Elə məsələ də ondadır, olsaydı... Belə olan halda, siyasətdə qalmağa dəyərmi? Görünür onlar o hissiyatın nə olduğunu hələ bu günə kimi anlamayıblar. Anlasaydılar, Müsavatla AXCP-nin rəhbərliyi başda olmaqla, düşərgədəki naftalin iyi verən "liderlər" siyasətdə qürub çağının çatdığını qəbul edərdilər.

Fakt budur ki, "liderlər" indiyə kimi həyasızlıq nümayiş etdirməklə, guya xalqın "dərdinə şərik" oduqlarını nümayiş etdirirlər. Bu qədər həyasızlıq olar? Hansı xalqdan danışırlar, bax, bu, müəmmalıdır. Axı, xalq onları dəstəkləmir. Demli, necə ki, xalq bunlardan imtina edib, özləri də özlərini xalqdan təcrid ediblər. Onda bunlar nəyi gözləyirlər? Niyə siyasətin bunlarlıq olmadığını qəbul edib, siyasi arenanı üzüsulu olaraq tərk etmirlər? Sözsüz ki, sualın cavabı çox bəsitdir. Ona görə ki, heç vaxt xalqı düşünməyiblər, əksinə, xalqdan öz şəxsi mənfəətləri üçün istifadə edərək, qrantlar, pul-paralar dalınca qaçıblar. Bu qaçışla əvvəlcə özlərini satırlar, "mühacir biznesi" qururlar, vəsiqə satırlar, sata-sata satqınçılıq "rütbəsinə" qalxırlar, sonra da, bu satqınlar abırsızcasına mitinq keçirərək, xalqa çağırış edirlər. Bax, Ə.Kərimli, İ.Qəmbər, C.Həsənli, A.Hacılı, Q.Zahid, X.İsmayıl, L.Yunus, V.İskəndərli, O.Teymurxan ... abırsızcasına yenə eyni qərəz, yenə də Azərbaycana qarşı çirkli və iyrənc oyunlar. Amma unudurlar ki, Azərbaycan yürütdüyü müstəqil siyasət nəticəsində, artıq bu cür təzyiqlərə və təhdidlərə önəm vermir! Çünki Azərbaycan günü-gündən inkişaf edir. Paytaxtımızın və əyalətlərimizin gözəlləşməsini, yeni yoların çəkilməsini, körpülərin salınmasını, Olimpiya mərkəzlərinin tikilməsini, turizm bazalarının yaradılmasını, bir sözlə, xalqımızın rifahının yüksəlməsini istər avropalılar, itsərsə də, onlara nökərçilik edən Ə.Kərimli və onun kimi satqınlar bir faktı anlamalıdırlar: Belə davam etsə, Azərbaycan daha sərt mövqeyini ortaya qoyaraq, deyilən o "standartların" üzərindən keçəcək, eyni zamanda, xalq tərəfindən zibilliyə atılan dağıdıcı düşərgə "liderləri"ni birdəfəlik əzib tapdalayacaq və əlbətdə, öz doğma torpaqlarını geri qaytaracaq. Artıq bu amil görünməkdədir. Əşşi, bu qədər də abırsızlıq olar? Elə bu abırsızlıqlılara ciddi elmin nə dediyini xatırlatmaq istərdim. ''Ən böyük şər oğurluq yox, hətta qətl də deyil, satqınlıqdır''. Boris Akunin deyib. Dante ''İlahi komediya'' əsərində satqınları cəhənnəmin ən sonuncu - 9-cu qatında yerləşdirib". Psixologiya elminə görə, xəyanət - elmi baxımdan daha geniş olan satqınlıq anlayışına daxildir. Xəyanətlərin ən böyüyü - dövlətə xəyanətdir.
Alınan nəticələr göstərir ki, sən demə, işin kökü yalnız acgözlük və pul deyil. Kimsə, doğrudan da varlanmaq üçün, xəyanətinə əvəz olaraq pula satılır və nəticədə satlıq mala çevrilir. Amma unudurlar ki, bunun da bir sonu var və bu sona qürub deyirlər. Az qalıb Artıq sizlər qürub çağındasınız, ay abırsız və anlamazlar...

RƏFİQƏ

Bütün xəbərlər Facebook səhifəmizdə