Unudulmayan ləkəli xəyanət simvolu - Əli Kərimli

Dünyaya gəldiyi gündən xəyanət yolu tutan ermənipərəst Əli Kərimlinin, bütünlüklə, canında və vicudunda olub. Sual edə bilərsiniz niyə? Niyəsi yoxdur. Bu yerdə, AXCP sədrinin xəyanət xronologiyasına nəzər yetirmək kifayətdir. Ancaq bir məqamı da unutmaq "insafsızlıq" olardı. Sözün açığı, onun siyasi fırıldaqçılıq üsulları heç xəyanətindən geri qalmır. Necə deyərlər, şeytan da Ə.Kərimlinin əməllərinə həsəd aparar. Nə demək olar, zatı belədir də?! Bu adam, öz tələbə yoldaşlarına, birgə yaratdığı təşkilatın təsisçilərinə, partiyada birgə çalışdığı insanlara, ona çox böyük dəstək olmuş AXCP-nin sədri mərhum Əbülfəz Elçibəyə və nəhayət, qohum-əqrəbalarına xəyanət etməyi bacaran mənəviyyatsızdır. Görünür, buna görə də, siyasətlə məşğul olan hər kəs Ə.Kərimlini Azərbaycan siyasətinin xəyanət simvolu adlandırır. Milli maraqları sataraq, xəyanətlərinə yenilərini əlavə edən Ə.Kərimli üçün Vətən məfhumu arxa planda yer alır. Elə zənn edir ki, ölkədə yaşanan bu siyasi sabitliyi pozmaqla, mirinqlər keçirməklə, o, ləkəli keçmişini təmizləyə biləcək və yaddaşdan siləcək, bu mümkünsüzdür. Tarix unudulmur və söhbət təkcə Əbülfəz bəyin zəhərlənməsindən getmir, digər bulanıq-çirkli məsələlərdə də, məhz Ə.Kərimlinin adı həmişə öndə olur. Bunun səbəbi nədir? Əlbəttə, ustadına kəm baxan keçmiş dövlət katibi gizli şəkildə Ə.Elçibəyi nüfuzdan salmaq üçün məqsədyönlü fəaliyyətlə məşğul olur, hətta qəzetlərə Elçibəyi təhqir edən məqalələr sifariş etməkdən belə çəkinmirdi. Çünki Ə.Kərimli anti-azərbaycançı mərkəzlərlə, Azərbaycanın düşmənləri ilə iş birliyi qurub hakimiyyətə gəlmək istəyən qul psixologiyası ilə yaşayan, ağılsız, satqın və əxlaqsız erməni xidmətçisidir. Bu satqın Ə.Kərimli onu bilməlidir ki, xalqın qınağından qaçmaq olmaz. Çünki anadan olduğu gündən bu günə kimi getdiyi yol əyri olub. Necə deyərlər, qozbeli qəbir düzəldər...

RƏFİQƏ

Bütün xəbərlər Facebook səhifəmizdə