Xalqa qarşı çıxanların cəzası ağır olur

Kimliyindən, tutduğu mövqeyindən, kasıb və ya varlı olmasından asılı olmayaraq, hər bir bəşər övladının bu və ya digər formada çətinliyi və problemi var. Yetər ki, bu kimi çətinlikləri səbrlə qarşılayıb, həllinə nail olasan. Amma çox təəssüflər olsun ki, problemlərlə qarşılaşan insan əksər hallarda depressiyaya düşür, fikir və xəyal içində var-gəl edir. Bununla da, sanki mövcudluğuna və yaşayışına son qoyduğunu nümayiş etdirir. Belə şəxslərlə maarifləndirici söhbətlərin, psixoloji müzakirələrin aparılmasına ehtiyac var. Təbii ki, gərək həmin şəxs bu məsələdə özü də maraqlı olsun və düşdüyü üzücu və ağır vəziyyətdən çıxmaq üçün məqbul hesab edilən variantlardan istifadə etməyə çalışsın. Bununla, həm özünü, həm də ətrafında olanları problemlərdən xilas etmiş olar. Bəzən elə insanlar da olur ki, onlar üzləşdikləri problemlərin həllini ancaq və ancaq pul xərcləmək, eyş-işrət məclislərində gün keçirmək, eləcə də, başqalarını gözdən salmağa yönələn mövqe sərgiləməkdə görürlər. Bununla bağlı, demək olar ki, vaxtaşırı məlumatlar eşidir, videosujetlər izləyirik. Elə götürək müxalifət düşərgəsində bir para milli və dövlətçilik maraqlarından üz çevirən ünsürlərin fəaliyyətlərini. Bu məxluqlar demək olar ki, hər gün sosial şəbəkələrdə müxtəlif problemləri qabardıb, hökumət və dövlət əleyhinə, həmçinin, bu dövlətə bağlı olan insanlar haqqında hədyanlar danışır, fikirlər bildirirlər. Yəni bu kimi məxluqlar üzləşdikləri rüsvayçı vəziyyəti digərlərini tənqid və təhqir etməklə aradan qaldırmağa çalışırlar. Həm də ictimai rəydə diqqət mərkəzinə çevrilməyə ümid edirlər. Halbuki dünya yaranandan bu günə kimi, hörmət və rəğbət sahibi olmaq üçün özü-özünü tərbiyə etmək, hörmət bəsləmək və başqalarına da hörmət etmək ən vacib amil hesab olunub. Bugünkü müxalifət partiya sədrlərinin və onların xaricdə kök salan təmsilçilərinin fəaliyyətlərinə nəzər yetirdikdə, bəlli olur ki, onlar üçün başlıca şərt öz qisasçılıq əməllərini həyata keçirmək, Azərbaycanın milli maraqlarına zərbə vurmaqla, qrant layihələrini qazanmaqdır. Yəni pul xatirinə, doğulub boya-başa çatdıqları, suyunu içib, çörəyini yedikləri dövlətə qənim kəsilmək onlar üçün başlıca prinsipdir. Dəfələrlə özünü hüquq-müdafiəçisi kimi təqdim edən Xədicə İsmayıl, Leyla və Arif Yunuslar, Vidadi İsgəndərli, Rafail Piriyev, Oruduxan Teymurxan, Qurban Məmmədov və bu kimi digər şəxslər Azərbaycanın milli və dövlətçilik maraqlarını təhqir etməklə, xarici məkrli dairələrdən qrantlar əldə ediblər. Elə bu yaxınlarda X.İsmayılın ABŞ-ın SOROS fondundan 500 min dollar aldığı barədə mətbuata məlumatlar sızdı. Sonradan L.Yunusun Norveçdən 180 min dollar alması sosial şəbəkələrdə müzakirə olunan mövzulardan oldu. Bu günlər isə, məlum olub ki, AXCP sədri Əli Kərimli Rusiyada yaşayan azərbaycanlılardan mitinqlər və qarşıdurmalar törədilməsi üçün 450 min dollardan yuxarı pul dilənib. Yəni Rusiyada yaşayan azərbaycanlıların qapısını döyən Ə.Kərimlinin adamları onlardan AXCP-nin maliyyə problemlərinin həll edilməsi üçün pul yığıb. Hazırda məsələ ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsində proses gedir. Təqsirləndirilənlər və şahidlər ifadələrində Ə.Kərimli üçün Ruisyadan pul topladıqlarını etiraf ediblər. Qısaca, o məsələni bir daha vurğulamaq yerinə düşər ki, müxalifət təmsilçiləri və onların xaricdəki nümayəndələri cəmiyyətin onlara olan nifrət problemlərini sağlam, ziyalı insanları, dövlət atributlarını təhqir etməklə, yoluna qoymağa çalışırlar. Amma ağılsız olduqlarından, düşünmürlər ki, şərəfsiz və yaramaz mövqe sərgiləməklə, uzağa getmək mümkün deyil. Onlara qarşı olan ictimai qınaq, nifrət və qəzəb daha da genişlənir. Bu isə, onların sonunun heç də yaxşı olmayacağından xəbər verir. Çünki xalqa qarşı çıxanların cəzası çox ağır olur.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə