çirkab yurdundan uzaqlaşırlar. Belə vəziyyətin yaranması, təbii ki, onların öz fəaliyyətləri ilə bağlıdır. Çünki müxalifət heç vaxt yanlış səhvləri müzakirə etməyib, indiyə qədər seçkiləri uduzmaq səbəblərini araşdırmayıb. İndiyə qədər müxalifətin tədbirlərinin böyük əksəriyyəti, məhz partiyaların bir-birilə yarışması kimi yadda qalıb. Bu partiyalar uzun illərdir ki, sanki öz aralarında yarışa girib. Çünki onların elə əsas məqsədi bir-birilə yarış aparmaqdır.
Bununla belə, ölkədəki müxalif düşərgənin hamısını dağıdıcı hesab etmək olmaz. O da, bəllidir ki, müxalif düşərgənin bir hissəsi konstruktiv müxalifəti təmsil edir. Belə ki, dağıdıcı müxalifətdən fərqli olaraq, proseslərə daha real və praqmatik yanaşırlar. Söz yox ki, belə məqamda daha bir sual meydana çıxır - konstruktiv müxalifətin sosial dayaqları daha böyükdür, yoxsa dağıdıcı müxalifətin? İlk baxışdan demək mümkündür ki, radikallar seçkiləri uduza-uduza gəliblər. O cümlədən, ictimai-siyasi proseslərə təsir imkanları sıfır həddində olan dağıdıcı təmayüllülərdən xalq da imtina edib. Dağıdıcı müxalifətlə müqayisədə konstruktiv müxalifətin sosial dayaqları daha çoxdur. Onları dağıdıcılardan, məhz bu kimi amillər fərqləndirir.
Bu gün dağıdıcılara nisbətən konstruktiv müxalifətin sosial bazası, ona görə böyükdür ki, onlar proseslərin gedişinə daha realist, praqmatik prizmadan yanaşırlar. Populist, ambisiyalı və reallığa uyğun olmayan vədlər vermirlər. İqtidarın yürütdüyü siyasəti kökündən inkar etmir, uğurları isə təqdir edirlər. Bu da, istər-istəməz, onların cəmiyyətdə özlərinə tərəfdar tapmalarına kömək edir. Yəni bu faktorları parlamentdə təmsil olunan konstruktiv müxalifət təmsilçilərinin mövqeyindən də sezmək mümkündür.
Ona görə də, bu gün hakimiyyətə yersiz iftiralar atıb tənqid deyil, hətta düşmənçilik edən dağıdıcı müxalifət, ən azından, vaxtilə onlarla bir olmuş insanlardan ibrət dərsi götürməlidir. Amma görünən budur ki,öz gözlərində tir görməyənlər, özgə gözündə qıl axtarırılar. Elə isə uduzmaqlarında, rüsvay və biabır olmalarında davam etsinlər.

RƏFİQƏ

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...