Fərari hesab oluna Eldəniz Quliyev "Milli Şura"dan ayrılmağa qərar verib

Hər kəsə bəlli olan fakt ondan ibarətdir ki, Azərbaycanın iqtisadi, siyasi və hərbi gücü hər gün, ötən günə nisbətən, bir qədər də artır. Bu da, sapı özümüzdən olan dağıdıcı xislətli müxalifət yetkililəri ilə yanaşı, xarici maraqlı dairələri ciddi narahat edir. Ona görə də, küçə yürüşləri, mitinqlər, eləcə də, xaricdəki "söyüş qrup"ları vasitəsi ilə uğurlara kölgə salmağa çalışırlar. Bütün bunlar, bir daha təsdiq edir ki, dağıdıcı müxalif ünsürlər üçün xalq və millət anlayışı, sadəcə, boğazdan yuxarı populist fikirdən başqa bir şey deyil. Belələrinin dövlət, dövlətçilik və milli maraqların əleyhinə yönələn mövqeyinə ən tutarlı cavabı elə həmişə xalq verib. Müxalifətin əsas hədəfi xalqa və onun formalaşdırdığı müstəqil dövlətə qarşı yönəlib. Bu baxımdan, radikal qüvvələrin Azərbaycanda nədən hər vəchlə sabitliyin pozulmasına, anarxiyanın yaranmasına çalışmasının səbəbi, əslində, heç kimə sirr deyil. Çünki heç bir sosial bazası olmayan, xalqdan özünü təcrid edən radikal müxalifət yalnız bu halda xaricdən özlərinə maddi təminat əldə edə bilərlər.

Müxalif düşərgədə yeni qarşıdurmalar yaranır

Bu faktlar müxalifət təmsilçilərinin, onların rəhbərlərinin öz düşərgəsində tez-tez etiraf edilən həqiqət, bəzən isə bir-birlərinə qarşı səslənən ittihamdır. İngiltərədə mühacir həyatı yaşayan hüquqşünas Qurban Məmmədovun Azərbaycan müxalifəti, eləcə də, xaricdəki müxalif mühacirlərlə qarşıdurması davam edir. Baxmayara ki, onun açıqlamaları, AXCP-də ciddi narahatçılıq yaratdığından, Ə.Kərimlinin trolları ona qarşı təhqiramiz ifadələr işlədirlər. Amma Q.Məmmədov qisas almaq mübarizəsindən əl çəkmir. Bu günlər sosial şəbəkələrdə yayılan səs yazısında da Q.Məmmədov İsa Qəmbər, Əli Kərimli, Pənah Hüseyn kimi siyasətçilərin adlarını

qeyd edərək bunları deyib: "Pənah Hüseynin mənə atmacaları ilə bağlı sənə deyilənlərlə bağlı bircə xahişim var. Heç vaxt sənə kənardan deyilənlərə qiymət verməyi fikirləşmə. Qardaşım, mənim balaca quyruğum İsa Qəmbər, Əli Kərimli, Pənah Hüseynin əlində olsaydı, onlar indi məni çoxdan biabır etmişdilər. Onlar görürlər ki, onlara qarşı çox ciddi bir rəqib çıxıb". Araşdırmalar zamanı məlum olur ki, Q.Məmmədovun səs yazısı Fransada oturub, həyatını və fəaliyyətini Azərbaycan dövlətinə qarşı qarayaxma kampaniyasına səfərbər edən Vidadi İsgəndərli ilə telefon söhbətindəndir. Məsələ ilə bağlı P.Hüseyn qısaca bildirib ki, bu məsələyə münasibət bildirmək istəmir, amma qısa zamanda, bunun aradan qaldırılmasını vacib bilir.

Qurban Məmmədov Eldəniz Quliyevi kütbeyin hesab edir

Q.Məmmədov "Milli Şura"nın üzvü Eldəniz Quliyevi də tənqid edib: "Bilirdim, ancaq bu qədər kütbeyin olduğunu bilmirdim, Eldəniz. Bu "ağıl-kamalla" sən çox uzağa gedəcəksən. Payını artırıblar deyəsən, nuş olsun".

O daha sonra E.Quliyevə xatırladıb ki, bir vaxtlar keçirdiyi mətbuat konfransında "Hardasınız, gəlin bu cəbhəçilərdən bizi xilas edin" deyə bağırırdı. "Bu mətbuat konfransını xatırlatdığım üçün mənə qızğınsan. Ancaq faktlar amansız olur. Başım indilik qarışıqdır, bir vaxt tapıb, səninlə haqq-hesab çəkəcəyəm" deyə bildirib. Maraqlıdır ki, E.Quliyevi ortaya atıb, onu-bunu tənqid etməyə təhrik edənlər Q.Məmmədovun ittihamlarına cavab verməyi yersiz hesab edirlər. Yəni E.Quliyevi Q.Məmmədov adlı problemlə baş-başa qoyurlar. Bu isə, maraqlı suallar ortaya çıxarır. Deməli, Ə.Kərimli, C.Həsənli və digərləri üçün E.Quliyev kimilər, sadəcə, icraçıdırlar, demək istədikləri dillərdir. Məhz bu kimi amillər müxalifətin dağılmasına, funksionerlərin sıradan çıxmalarına gətirib çıxarır. Daha doğrusu, artıq E.Quliyevin "çamadan" ovqatıda olduğu və yaxın hünlərdə "Milli Şura"dan gedəcəyi barədə məlumatlar dolaşır.

"Milli Şura" arxivə göndərilir

Müxalifətin pərakəndə və dağınıq halda olması fonunda qarşıdurmaların yaşanması əksər partiyaların, o cümlədən, "Milli Şura"nın sıradan çıxacağından xəbər verir. Sual oluna bilər ki, niyə

müxalifət proseslərdə rol oynaya bilmir? Hakimiyyətə gəlmək uğrunda anti-Azərbaycan dairələrə Dağlıq Qarabağı ermənilərə güzəştə gedəcəklərini vəd etmələri, ölkənin milli mənafeyini özlərinin və xidmət etdikləri qüvvələrin korporativ maraqlarına qurban verməyə hazır olmaları, məram və məqsədlərini anlamayan bir neçə gənci təxribatlar törətməyə təhrik etmələri də müxalifətin cəmiyyəy tərəfindən qətiyyətlə rədd edilməsi səbəbləri sırasındadır. Qərb dövlətlərinin Bakıdakı səfirliklərində keçirdikləri görüşlər və Azərbaycanın maraqlarının satılmasına cəhdlərin göstərilməsi, dağıdıcı müxalifətin xalqın gözündən düşməsini şərtləndirən faktlardandır. Mövcud faktlara baxmayaraq, fəaliyyətini qərəzli xarici dairələrin dağıdıcı maraqlarının təmin olunması missiyası üzərində quran dağıdıcı müxalifət Azərbaycanda xaos yaratmaq üçün ən müxtəlif çirkin vasitə və üsullardan istifadə etməkdən çəkinmir. Bu da, dağıdıcı müxalifətin çirkin və yaramaz siyasətinyn dəyişməsinin mümükün olmadığını göstərir. Bu cür müxalifət məhvə məhkumdur, necə ki, bunun artıq bütün elementləri açıq şəkldə görünməkdədir. Siyasi təhlilçilərin də, qeyd etdiyi kimi, əgər müxalifətin radikal hissəsi öz davranışını dəyişdirməsə, onların tamamilə Azərbaycanın siyasi həyatından silinməsi labüd xarakter daşıyacaq. Çünki bu, artıq cəmiyyətin tələbidir. Yəqin ki, yaxın günlərdə mətbuatda və sosial şəbəkələrdə daha bir neçə müxalif partiyanın fəaliyyətini dayandırdığı barədə məlumatlar oxuyacağıq.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...